Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2018
12:36
Meşə zolağının söndürülməsinə helikopter cəlb edilib

Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında baş verən yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Faktxeber.com məlumat verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. 

Məqalədə : Yardımlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
267

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
284

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
377
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 05:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru