Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
11:53
Enerjiyə qənaətin 8 qızıl qaydası

Amerika Milli Elektrik Şəbəkəsi bu həftə həddindən artıq istilik və rütubətin gətirib çıxardığı yüksək enerji tələbi səbəbiylə Nyu-Yorkda yaşayan istehlakçılardan həftənin qalan hissəsində normadan artıq elektrik istehlakının azaldılmasını xahiş edib.

FaktXəbər-in məlumatına görə, Milli Elektrik Şəbəkəsi bazar ertəsi günün ikinci yarısı sözügedın ərazidə elektrik enerjisi təchizatının kifayət qədər olduğunu bildirib, lakin yüksək tələbatın və istiliyin regional şəbəkələrdə çətinlik yarada biləcəyini açıqlayıb.

Kommunal xidmət rəsmisinin verdiyi məlumata görə, bazar ertəsi şimali Nyu-York 7,039 meqavat enerji istifadəsi ilə bu ilin ən yüksək həddinə çatdı ki, bu da müşahidə etdiyimiz istilik səviyyəsi üçün standart hesab olunur. 7, 380 meqavatlıq rekord hədd 17 iyul 2013-cu ildə qeydə alınıb.

Milli Elektrik Şəbəkəsi kommunal avadanlıqlardan istifadəyə tələbatın azaldılmasına və sistemin etibarlılığını təmin etməyə kömək göstərmək üçün bir neçə sadə istehlakçı davranışlarını tövsiyə edir. Bu tədbirlər enerji istehlakında böyük əhəmiyyət kəsb edə bilər və bu, enerji fakturanızı daha yaxşı idarə etməyinizə kömək edə bilər.

1. Günəşin evinizi çox isti etməsinin qarşısını almaq üçün jalüzləri, kölgəlikləri və qalın pərdələri çəkin.

2. Kondisioner parametrlərini bir az artırın, filtrləri dəyişdirin, sərinkeşlərdən istifadə edin - kondisionerinizin temperaturu nə qədər aşağı olsa, xərci də bir o qədər çox olar. Məsələn, 75 dərəcəlik bir tənzimləmə 78 dərəcəlik tənzimləmədən təxminən 18 faiz çoxdur. Rahatlığın imkan verdiyi qədər termostatı yüksək dərəcəyə qoyun. Bundan əlavə, havalandırma qurğusunu yoxlayın və zəruri hallarda onu əvəz edin və ya ehtiyac yaranarsa təmizləyin. Kondisioner əvəzinə sərinkeşlərdən istifadə edilməsi də enerji istifadəsini azaldır.

3. Proqramlaşdırıla bilən termostatı nəzərdən keçirin - otaqlar boş olduqda soyutma temperaturlarını tənzimləyərək illik 180 dollara qədər qənaət edə bilərsiniz.

4. Lazım olmadıqda işıqları söndürün.

5. Qabyuyan və paltaryuyan maşınlar kimi isti sudan istifadə edən avadanlıqların istifadəsini gecikdirin.

6. Elektron əşyaları şəbəkədən ayırın - televizor və kompüterlər kimi elektron əşyalarınız söndürülsə də, hələ də elektriki özünə çəkə bilər. Hər hansı bir lazımsız elektron əşya və yükləmədən çıxarın. Əyləncə sistemlərinizdə qabaqcıl uzadıcılardan istifadə fantom enerji yükündən istifadəni azaldır hər il 60 dollara qədər qənaət etməyinizə kömək edir.

7. Hovuz nasosunu söndürün - hovuz nasosları evdəki enerjinin ən böyük istehlakçılarından biridir - havalandırma sistemindən sonra ikincidir.

Məqalədə : enerji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46846

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45020

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46600

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51736

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45879

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46433
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 18:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru