Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2012
14:16
MERLİN MONRO KQB AGENTİ İMİŞ

Hollivudun məşhur aktyoru Amerikalı sarışın Merlin Monronun keçmiş Sovet kəşfiyyat xidməti KQB ilə əməkdaşlıq etdiyi məlum olub. Bildirilir ki, Monronun gizli kod adı "Maşa" imiş.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İtaliyanın "Panorama" jurnalı xəbər yayıb. KQB agenti və məşhur Amerika aktyoru arasında gizli əlaqələr qurulubmuş. Xəbərdə, "keçmiş KQB səlahiyyətlisi Lyudmila Temnova, Monronun Sovet gizli xidmətlərilə daim təmas halında olduğunu bildirdi. Hətta onun Maşa kod adı da var idi", - iddialarına yer verilib.

SSRİ-nin Birləşmiş Millətlər nümayəndəliyində diplomat adı altında işləyən bir Sovet agenti (Vyaçeslav Yeqorov) dövrün SSRİ rəhbəri Nikita Xruşovun ABŞ səfəri zamanı Sovet səfirliyində təşkil olunan yeməkdə təsadüfən Monronu görüb. Daha sonra onların dostluğu müəyyən romantik səviyyəyə qədər yüksəlib.

Temnovanın iddiasına görə, KQB sarışın ulduzla çox maraqlanırmış.

İtaliya jurnalı yaxın günlərdə "Monro Dostoyevski ölkəsində" adlı sənədli filmin nümayiş etdiriləcəyini də yazıb. Filmdə məşhur ulduzun SSRİ-yə qısa ziyarəti barədə danışılır. Filmdə adını açıqlamaq istəməyən keçmiş Sovet agenti (Yeqorov) Monronu Moskvaya dəvət etdiyini, aeroportda qarşıladığını və Kremlə bənzər bir oteldə qaldığını iddia edib.

Həmin vaxtlar 27 yaşında olduğunu söyləyən keçmiş agent, dinləmə qurğularını nəzərdə tutaraq, "lakin bizim əlaqələrdə müəyyən bir gərginlik hiss edilirdi. Biz birlikdə olduğumuz vaxt, bəzilərinin bizi gördüyünü və dinlədiyini hiss edirdik", - deyib. Xəbərə görə, bu görüşdən sonra onlar bir daha görüşməyiblər və əlaqələri sona çatıb.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
430

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru