Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2018
15:50
II Yelizavetanın Trampla görüşə taxdığı yaxa sancaqlarının sirri - FOTO

Sosial şəbəkə istifadəçiləri Böyük Britaniya kraliçası II Yelizavetanın ABŞ prezidenti Donald Trampla görüşə taxdığı yaxa sancaqlarında işarələr görüblər. Məlum olub ki, Böyük Britaniya kraliçası 80-ci səviyyəli troll imiş.

FaktXeber.com-un məlumatına görə, bu barədə Daily Mail xəbər verib. İngilis kraliça siyasi məsələlər barədə özünü  neytral göstərsə də, internet istifadəçiləri onun tərzində ABŞ prezidentinə olan münasibəti barədə incə eyham  müəyyən ediblər.

Tvitter-in @SamaruiKnitter nikli istifadəçisi ehtimal edib ki, Trampla görüşünə bir neçə yaxa sancağı dəyişən II Yelizaveta bəzək əşyalarını təsadüfi seçməyib, əksinə bəlkə də bunların hər biri ciddi bəyanat imiş.

Kraliça 3 yaxa sancağı dəyişib: Onlardan biri prezidentin xanımı ilə gəlişi zamanı, ikincisi banket günü, üçüncüsü isə görüşün son günündə taxılmışdı. 

Donald və Melani Trampla görüşü zamanı ən çoxmənalı yaxa sancağından istifadə edib. Bu Barak Obamanın  Böyük Britaniyaya son səfəri zamanı hədiyyə etdiyi bəzək əşyası olub.

«Bu sadəcə Amerika istehsalı olan broş olsa idi, gülməli alınardı. Ancaq o, məhz bunu seçmişdi. Onun Barak və Mişel Obama şəxsən kraliça üçün almışdı», - deyə @SamaruiKnitter yazır.

ABŞ-ın sabiq prezidenti və xanımı yaşıl çiçək formasında olan bu kiçik broşu 2011-ci ildə  Vaşinqtonda Tiny Jewel Box vintaj  dükanından  almışdı. Bəzək əşyası 1950-ci ildə 14 kearatlıq qızıldan, brilliantdan və aqatadan hazırlanıb.

ABŞ prezidentinin səfərinin ikinci günündə kraliça yenə birmənalı seçim etməyib.

Belə ki, görüş zamanı II Yelizaveta atası IV Georg vəfat edərkən anasının onun dəfninə taxdığı sancaqdan istifadə edib.

Donald Trampla çay mərasimi üçün seçdiyi üçüncü bəzək əşyası də az təəccübləndirməyib. «Kanadanın qar dənəcəyi» adlı bu sapfir broşu Kanadanın sabiq general qubernatoru  Devid Conston kraliçanın taxtda oturmağının 65 illiyi münasibəti ilə hədiyyə etmişdi. 

«Siz bilirsiniz də Tramp mütəmadi olaraq kimi təhqir edir: Birlik ölklərinin üzvü və Böyük Britaniyanın ən böyük Müttəfiqlərindən birini» - deyə @SamaruiKnitter araşdırmasını yekunlaşdırıb.

Məqalədə : Top Secret Yelizaveta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46841

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45020

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46600

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51736

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45879

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46433
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 18:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru