Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2012
17:33
`MƏKKƏNİ BOMBALAMAQ LAZIMDIR`
Bu cür sərsəm və qorxuducu açıqlamanı ABŞ Hərbi Akademiyasının müəllimi təklif edib

FaktXeber.com-un verdiyi məlumata görə, Amerika Hərbi Akademiyasının müəllimi leksiyası zamanı bildirib ki, zərurət yaranarsa, ABŞ Drezden, Tokio, Xirosima və Naqasakidə olduğu kimi müsəlmanların müqəddəs məkanları olan Mədinə və Məkkə şəhərlərini bombalaya bilər. Bu barədə Wired  məlumat yayıb.

Sözügedən təqdimat 2011-ci ilin iyul ayında Joint Forces Staff College hərbi akademiyasında polkovnik leytenant Matthew A.Dooley tərəfindən nümayiş etdirilib. Virciniya ştatının Norfolk şəhərində yerləşən bu təhsil mərkəzində orta səviyyəli zabitlər yetişdirilir.

Sözügedən təqdimatı barədə Dooley şərh verməkdən imtina edib.

Dooley qeyd edib ki, "mülayim İslam" anlayışı yoxdur. O, məktəbdə çıxışı zamanı bildirib ki, İslam barbar ideologiyadır və artıq ona dözmək olmaz. Polkovnik leytenant mümkün müharibə planını da nümayiş etdirib. Plan 4 mərhələdən ibarətdir. Planın üçüncü mərhələsi İslama etiqadın azaldılması və Səudiyyə Ərəbistanına qarşı aclıq təhlükəsinin yaradılmasıdır.

Wired yazır ki, Matthew A.Dooleyin bu planlarının aşkarlanmasına baxmayaraq, o, vəzifəsindən çıxarılmayıb.

Qeyd edək ki, bundan əvvəl də ABŞ FTX-sinin tədris kurslarında anti-islam materialları aşkarlanmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
160

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
135

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 19:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru