Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2012
15:01
MKİ-nin VYETNAM ƏMƏLİYYATLARI

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XIV HİSSƏ)

Vyetnam, Amerika ordusunun bu ölkəyə daxil olmasından bir neçə il əvvəldən MKİ-nin döyüş meydanı idi. Əvvəllər Fransa adı ilə fəaliyyət göstərdi. Fransa öz ictimaiyyətinin bu hadisədən məmnunsuzluğuna baxmayaraq, 1945-1954-cü illər arasında 9 il boyunca köhnə müstəmləkəsini yenidən ələ keçirmək üçün döyüşdü.
MKİ-nin pullu əsgərlərinin fransızlarla birlikdə döyüşməsinə, hətta MKİ-nin şirkəti olan “Air America”nın (dövrün ən böyük özəl hava yolu şirkəti idi - red) hava dəstəyinə baxmayaraq, fransızların əməyi nəticəsiz qaldı.
1954-cü ildə bağlanan Cenevrə Müqaviləsi, 1956-cı il seçkilərinə görə Vyetnamı müvəqqəti olaraq ikiyə böldü. Lakin seçkilər ABŞ-ı maraqlandırmırdı.

MKİ-nin psixoloji müharibə mütəxəssisi Et Landsdale Şimali Vyetnamda ABŞ-ın ölkəyə nüvə bombası atmağı planlaşdırdığı barədə şayiə yaydı. Bu və buna bənzər başqa taktikalar MKİ-nin təyyarələri və gəmiləriylə cənuba daşınan bir milyondan artıq qaçqın köçü yaratdı.

Cənubda isə MKİ o vaxta qədər əsla ayrı bir ölkə kimi görünməyən Cənubi Vyetnam üçün ayrıca konstitusiya hazırladı. Ngo Dinh Diemi rəhbərliyə gətirdi və ona fransızlara qarşı çıxan hər kəsi əzmək tapşırığını veri.
ABŞ-ın Diemi dəstəkləməsinə səbəb isə onun Vyetnamda Ho Si Minhlə heç vaxt müzakirə stolu arxasında oturmağı qəbul etməyəcək siyasətçilərdən biri olduğu inancına bağlı idi. Doqquz illik mənasız bir müharibədən sonra Diem əlaqələrin və müzakirələrin faydalı olduğunu düşünməyə başladıqda isə iqtidara gətirildiyi kimi asanca da kənara atıldı. 1963-cü ilin noyabrında MKİ-nin hazırladığı çevrilişlə vəzifədən uzaqlaşdırıldı, sonra da öldürüldü.

Bir Amerika kəşfiyyatçısı 1945-ci ildə Ho Si Minhi "Hind-Çin yarımadasında ən güclü və bəlkə də ən qabiliyyətli siyasi şəxsiyyət" kimi təqdim edirdi və "...onu qovacaq hər hansı bir həll yolunun müvəffəqiyyət şansı naməlumdur", - deyirdi. Çox təəssüf ki, bu cür sağlam fikirli baxışlar, soyuq müharibə sərtləşdikcə Vaşinqtonda ikinci plana keçirildi.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
367

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru