
DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XIII HİSSƏ)
Yunanıstanda dövlət çevrilişi
1967-ci ilin aprelində Yunanıstanda seçki kampaniyasının başlanmasına az qalmışdı. Seçkilərin favorit namizədi Corc Papandreu qatı antikommunist idi. Bir az sola meylli oğulu Andreas isə, Hubert Humphrey və Adlai Stevenson kimi şəxslərin pərəstişkarı idi. Buna baxmayaraq, hər iki Papandreu ABŞ siyasətçiləri tərəfindən olduqca müstəqil şəxs kimi qiymətləndirilirdilər.
Andreas Papandreu soyuq müharibədə Yunanıstanın bitərəf qalacağı mesajını verdi. Bundan əlavə, yunan ordusundakı bəzi şəxslərin kralın təbiətinə bağlı - sonradan doğru çıxan - şübhələri vardı.
Corc Papandreu əvvəl baş nazir postunu tutmuşdu, ancaq MKİ-nin köməyiylə 1965-ci ildə Kral tərəfindən iqtidardan uzaqlaşdırılmışdı. Oğlu kimi, o da Amerika mənfəətlərinə təslim olmaq istəmirdi.
Seçki kampaniyası başlamamışdan iki gün əvvəl, bir qrup general hökuməti devirdi və hərbi rəhbərlik yaratdı. Çevrilişin lideri 15 ildir MKİ-nin maaş siyahısında idi.
Sonrakı 6 il ərzində demokratiyanın doğulduğu yerdə sərt hakimiyyət hökm sürdü. Geniş diametrli senzura, sistemli işgəncə, vəhşicə təzyiqlər və hökumətin törətdiyi cinayət hadisələri var idi. Hökuməti tənqid edən məlumatı saxlamaq belə işgəncə veriləcək cinayətlər sırasında idi. Qurbanlara işgəncə verilərkən, heç kimin onların köməyinə getməyəcəyi, çünki polkovniklərin ABŞ-ın güclü dəstəyinə sahib olduğu deyilirdi.
Xuntaçılar çevrilişi və ondan sonra gələn iyrənc təzyiq dövrünə qanuni don geyindirmək üçün, "Yunanıstanı kommunist işğalından xilas etmək məcburiyyətində qaldıqlarını" söyləyirdilər. Halbuki Papandreuların kommunist olmadığı şübhəsiz idi, lakin daha təhlükəli müstəqil vətənpərvərlər idi.
ABŞ-ın bu müstəqilliyə qarşı mövqeyi, sözügedən hadisədə ortaya çıxır. Yunanıstanın səfiri, prezident Consonun Kipr probleminin həllinə dair planına qarşı çıxdıqda, Conson səfirə bu cavabı verir: "Sizin parlamentinizi də konstitusiyanızı da... Amerika bir fildir. Kipr bir birə. Yunanıstan da bir birə. Bu iki birə fili dişləməyə davam etsə, filin xortumuyla sərt şəkildə döyülər, əzilərlər... Baş naziriniz mənə demokratiya, parlament və konstitusiya nitqləri səsləndirməyə cəhd etsə, özü də parlamenti və konstitusiyası da çox uzun ömürlü olmaz."
Çilidə dövlət çevrilişi
MKİ Çilidə 1958 və 1964-cü il seçkilərinə əhəmiyyətli şəkildə müdaxilə etdi. 1970-ci ildə isə qorxduğu başına gəldi, sosialist namizəd həkim Salvador Allende dövlət başçısı seçildi.
Amerikan rəhbərliyi Çilidə Salvador Allendenin idarəçiliyi altındakı iqtidardan heç vaxt razı olmamışdı.
Allendenin Amerika şirkətlərinin əlində olan mis sənayesini milliləşdirməsi bu narazılığı daha da artırdı. Dəhşətə gələn prezident Nikson, Allendenin iqtidara gəlməsini, "bu yarımkürədə qarşılaşdığımız ən böyük problemlərdən biridir", - deyə şərh etmişdi. Buna görə də, Amerika Allendeni devirmək planı üzərində işləməyə başlamışdı.
Bunu bacarmadıqda isə hərbi çevrilişlə Allendenin idarəçiliyindən xilas olmağa çalışıb. MKİ hərbi çevriliş üçün əlindən gələni edib. Lakin Çili ordusunun demokratik düşüncəsi çevriliş ehtimalını azaldıb. Çevrilişin önündəki ən əhəmiyyətli maneələrdən biri isə Çili Baş Qərargah rəisi general Rene Şnayder olub. Buna görə də, MKİ ordu daxilindəki fanatiklərlə Şnayderi öldürmək üçün sui-qəsd planı hazırladı. Lakin sui-qəsd planı ləğv edildi, təyin olunan vaxt iqtidarı götürən Allendeyə dəstəyi artırdı.
Bu cəhdi müvəffəqiyyətsiz olan MKİ, "çevriliş mühiti" yaratmaq təlimatı verildi. Prezident Nikson MKİ başçısı Helmsə "Çili iqtisadiyyatına fəryad etdirin" deyə təlimat verdi. MKİ-nin dəstəyi ilə təxribatlar və terrorlar artmağa başladı. MKİ Faşist Azadlıq Partiyası (Patria y Libertad-PyL) üzvlərinə əks-kəşfiyyat və partlayıcı hazırlama təhsili verdi. Onlar da qısa müddətdə fəaliyyətə başladılar.
MKİ Çilidəki ABŞ şirkətləri vasitəsiylə küçə nümayişləri və tətilləri təşkilatlandırdı. Çilinin ən böyük qəzetinin də tərkibinə daxil olduğu MKİ ilə əlaqəli media vəziyyəti bir qədər də gərginləşdirdi. İğtişaş yaratmaq, adamyeyənlik və sair kimi ardı-arası kəsilməyən Marksist "zülm" hekayələriylə hərbi vətənpərvərlik düşüncələri qabardıldı. Orduda təmizlik aparılacağı, ordunun korlanacağı, Sovetlər Birliyinə baza veriləcəyi dedi-qoduları yayıldı.
Nəhayət 1973-cü ildə MKİ Cənubi Amerikada hökm sürən ən yaşlı demokratiyanı yıxdı. Çevriliş, 1973-cü ilin sentyabrında ordunun ifrat sağçı faşist ünsürlərinin liderliyi və amansız bir vəhşətlə baş tutdu. Allende öldürüldü. Bəzi MKİ müdafiəçiləri Allendenin pulemyotla özünü vuraraq intihar etdiyini iddia etdilər. Bəzi nazirlər də qətlə yetirildi, universitetlərdə hərbi yoxlama başladı, müxalifət partiyaları qadağan edildi, minlərlə çililiyə işgəncə verildi və öldürüldü. Bir çox insan MKİ-nin verdiyi siyahılarla “faşist” adı ilə damğalandı.
General Pinoçetin rəhbərliyi altındakı hərbi xunta dövründə müxaliflərə işgəncə verilməsi, xüsusilə “Colonia Dignidad” adlı tükürpədici həbsxanada nizamlı iş halına gəldi.
Zairdə dövlət çevrilişi
Konqo (sonrakı adı Zair) 1960-cı ildə Belçikadan ayrılaraq müstəqillik qazandıqda, Patris Lumumba ilk baş naziri oldu. Parlamentdə güclü dəstəyi olan xarizmatik lider idi. Buna baxmayaraq yalnız iki ay iqtidarda qala bildi.
Solçu Lumumba heç də asan olmayan yolu seçərək, ABŞ-la Sovetlər Birliyi arasında bitərəf siyasət yürütməyə cəhd etdi. Qanalı Kvame Nkrumahın söylədiyi kimi, İngiltərə və Fransa üçün Sovetlərlə diplomatik əlaqənin qorxusu yoxdur, amma buna cürət edən hər hansı bir afrikalı lider ABŞ-ın düşməni olardı.
Lumumbanın taleyi də belə oldu. Hərçənd MKİ mütəmadi olaraq Konqodan olan siyasətçiləri alıb-satırdı, amma Lumumbanın xitabətdəki ustalığı iqtidardan uzaqlaşdırılsa belə, onu ABŞ-ın ayağına dolaşacaq kol edəcəkdi. Bu səbəbdən Lumumbanın öldürülməsinin daha doğru olacağına qərar verdilər.
MKİ başçısı Allen Dulles Lumumbanın öldürülməsi əmrini verdi. 1975-ci ildə keçirilən Konqres istintaqında öldürmə əmrinin Eyzenhauerin təsdiqiylə verildiyi istiqamətində "məqbul göstəricilər" olduğu nəticəsi əldə edildi. MKİ Afrikaya öldürücü virus göndərdi. Ancaq virusun istifadə edilməsinə ehtiyac qalmadı; Lumumba MKİ-nin dəstəklədiyi Zair prezidenti tərəfindən vəzifədən uzaqlaşdırıldı. O da canını qurtarmaq üçün ölkədən qaçdı.
Lumumba MKİ-nin köməyiylə hökumətin idarəsini ələ keçirən general Cozef Mobutunun əsgərləri tərəfindən 1960-cı ilin dekabr ayında tutuldu. Lumumba bir aydan artıq müddətdə məhbus qaldı, sorğu-sual edildi, işgəncəyə məruz qaldı, sonra da başından güllələndi. Cəsədi sulfat turşusuna atılaraq əridildi.
Mobutu o tarixdən bəri 1997-ci ilin 7 sentyabr tarixinə qədər Zairi idarə edib. Daha sonra o devrilib və Mərakeşə qaçıb. Elə burada da xərçəngdən ölüb.
Qeyd edək ki, Zairədəki MKİ bazası Afrikadakıların ən böyüyüdür.
Mobutunun sərvəti milyardlarla dollar idi.
Mobutu etiraz edən tələbələri "prezidentə təhqir" ittihamı ilə ömürlük həbslə cəzalandırır, müxalifət liderlərini ruhi dispanserlərə göndərir, mətbuata və din adamlarına təzyiq tətbiq edirdi. Xalq ona o qədər nifrət edir ki, Mobutu bir müddət çayın ortasında bərədə yaşamaq məcburiyyətində qaldı.
Mobutunun zülmü MKİ-nin özünü belə dəhşətə gətirmişdi. MKİ 1977-ci ildə Mobutuya qarşı qalxmış bir qiyamı dəstəklədi. Amma çevriliş müvəffəqiyyətsiz olduğu üçün MKİ və Mobutu öpüşüb barışdılar.
12 Sentyabr dövlət çevrilişi
Daha bir dövlət çevrilişi isə Türkiyədə baş verən 12 Sentyabr hadisələri idi. Çevrilişdə ABŞ və MKİ-nin əlinin olduğuna dair iddialar var. İlk dəfə tanınmış jurnalist Mehmet Ali Birandın "12 Sentyabr Saat: 04.00" adlı kitabında ortaya atılan, 12 Sentyabr dövlət çevrilişi əsnasında dövrün ABŞ Milli Təhlükəsizlik Şurasının Türkiyə nümayəndəsi Paul Henzenin hərbi müdaxiləni xəbər alarkən, xəbəri çatdıran diplomata "Our boys have done it - bizim uşaqlar işi bitirdi" formadakı cavabı, 12 Sentyabr çevrilişində ABŞ-ın rolu mövzusundakı müzakirələrə səbəb olmuşdu. Henzedən sonra “Ankaradakı uşaqlar bacardı” şəklindəki mesaj prezident Cim Karterə çatdırılmışdı. Paul Henze 2003-cü ildə Türkiyə qəzetlərinin birinə verdiyi müsahibədə, "bizim uşaqlar işi bacardı" sözlərinin Mehmet Ali Birandın uydurması olduğunu söyləyib. Ancaq bir müddət sonra araşdırmaçı jurnalist 1997-ci ildə Henze ilə keçirdiyi görüşünün səsli və görüntülü qeydlərini yayımlayaraq, Henzenin yalanını ortaya çıxarmışdı.
Xatırladaq ki, Paul Henze iflic keçirdikdən sonra 19 may 2011-ci il tarixində 86 yaşında dünyasını dəyişib.
Henze 1974-cü ildə CHP və Milli Selamet Partiyasının koalisiya hökumətinin rəhbərlikdə olduğu dövrdə Ankaraya MKİ-nin büro rəhbəri kimi gəlib. Üç il burada işləyən Henze, bir müddət nazir olan keçmiş CHP rəhbəri Kasım Gülek və kəşfiyyatçı Enver Altaylı ilə də yaxın dostluq münasibətlərində olub.
Prezidentə çevriliş xəbərini o çatdırıb
Paul Henze 1977-ci ildə Ankaradan ayrılaraq mərkəzə dönüb. Ağ Evdə prezidentə məsləhətçilik edən Milli Təhlükəsizlik Şurasında MKİ nümayəndəsi kimi olaraq 1980-ci ilə qədər işləyib.
Paul Henze Türkiyədə Papa II İohan Pavelə Mehmet Eli Ağca tərəfindən təşkil edilən sui-qəsdlə əlaqədar fikirləri ilə də tanınır. Paul Henze 1981-ci ildəki sui-qəsddən sonra yazdığı "Papanı öldürmə planı" adlı kitabla Ağcanın bolqarlar tərəfindən dəstəkləndiyi nəzəriyyəsini yazan ilk şəxslərdən biri olmuşdu. Ancaq ABŞ Senatında 1991-ci ildə keçirilən iclaslarda Sovetlər Birliyinin hadisədə barmağı olduğu ilə əlaqədar nəzəriyyələr ortaya çıxmışdı.
Paul Henze 1924-cü ildə Minnesottada doğulub. İkinci Dünya müharibəsində üç il Avropada döyüşən Henze, Harvard Universitetində Sovet araşdırmaları üzər mütəxəssis kimi ali təhsil alıb. Paul Henze 1950-52-ci illərdə Amerika Xarici İşlər Nazirliyində, 1952-58-ci illərdə də Almaniyada "Radio Free Europe"də işləyib.
12 dil bilirmiş
Daha sonra Milli Təhlükəsizlik Şurasında birlikdə işlədiyi Zbiqnev Brzezinski ilə tanış olur. Henze hökumət işlərindən ayrıldıqdan sonra uzun illər "Rand Korp" adlı beyin mərkəzi üçün analizlər aparıb. Henze türkcə, rusca, fransızca və almanca çox səlis danışa bilirmiş. İspan və polyak dili də daxil olmaqla ümumilikdə 12 dil bilirmiş.
Davamı var
Cavad Turan

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprelmen tərəfindən 05-03-2012 tarixində yazıldı |
hehehe |
Ay Cavad,deyesen Zeitgeist kinosuna tezelikce baxmisan.Men arzulayiram ki,hec olmasa bir defe bizim jurnalist adlanan shexslerimiz ozlerin istintaqi neticesinde bir material yazsinlar.Hec bir agilli meqale yoxdur-neden?Meselen,Bakida bir faishexanani arashdirin-gorun kim krishalix edir,nece olur ki,milletin burnun dibinde bunlar bash verir?Arashdirin da////Eger qorxursuz sa-o bashqa mesele...Onda siz jurnalist yox-dedi-qoducusuz.... |
- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq