Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
14:01
904
SOCAR: Gürcüstan vətəndaşlarının borclarını biz ödəməmişik

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

SOCAR-dan Faktxeber.com-a bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan vətəndaşlarının borclarını ödədiyi barədə yayılan xəbər şayiə və Azərbaycana qarşı təxribatdır:

“SOCAR olaraq bildiririk ki, Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil. Uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır.

Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə Vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar”.

Məqalədə : SOCAR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
854

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
280

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 05:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru