Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2018
12:25
Ekspert neftin qiymətiylə bağlı bədbin proqnoz verdi

Neft sürətlə ucuzlaşmaqda davam edir.  Dünən günün sonunda artıq "Brent” markalı neft 5,85% ucuzlaşaraq bir bareli 58,46 dollara, WTI markalı neft isə 6,79 faiz ucuzlaşaraq bir bareli 50,92 dollara satılıb.  

Bəs neftin qiymətində sürətli ucuzlaşma tendensiyası nə zamana qədər davam edə bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında deyib ki, neftin qiyməti oktyabrın əvvəlindən 30 faiz ucuzlaşıb. 

İ. Şaban ilk mərhələdə neftin qiymətinin ucuzlaşmasının səbəbinin OPEK və Beynəlxalq  Enerji Agentliyinin bəyanatları olduğunu bildirib: "Dünənki böyük səviyyədə ucuzlaşmasının səbəbi isə Səudyyə Ərəbistanının neft nazirinin bu ölkənin neft hasilatı ilə bağlı yeni açıqlaması idi. Məlum olub ki, Səudiyyə Ərəbistanı oktyabr ayında hasilatını pik həddə çatdırıb, gündəlik 10,7 barel neft hasil edib. Bu açıqlama neft bazarına öldürücü təsir etdi. Əgər hesabatlara əsasən bazara böyük həcmdə neft çıxarılırsa, istehlak isə azalırsa, birdən-birə neft hasilatında lider ölkələrdən biri də neft hasilatını pik həddə çatdırırsa, bazarlar buna reaksiya verməyə bilməzdi. Ona görə neftin qiyməti 62 dollardan 58 dollara qədər düşməyə başladı. Neftin qiymətinin enməsi tendensiyası 7 həftədir ki, davam edir. Bu tendensiyanın qarşısını almaq üçün bazar iştirakçıları hansısa müsbət bəyanat səsləndirmir. Dekabrın 5-də  Vayanada OPEK+ formatında keçiriləcək konfransa qədər neftin qiymətində enmə davam edə bilər. Həmin konfransda ölkələr üçün yeni kvotaların müəyyənləşməsi və bazarda vəziyyətin stabilləşməsi ilə bağlı ciddi atılması gözlənilmir. Ancaq hazırda nə hasilatçı, nə də istehlakçı ölkələr, o cümlədən ABŞ və Rusiya tərəfindən 2019-cu ildə bu sahədə proseslərin necə cərəyan edəcəyi ilə bağlı yeni fikir eşitmirik. Buna görə də neftin qiyməti bəzən daha böyük, əzən isə aşağı ürətlə düşməkdə davam edir”. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri dekabrın 5-nə qədər neftin bir barelinin qiymətinin 50 dollara düşə biləcəyini də istisna etməyib.(BakiPost)

Məqalədə : proqnoz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43473

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41779

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43441

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42902

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48410

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42940

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43365
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 17:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru