Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
11:58
1721
Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?

İbrahim Kərbalayev: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir”

Son zamanlar mənzillərə verilən təbii qazın xəbərdarlıq edilmədən kəsilməsi ilə bağlı abonentlərin şikayətləri artıb. Bakının əksər rayonlarda  zaman-zaman qaz xətlərində təmir-bərpa işlərinin  aparılması, müəyyən hallarda isə qəzaların baş verməsi səbəbindən bəzən hansısa qəsəbəyə gün ərzində qazın verilişi dayandırılır. Lakin bununla bağlı abonentlər birbaşa məlumatlandırılmadığından “sürpriz” hallarla qarşılaşırlar. Qış fəslində bu kimi halların insanların həyatında necə problem yaratması isə hər kəs üçün aydın olan bir məsələdir.

Mətbuatda hansısa rayonda təbii qazın verilişində müvəqqəti fasilənin  olacağı ilə bağlı məlumat getsə də, bu informasiyanı oxumayan abonentlər nəzərə alınmır. Bəzən isə təbii qazın verilişinin bərpasında xəbərsiz olan vətəndaşların evində təhlükəli vəziyyət yaranır.

Abonentlər təklif edir ki, təkcə təbii qazın deyil, su, elektrik və digər kommunal xidmətlərin verilişində yaranan problemlər, fasilələr barədə xəbərdarlıq təkcə mətbuatla deyil, SMS  vasitəsilə mobil telefonlara göndərilsin. Çünki hər evdə mobil telefon istifadəçiləri olduğundan bu halda məlumat daha əlçatan olacaq.

Məsələ  ilə bağlı “Yeni Müsavat”a danışan “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, hazırda abonentlərə SMS göndərilməsi üçün hər hansı texnologiyan mövcud deyil: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir. Məlumatlar televiziya, radio, saytlar, yəni bütün kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdırılır ki, əhalinin hansı təbəqəsi xəbəri haradan oxuyursa, oradan məlumat ala bilsin. Yalnız qəza halları istisna təşkil edir. Yeraltı və yerüstü qaz xətlərində hər hansı qəza baş verərsə bu da qısa vaxt ərzində aradan qaldırılır. Ancaq planlı işlər zamanı bir neçə gün öncədən məlumat verilir”.

Təbii qazın verilişinin bərpası zamanı mənzillərdə təhlükəli durum yaranması ilə bağlı məsələyə münasibət bildirən İ.Kərbalayev bununla bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin aparıldığını bildirdi: “Qaz cihazlarından istifadə olunduqdan sonra onlar vintildən, yəni qaz kranından bağlanmalıdır. Qaz xəttini açıq qoyub evi tərk etmək olmaz. İstehlakçılarımız bu barədə yetərincə məlumatlıdırlar. Gecə yatarkən, mənzili tərk edərkən qaz cihazlarını yanılı vəziyyətdə qoymaq olmaz. Kombi tipli qaz cihazlarında isə avtomatlaşmış bir sistem var ki, qaz kəsildikdə və yenidən verildikdə avtomatik olaraq bağlanır. SMS göndərilməsi ilə bağlı isə hazırda elə bir sistem mövcud deyil”. 

Məqalədə : Kommunal xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1132

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
313

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 23:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru