Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2012
17:54
`TİME` JURNALI BİN LADENİN SON SÖZLƏRİNİ DƏRC EDİB
"Time" jurnalı Əl-Qaidənin keçmiş lideri Üsamə bin Ladenin son sözlərinə yer verib

Əl-Qaidə terror təşkilatının keçmiş lider Üsamə bin Ladenin 3 həyat yoldaşı ilə uşaqlarının Pakistandan deportasiya edildiyi bildirilir.

FaktXeber.com-un verdiyi məlumata görə, Bin Laden ailəsi güclü təhlükəsizlik tədbirləri altında paytaxt İslamabaddan xüsusi təyyarəylə Səudiyyə Ərəbistanına göndərilib.

LADENİN SON SÖZLƏRİ

Bu arada isə "Time" jurnalı Əl-Qaidənin keçmiş lideri Üsamə bin Ladenin son sözlərini dərc edib. Xəbərdə Bin Ladenin son olaraq dörd yoldaşından biri olan Əməllə danışdığı bildirilir. "Time" həmçinin Pakistanda gizli şəkildə yaşadığı evində öldürülün terrorbaşının son günlərinə aid təəccüblü materiallar da yayımlayıb.

"Time"a görə, amerikalıların Abbottabaddakı evdə əməliyyat başlatdığı 2 may 2011-ci il səhəri silah və partlayış səsləri eşidildikdə, Bin Ladenin 20 yaşlı qızı Məryəm, təlaşla yuxarı mərtəbəyə qalxıb və atasına nə olduğunu soruşub. Əl-Qaidə lideri qızına, "aşağı düş və yatağına gir" əmrini verib.

Bin Laden daha sonra evdə olan dörd yoldaşından biri olan Əmələ son sözlərini söyləyib: "İşığı yandır."

Ancaq Bin Ladenin bu istəyi yerinə yetməyib, çünki evdə olan mühafizəçilərdən biri əməliyyat başlayan kimi təhlükəsizlik məqsədi ilə evin elektrik xəttini bağlayıbmış. Daha sonra isə əməliyyat başlayıb və Bin Laden ölü şəkildə ələ keçirilib.

PANETTANIN QEYDİ

"Time" jurnalı bu sayında ayrıca olaraq ABŞ prezidenti Barak Obamanın əməliyyat qərarı verdiyi gün, MKİ rəhbəri Leon Panettanın bu mövzuyla əlaqədar yazdığı qeydin bir nüsxəsini də yayımlayıb. İndi Müdafiə Naziri olan Panettanın 29 aprel 2011-ci il tarixli qeydində isə deyilir:

Aprel 29, 2011, saat 10.36

Tom Donilon zəng vurdu. Donilon, prezidentin AC1 (Abbottabaddakı evə verilən kod ad - red.) barədə qərar verdiyini söylədi. Qərar, əməliyyatı təşkil etmək istiqamətində idi. Vaxt, əməliyyata başlamaq əmri və idarəetmə admiral McRavenin səlahiyyətindədir. Əməliyyatın təsdiqi, Prezidentə təqdim edilən risk hesabatından alınıb. Bundan əlavə yeni risklər aşkar ediləcəyi halda, bunlar yenidən prezidentlə məsləhətləşmək üçün ona çatdırılacaq. Əmr, gedib Bin Ladeni almaq və əgər orada deyilsə, çıxıb getmək şəklindədir. Bu məlumatlar saat 10.45-də admiral McRavenə çatdırıldı.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
235

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
248

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
251

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
326

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
256

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
293

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
495

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru