Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2012
15:33
TURQUT ÖZALIN ÖLÜM SƏBƏBİ ARAŞDIRILIR
Prezident Abdullah Gülün təklifi ilə yaradılan 7 nəfərdən ibarət heyət bu işlə məşğul olacaq

1993-cü ildəki ani ölümüylə Türkiyəni şoka salan prezident Turqut Özalın son günləri araşdırılır. Dövlət Nəzarət Şurası (DNŞ) şübhəli nöqtələrin işıqlandırılması üçün yeddi nəfərdən ibarət Elmi Heyət yaradıb. Prezident Abdullah Gülün təsdiqiylə yaradılan heyətdə kardiologiya, farmakologiya, kimya, biologiya, ədliyyə tibb ekspertizası kimi sahələrdən mütəxəssislər var. Özal ailəsinin səsləndirdiyi "öldürüldü" iddiasının həqiqəti araşdırılır.
 
FaktXeber.com-un verdiyi məlumata görə, təxminən yarım il əvvəl start verilən işdə fəaliyyətlər son dövrdə artıb. DNŞ-nin sağlam faktlar əldə etmək məqsədiylə dəstək aldığı Elmi Heyət yüksək dəqiqliklə iş aparır. Əsas məqsəd, Özalın bilindiyi kimi ani infarkt, yoxsa uzunmüddətli kimyəvi zəhərlənmə və ya bir başqa süni üsul nəticəsində öldüyü iddialarına aydınlıq gətirməkdir.
 

DƏRMANLAR, MEYVƏ ŞİRƏSİ...

 
Özalın istifadə etdiyi dərmanların siyahısı hazırlanıb. Günün hansı saatlarında, hansı vaxt intervalında içdiyi, bu dərmanların diaqnozu qoyulmuş xəstəliklərə uyğun olub-olmadığı, qidalanma proqramıyla uyğunlaşma və qarşılıqlı təsiri incəliklə araşdırılır. Heyət, Özalın ölümündən əvvəl Hyustonda keçirdiyi şuntlama əməliyyatı da daxil olmaqla bütün tibbi hesabatları, tədqiq və təhlilləri bir yerə toplayıb. Ölümündən bir gün əvvəl sərgidə təqdim edilən meyvə şirəsiylə əlaqədar iddialar və iki gün əvvəl döndüyü Orta Asiya səfərindəki qidalanma proqramı da bu işə daxil edilib.
Qeyd etmək yerinə düşərdi ki, Turqut Özal Orta Asiya səfəri çərçivəsində Azərbaycanda da olmuşdu. Ola bilsin ki, DNŞ-nin araşdırmaları içərisində buna da diqqət yetirilib.
 

MODELLƏŞDİRİLMƏ

 
DNŞ Özalın vəfat etdiyi 17 aprel 1993-cü il gününün "necə keçdiyi"ni də dəqiqə-dəqiqə modelləşdirib. Həmin vaxt yanında kimlərin olduğu, Köşkdə həmin gün xidmət edən və icazəli olan heyət, xəstəxanaya aparılarkən yanındakılar, Hacettəpədə qarşılayanlar, müdaxilə edən qrup, daha sonra aparıldığı Gülhanə Hərbi Tibb Akademiyasının heyətinə tək-tək nəzər yetirilib. Başda həkimləri və təhlükəsizlik xidməti də daxil olmaqla, Ankarada və Türkiyədə olanlarla bir-bir görüşülüb. Bəzi şəxslər təqaüddə olduğu və ya xarici ölkədə xidmət etdiyi üçün elektron poçt vasitəsiylə ünsiyyət yaradılıb.
 

 "ŞÜBHƏ"LİLƏRİN SİYAHISI DA VAR

 
İş zamanı DNŞ, Özalın öldüyü gün Köşkdə həkim və tibb bacısının icazəli olması, təcili yardımın işləməməsi, müdaxilə və yardım qrupunun olmaması, vəfatından sonra da qan nümunəsinin tapılmaması kimi qəribə və silsiləvi çatışmazlığı da araşdırılıb. Əldə ediləcək nəticələr, "ölümündə xarici xüsusi xidmət orqanlarının barmağı olduğu" iddiaları baxımından xüsusi əhəmiyyət daşıyır.
 

NƏTİCƏLƏR MAYDA AÇIQLANACAQ

 
DNŞ müxtəlif vaxtlarda eyni mövzuda istintaq həyata keçirən Ankara Respublika Baş Prokurorluğu ilə birlikdə faktlar üzərində koordinasiyalı iş aparır. Hər iki təşkilatın da məlumatlarına müraciət etdiyi və ya ifadəsini aldığı şəxslərin sayının yüzlərlə olduğu bildirilir. İstintaq çərçivəsində 1988-ci ildəki sui-qəsd cəhdiylə əlaqədar də araşdırma aparılır. DNŞ-nin hesabatı bir ay ərzində tamamlayacağı və nəticənin mayda prezident Abdullah Gülün təsdiqinə təqdim ediləcəyi bildirilir. Özalın "tarixin axınını dəyişdirdiyi" deyilən ölümünü aşkara çıxaracaq bu hesabat, yalnız kriminal bir hadisə deyil, "vaxtsız ölməsə kürd məsələsini həll edəcəkdi" tezisi baxımından da böyük əhəmiyyət daşıyır.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru