Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2018
16:55
Yeni dərs ili üçün məktəbli formalarının qiymətləri açıqlandı

"Bakı Tikiş Evi" (BTE) ASC yeni dərs ili üçün məktəbli formalarının qiymətlərini açıqlayıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Unikal-a BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, qiymətlər ölçülərə görə dəyişəcək.

Əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərə jiletlər satılmayacaq: "Elə valideynlər olurdu ki, övladına pencək, şalvar götürür, jilet almaq istəmirdi. Bu da müəyyən narazılıqlara səbəb olurdu. Bunun üçün yeni tədris ilində məktəblilərə jilet geyinmək məcburi olmayacaq. Daha bir dəyişiklik isə, əvvəllər məktəbli geyimlərini dəst satılırdısa, bu il üçün hər geyimin öz qiyməti əsasında tək-təkdə satılacaq.

Qiymətlər isə aşğıdakı kimidir:

  • Köynək - 8 manat,
  • Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat,
  • Pencək – 25 manat,
  • Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,
  • Jilet – 8 manat (aşağı siniflər üçün sifariş verilməyib. Böyük siniflər üçün bazada qaldığından valideyinlər sifariş verə bilərlər”.

Etibar Əzimov geyimlərin əldə edilməsi ilə bağlı valideynlərə də müraciət edib - sentyabra qədər gözləməməyə və növbələrdə vaxt itirmək üçün indidən məktəbli paltarını almağa səsləyib: "Dərzilər məktəblilər üçün kifayət qədər geyim tikiblər. Hazırda gündəlik hər mağazadan 4-5 dəst geyim satılır. Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinifə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır”.

Qeyd edək ki, Etibar Əzimovun çıxışına nəzər salsaq, belə çıxır ki, 1 şagirdə məktəbli forması almaq ayaqqabısız aşağı sinifə 48 manat, yuxarı sinifə 51 manata başa gələcək. Yuxarı sinif şagirdlərinə əgər jiletdə almaq istəsələr bunun da qiyməti 8 manat olacaq.

Məqalədə : məktəbli formaları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53906

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52038

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53498

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53248

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58598

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52831

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 09:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru