Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2018
10:05
Güləşçimizi dəstəkləmək üçün fanatlar Macarıstana yola düşdülər

Sərbəst güləş üzrə dünya çempionatının finalına çıxmağı bacaran azərbaycanlı idmançını dəstəkləmək üçün azarkeşlər Bakı-Budapeşt təyyarəsi ilə Macarıstana yola düşüblər.

30-40 fanat Azərbaycan bayraqları ilə xalq mahnıları oxuyaraq, Budapeşt istiqamətində hərəkət edirlər.

Xatırladaq ki, Budapeştdə sərbəst, qadın və yunan-roma güləşi üzrə dünya çempionatı keçirilir. 

Çempionatın ikinci günündə Azərbaycanı təmsil edən sərbəst güləşçilərimiz döşək üzərinə çıxıblar: üçqat Avropa çempionu Georgi Edişeraşvili (57 kq), üç qat dünya çempionu Hacı Əliyev (65 kq), ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (79 kq) və sabiq dünya və olimpiya çempionu Şərif Şərifov (92 kq). Bu döyüşçülərdən yalnız Həsənov finala çıxa bilib. Final görüşü oktyabrın 22-də keçiriləcək. 

Həsənov 1/8 finalda Efan Ramosu (Puerto-Riko) mübarizədən kənarlaşdırıb - 14:5. Dörddəbir finalda güləşçimiz Əli Şabanovu (Belarus) 6:2 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. 

Bu mərhələdə Həsənov iranlı Ezzatollu Əkbəridən üstün olub. 

Cəbrayılın finalda rəqibi amerikalı Kayl Deyk olacaq.

Məqalədə : Cəbrayıl Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
262

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
279

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 04:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru