Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2011
13:38
PKK-nın BİR NEÇƏ MİLYARDLIQ GƏLİRİ!
Bu barədə terror təşkilatının bütün tərəflərini işıqlandıran "The PKK" adlı kitabda yazılıb

FaktXeber.com-un verdiyi məlumata görə, Almaniyada VDM nəşriyyatı tərəfindən İngiliscə nəşr olunan kitab ABŞ-da Avropada son aylarda ən çox satılanlar siyahısındadır. Kitabda amerikalı türk terror mütəxəssislərinin yazıları yer alıb.

2,5
MİLYARD DOLLARLIQ GƏLİR

NATO
-nun 2007-ci ildəki İqtisadi Komitə toplantısının məlumatlarına görə , qeyri-qanuni narkotik sənayesi PKK-nın ən qazanclı kriminal fəaliyyətidir. Pakistandakı narkotikin xam istehsalından, İraqa gətirilməsindən, küçələrdə satışa çıxarılmasından, PKK tərəfindən gətirilməmiş narkotikə Avropada yüksək "vergi" qoyulmasına qədər, təşkilatın narkotik ticarətinin hər mərhələsində iştirak etdiyi bildirilir. Öz nəzarətindəki bölgələrdən narkotikin keçidində tətbiq etdikləri "vergi" bu qaçaqmalçılığı həyata keçirənlərdən sərhədlərdə aldıqları xəraclar, bu terror təşkilat üçün çox əhəmiyyətli bir gəlir qaynağıdır. PKK terror təşkilatının bu sahədə illik gəliri 50-100 milyon dollardır. Başqa mənbələr isə bu gəlirin 500 milyon avro ilə 2.5 milyard dollar arasında dəyişdiyini söyləyir.

SİCİLİYA
MAFİYASI KİMİ

Yvon
Dandurand Vivienne Chin tərəfindən hazırlanan BMT Narkotiklə Mübarizə Mərkəzinə (UNODC) təqdim edilən "Terrorizmlə digər cinayət növləri arasındakı əlaqələr" hesabatında bu ifadələr var: "Aparılan araşdırmalara görə, PKK kürd qrupları arasındakı əməkdaşlıq Siciliya mafiyası ailələri arasındakı əməkdaşlığa bənzəyir. PKK narkotik ticarətinin istehsalından bazarda satışına qədər, hər mərhələsində iştirak edən çoxşaxəli bir təşkilat kimi işləyir. İlk mərhələ Pakistandan gələn morfindən istehsalın aparıldığı laboratoriya mərhələsi, son mərhələ isə təşkilat tərəfindən müəyyənləşdirilmiş satıcılarla Avropa küçələrində satışın aparılmasıdır.

İMMİQRANT
BAZARINA NƏZARƏT EDİR

İmmiqrant
daşınması insan alveri PKK-nın narkotikdən sonra ən çox gəlir gətirən fəaliyyətidir. PKK saxta pasport vizalarla qeyri-qanuni köç immiqrant daşınması fəaliyyətlərini icra edir xüsusilə Almaniyadakı immiqrant bazarına nəzarəti əlində saxlayır. Avropaya saxta pasportlarla daşınanlara təşkilata yaxın dərnəklərdə sözü verilir. Bu şəxslərə bir tapıldıqda isə "üzvlük haqqı" adı altında PKK üçün xərac toplanır.

Bütün
bu deyilənlər yeni nəşr olunan "THE PKK" adlı kitabda yer alıb. Kitabın iki amerikalı redaktoru terror mövzusunda mütəxəssislikləri bütün dünyada qəbul olunan Nyu York Universiteti Terrorla Mərkəzi rəhbəri prof.Charles Strozier Kinkinnati Universitetinin professoru Ceyms Frankdır.

Cavad Turan

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru