Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
10:17
1918-ci il Bakı qırğınından sonra Şaumyanın yanında duran Ayna Sultanova

O, Cümhuriyyət qadını deyil...

Lakin görkəmli dövlət adamıdır. Adı məlum; Ayna Sultanova. Bakıda heykəl boyda büstü var, bir böyük ərazi onun adı ilə gündə yüz yol hallanır. 

Ayna Sultanova 1918-ci il Bakı qırğınlarına rəğbətini ifadə etmiş, 10 min əhalinin qətlindən sonra həyat yoldaşı Həmid Sultanovla birgə Şaumyanla yanaşı durmuş bolşevik qadındır. 

1901-ci ildə açılmış Bakı rus-tatar məktəbinin ilk məzunlarındandır, milyonçu Tağıyevin təqaüdü ilə oxuyub. 

Ayna Sultanovanın qardaşı Qəzənfər Musabəyov, əri Həmid Sultanov da bolşevik idilər. Hər üçü sovet hakimiyyətinin zirvəsində təmsil olunurdu. 

Qəzənfər Musabəyov və Həmid Sultanov

Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, "Şərq Qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur. 

Siyasi fəaliyyətinin böyük bir qismini Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsinə həsr etmişdir.

30-cu illərin müsibətlərində qəflətdən oyanmış, lakin Stalindən ümidini itirməmiş, böyük rəhbərə şikayət etmək üçün Moskvaya yola düşmüşdür. Moskva vağzalında qatardan enərkən onu xüsusi mühafizə dəstəsi yaxalamış və saçından sürüyərək Bakıya gətirmişlər. İstintaq zamanı ağlasığmaz qəddarlıqla alçaltmış, ləyaqətini yerlə bir etmişlər.

SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. Və güllələnmişdir. Sonra bəraət verilmiş və heykəli qoyulmuşdur.

Ayna Sultanovanın üzünə məhkəmədə əri, daxili işlər naziri Həmid Sultanov və qardaşı görkəmli dövlət xadimi Qəzənfər Musabəyov durmuşdur. Yəqin ki bu üzədurma dəhşətli işkəncələrin nəticəsi idi. Onlar, yəni qardaşı və əri məhkəmədə Ayna Sultanovanın əksinqilabçı qüvvələrlə əməkdaşlığına şahid olduqlarını söyləmişdilər. 

Həmid Sultanov Stalinlə söhbət edir (1928)

Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu bolşevik qadın Cümhuriyyətin devrilməsi üçün Nəriman Nərimanovla, qardaşı Qəzənfər Musabəyovla, əri Həmid Sultanov və digər soydaşlarımızla əllərindən gələni etmiş, xalqı Cümhuriyyəti devirməyə çağırmış, çevrilişə dəstək vermək çağırışlarına imza atmışdılar. 

Onlar milli dövlətlərinə düşmən kəsilmiş, istilaçı Rusiyanı yenidən Azərbaycana qaytarmaq üçün nələr etməmişdirlər...

Niyə?

Bəzən insanı anlamaq çətin olur...

Anlamaq çətin olsa da bilmək, tanımaq çox mühümdür.

Çünki Ayna Sultanova soydaşımızdır.

Onun siyasi həyatında acı təcrübəmiz yatır.

Mehriban Vəzir

Məqalədə : Top Secret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46841

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45020

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46600

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51736

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45879

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46433
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 18:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru