
1948-ci il. "Artek" pioner düşərgəsinin 20 illiyi münasibəti ilə təntənəli bayram mərasimi. Hər tərəfdə musiqi, uşaq təbəssümü, uşaq sevinci baş alıb gedirdi. Qışın oğlan çağı olmasına baxmayaraq, Suxumidən hərbi təyyarə ilə təzə-tər qızılgüllər də gətirmişdilər. Təntənəli görüşün sonunda ABŞ-ın Moskvadakı səfiri Averall Harriman pionerlərə Amerika hökuməti adından 10 min dollarlıq çek hədiyyə etdi.
Bu zaman qəflətən ABŞ-ın "Ulduzlu bayraq" himni çalındı və əsl pionerlərdən ibarət uşaq xoru himnin sözlərini təmiz ingilis dilində oxumağa başladı. Harrimanın gözləri doldu və həmin an dörd pioner zala ağacdan düzəldilmiş, əzəmətli, üzərindəki lakdan par-par yanan bir şey gətirdilər. Bu, Amerika Birləşmiş Ştatlarının gerbi idi. "Artek" düşərgəsinin müdiri gerbin sertifikatını gurultulu alqışlar altında səfirə təqdim etdi. Sertifikat Kalinin tərəfindən imzalanmışdı. Bundan məmnun olan diplomat hədiyyəni öz kabinetindən asır.
FaktXəbər-in məlumatına görə, düz 6 ildən sonra bunun əslində nə hədiyyəsi olduğu üzə çıxır.
Sən demə, möhürün daxilinə passiv akustik çip yerləşdirilibmiş. "Zlatoust" adlanan bu qurğunun enerji ehtiyatına ehtiyacı yox idi və ancaq səfirliyin yaxınlığında park edilmiş yük maşınından müəyyən radiodlalğalar buraxıldıqda işə düşürdü.
1933-cü ilin 16 noyabrında SSRİ və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr qurulandan bəri sovet əks-kəşfiyyatçıları Moskvadakı Amerika səfirliyinin binasına yol tapmağa müntəzəm cəhdlər göstərirdilər. Və sonda Stalinin «Troya atı» adlandırdığı bu planı hazırlayırlar.
Əməliyyat həyata keçiriləndən sonra Stalin həmin otaqda qəbul olunan qərarları ABŞ prezidentindən tez bilirdi. "Zlatoust" düz 8 il işlədi, 4 səfir yola saldı. Maraqlıdır ki, hər təzə səfir otağının bütün atributlarını dəyişsə də, SSRİ uşaqlarının Amerikaya məhəbbət rəmzi sayılan bu gerbinə toxunmurdu. Onun bir sənət əsəri kimi dəyəri yüksək çinli Amerika diplomatlarına az qala hipnotik təsir göstərir, onları lap valeh edirdi. Otağın hətta pərdələrini də gerbin rənglərinə uyğunlaşdırmağa çalışırdılar!
Amerikalılar təsadüfən dalğanı tuturlar. Lakin uzun müddət qurğunu tapa bilmirlər. Çünki xaricdən şüalanma olmadan qurunu tapmaq mümkünsüz idi. Uzun tədqiqatlardan sonra tapıldıqda isə Birləşmiş Ştatlar öz kəşfiyyatı üçün biabırçı sayılan bu faktı yeddi il sirr kimi saxladı.
Yalnız 1960-cı ildə, Harri Pauersin idarə etdiyi "U-2" kəşfiyyatçı təyyarəsini ruslar vurub salandan və Amerikanı ölkə ərazisində qanunsuz kəşfiyyat aparmaqda ittiham etməyə başlayandan sonra, Vaşinqton cavab olaraq, Moskvadakı Amerika səfirinin otağına kəşfiyyat məqsədilə yerləşdirilmiş Sovet dinləmə qurğusu haqda məlumatı dünyaya yaydı.
Birləşmiş Millətlər Təşkilatında Birləşmiş Ştatların nümayəndəsi Henri Kebot Loc fövqəladə sessiyada "Zlatoust" qurğusunu nümayiş etdirdi. Daha sonra məlum gerb və mikrofon Təhlükəsizlik Şurasının iclasında da göstərildi. Sovet diplomatlarının hazırladığı Hindistan nümayəndəsi isə amerikalılardan zarafatla xahiş etdi ki, həmin mikrofondan onun üçün də düzəltsinlər...
Loc çaşıb qaldı. Axı necə etiraf edəydi ki, elmi nailiyyətlərdə Birləşmiş Ştatlardan xeyli geri qaldıqlarını iddia etdiyi Sovet mütəxəssislərinin bu əməlindən kimsə baş çıxara bilmir?
Həmin vaxtdan etibarən Amerika təhlükəsizlik qüvvələri üçün biabırçılıq damğasına çevrilmiş mikrofonlu gerb daha heç vaxt ortaya çıxarılmadı...
Yeri gəlmişkən qeyd edək ki, gerbi tanınmış sovet alimi Lev Terman (hansı ki, termenvosku ixtira edib) hazırlaşımşdı.
"Zlatoust" bu gün də özünün bənzərsiz həyatını yaşayır. Qurğunun gerbdə aşkarlanmasından sonra həm amerikalılar, həm ingilislər onun nümunəsini hazırlamağa girişdilər. Sovet alimlərinin düzəltdiyi qurğunun sirrini Hollandiyadakı gizli laboratoriyada çözməyə çalışırdılar. İngilis kəşfiyyatı da eyni işi görürdü...
İngilislər bu araşdırmalarında amerikalılardan bir qədər irəli gedə bildilər, amma unikal mikrofonun sirri sonadək çözülmədi - "Zlatoust"un rezonatorlarını titrədən generatorun sirri açılmamış qaldı. İngilislərin düzəltdiyi analoq cəmi 20 metrlik məsafədə çalışırdı...
FaktXəbər-in verdiyi məlumata görə, "Zlatoust" hal-hazırda Lenqlidə - Mərkəzi Kəşfiyyat İdarəsinin muzeyində saxlanılır və deyilənlərə görə, mütəxəssislər unikal mikrofonun reseptorlarını həftədə bir dəfə yoxlayırlar ki, sakit yaşaya bilsinlər...

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq