Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
11:06
Maşınların parklanması ilə bağlı yenilik - Bakıda

Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən yeniliklər açıqlanıb.

FaktXəbər-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında paytaxtda parklama yerlərində quraşdırılan parkomatlarla bağlı məsələyə toxunub: "Bakının müəyyən yerlərində quraşdırılmış parkomatlar və onun yanında xidmət göstərən şəxslər fərqli qiymətlər tələb edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalıdır. Biz hazırda Bakının zona olaraq bölünməsini istəyirik, çünki şəhər mərkəzindəki qiymətlərlə şəhərətrafı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçədə parklamalar, eyni zamanda yeraltı qarajlarda da tariflərin əsaslandırılmış şəkildə tətbiqini düşünürük. Artıq yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yerüstü parklamalara gəldikdə isə, Bakını zonalara ayırmaq şərti ilə ödənişin məbləği müəyyənləşdirilir".

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq edəcəyi parkinq sistemində məqsəd nağdsız ödənişləri təşviq etməkdir: "Həmçinin vətəndaşlar telefon vasitəsilə avtomobillərinin ölçülərinə uyğun yer sifariş edə biləcəklər. Gələn ildən şəhərin müəyyən girişlərində elektron tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar orada göstərilsin. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bu günün informasiya-kommunikasiya texnologiyalarına cavab verəcək".

Paytaxtdakı parklama yerlərinin Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınması işinin ləngiməsi məsələsinə münasibət bildirən qurum rəhbəri qeyd edib ki, bu prosesdə müəyyən texniki məsələlər var: "Hazırda həmin məsələlər araşdırılır. Bu sahəyə dövlət müəyyən investisiya qoyub. Bu investisiya nəticəsində sistemin yenidən qurulmasını düşünürük. Aydınlaşdırırıq ki, burada yeni sistem tətbiq etsək, daha məqsədəuyğun olar, yoxsa mövcud sistemi təkmilləşdirək? Eyni zamanda, müəyyən sənədləşmə işləri var ki, təhvil alınmayıb. Bu işlərin növbəti ay ərzində yekunlaşacağını düşünürük. Məsələ ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etmişik. Ümid edirik ki, qarşıdakı ayda proses yekunlaşacaq".

Məqalədə : parkinq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3578

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2668

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2058

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1796
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru