Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2012
18:08
ACLIQDAN ÖLƏNLƏR EDAM EDİLƏNLƏRƏ ƏLAVƏ OLUNUB SAY ŞİŞİRDİLİRMİŞ
MKİ-nin Kamboca əməliyyatları

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XIV HİSSƏ)

MKİ 1955-ci ildə Kambocaya müdaxilə etdiyi vaxt, bunu haqlı göstərəcək kommunist təhdidi yox idi. İki Amerikapərəst ölkə, Tailand ilə Cənub Vyetnam arasında sıxılıb qalan Kambocanın xalq tərəfindən sevilən hökmdarı Norodom Sihanukun diqqət göstərdiyi yeganə məqsədi, ölkəsini Vyetnam müharibəsinə qoşulmaqdan uzaq saxlamaq idi. Bu istiqamətdə, 1955-ci ildən 1970-ə qədər bitərəflik siyasətindən bərk-bərk yapışdı. Həm kapitalist, həm də kommunist ölkələrdən kömək aldı, amma yeri gəldikdə iki tərəfi də tənqid etdi.

Sihanuk, iqtidarına qarşı kommunist hücumun marıqda durduğunu iddia edən saxta MKİ hesabatlarına etibar etmədi. ABŞ-la əlaqəsi olan qrupların özünə qarşı sui-qəsd və çevriliş cəhdləri isə həqiqət idi. Sihanuk “MKİ ilə müharibəm” adlı xatirə kitabında özünə qarşı ən az iki sui-qəsd cəhdindən danışır. Həmçinin Tailand, Cənub Vyetnam və Amerika əsgərləri tərəfindən edilən hücumlar, 1958-ci ildə MKİ-nin dəstəklədiyi çevriliş cəhdi və Kamboca torpaqlarının saysız "təsadüfən" bombalanması var. Kommunizmə qarşı cihada qatılmaq könülsüzlüyü, Sihanuku MKİ-nin düşməni etdi.

Bəlkə də Sihanukun böyük bir mətbuat konfransı keçirərək ABŞ-ın Kambocaya təşkil etdiyi hücumları qınaması, “səbir kasası”nı daşırdan son damla oldu. İtaətkar Amerika mediası Sihanukun söylədikləri həqiqətləri görməzliyə vurdu. Sihanuk 1970-ci ilin mart ayında MKİ kuklası Lon Nol tərəfindən devrildi. Lon Nol dərhal Kamboca ordusunu Vyetnam müharibəsinə soxdu.

Sihanuk maneəsi aradan qalxdıqdan sonra, müharibə sürətlə Kambocaya yayıldı. Vyetnam sərhədində artan ABŞ bombardmanı, Şimali Vietnam əhalisini və Vietkong qüvvələrini Kambocanın daxili ərazilərinə saldı.

1969-cu ildən 1975-ə qədərki Amerika bombardmanında 600 min kambocalı öldü, ölkə ərazisində qıtlıq yarandı.

Gözlənildiyi kimi, Lon Nol rejiminə qarşı qüvvələr sürətlə böyüdü. Bu qüvvələrdən biri -  Kommunist “Qırmızı Kxmerlər” 1975-ci ildə iqtidara gəldi. Lon Noldan əvvəl isə “Qırmızı Kxmerlər” kiçik bir qrup idi.

“Qırmızı Kxmerlər”in 100-350 min arasında insanı edam etmələri iddiası, "Ölüm tarlaları" adlı filmdə də səhnələşdirildi. Qərb mediası təbliğat məqsədiylə, ABŞ-ın bombardmanı nəticəsində yaranan qıtlıqdan ölənləri də əlavə edərək sayı şişirmişdi.

 Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
105

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
100

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
115
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru