Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2011
14:59
MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ
DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XIII HİSSƏ)

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XII HİSSƏ)

Dominikan Respublikasında dövlət çevrilişi


Rafael Trujillo 1930-cu ildə çevrilişlə Dominikan Respublikasında iqtidarı ələ keçirdi və sonrakı 30 il boyunca ABŞ-ın güclü dəstəyini aldı. Trujillonun müxalifəti məhv etmək üsulları, iyrəncliyi ilə seçilirdi: kütləvi qırğınlar və işgəncə. ABŞ buna heç səsini belə çıxarmırdı və Trujillonun BMT-də ABŞ siyasətinin ən etibarlı tərəfdarı olmasıyla əvəzini aldı.
Ancaq bütün diktatorlarda tez-tez müşahidə edildiyi kimi, Trujillo da çox acgöz idi. Dominikan iqtisadiyyatının 3/5-nə nəzarət edəcək şəkildə böyüyən fərdi sərvəti, xarici dövlətlər tərəfindən əvvəlcə qurulan "sərmayə üçün uyğun iqlimi" təhdid edirdi. Bu vaxt, Kastronun inqilabçı ordusunun Kubada iqtidarı ələ keçirəcəyini müşahidə edən ABŞ, Trujillonun həddindən artıq qəddarlığının inqilaba səbəb olacağından narahatlıq keçirdi. Buna görə də, MKİ 1958-ci ildə Trujillonu öldürmək qərarına gəldi.

Trujillonun həyatı 1961-ci ilin mayında anidən başa çatdı. Vaşinqton hadisədə əlinin olmadığını söyləməkdə olsun, 1975-ci ildəki Cruch Komitəsinə (MKİ-nin gizli əməliyyatlarını araşdırmaq üçün ABŞ Senatı tərəfindən 1975-ci ildə yaradılan komitədir. Komitə, rəhbəri senator Frank Churcha görə bu cür adlanır – C.T.) görə, bu MKİ-nin ən sənədli sui-qəsdlərindən biriydi. ABŞ çürümüş Trujillo rejimini Trujillosuz davam etdirməyə cəhd etdi, ancaq 1962-ci il seçkiləri Juan Bosç adlı həkimi iqtidara gətirdi.

Bosch anti-kommunist idi və azad sahibkarlıq tərəfdarıydı. Lakin axmaq adam, özünü torpaq islahatı aparmağa, ucuz yaşayış səviyyəsi təmin etməyə, cəmiyyət sərmayələrinə girişməyə, "təmiz bir demokratik rejim" yaratmağa həsr etmişdi. İqtidarda yalnız 7 ay qaldı. MKİ-nin planlaşdırdığı bir çevrilişlə vəzifədən salındı. 1965-ci ildə Bosçu yenidən iqtidara gətirməyi planlaşdıran xalq hərəkatı başladığına görə, ABŞ adanı işğal etdi və sərmayələr üçün əlverişli iqlimini qoruyan əli - qanlı rejimlər silsiləsinin əsasını qoydu.

Prezident Kennedinin "JFK Doktrinası" adlanan siyasətinin nəticələrini görməyə ömrü çatmasa da, ABŞ-ın xarici müdaxilələr mövzusunda olduqca dəqiq bir fikir irəli sürmüşdü. Dominikan Respublikası haqqında, "üç ehtimal var... təmiz bir demokratik rejim, Trujillo rejiminin davam etməsi və ya Kastro rejimi (bununla Bosçu nəzərdə tuturdu). Biz birincinin olmasını məqsəd güdürük, ancaq üçüncüsünün olmayacağından əmin olmamış, ikincisindən imtina etmərik" demişdi: “Praktikada birinci ehtimalı heç vaxt sınamadıq. Nəticədə ABŞ-la əməkdaşlıq edən bütün ölkələr Trujillo rejiminə və onun yerinə qurduğumuz rejimlərə bənzəyirlər.”

İndoneziyada dövlət çevrilişi və soyqırım


Suxarno 1945-ci ildən 1965-ci ilə qədər İndoneziya prezident olub. Üçüncü Dünya liderləri arasında bir ulduz idi. Anti-imperialist hərəkat içində aktiv idi. Uzun müddət idi ABŞ tərəfindən tikan kimi görünürdü. Kommunist Partiyasının yaratdığı koalisiya hökumətinin ortağı idi. MKİ ona qarşı 1958-ci ildə müvəffəqiyyətsiz qiyam qaldırdı; öldürməyə cəhd etdi  və hətta oxşarının oynadığı bir porno film çəkərək onu çətin vəziyyətə salmağa cəhd göstərdi.

Ancaq MKİ arzusuna 1965-ci ildə çatdı. Belə ki, ABŞ öyrətdiyi və dəstəklədiyi İndoneziya ordusunu, ordunun başçısı general Suxartoya qarşı solçu çevriliş üçün ayağa qaldırdı. Çevriliş müvəffəqiyyətsiz olduğu üçün ordu, bu hadisəni Suxaronu devirmək və yerinə Suxartonu gətirmək üçün bəhanə kimi istifadə etdi. Diplomatik sənədlərə görə, çevriliş, ordunun rəhbərliyi ələ keçirməsini qanuniləşdirmək üçün hazırlanmış oyundan başqa bir şey deyildi.

Ancaq ağıla gəlməyəcək şeylər baş verdi. Yalnız bir neçə həftə ərzində tükürpədici şəkildə 500 minlə 1 milyon arasında indoneziyalı qətliam edildi. Lakin narahatlığa ehtiyac yoxdur; Suxarto rejimi hamısının kommunist olduğunu söylədi. Sonra ortaya çıxdı ki, ölüm manqaları, ABŞ Xarici İşlər Nazirliyi və MKİ agentləri tərəfindən hazırlanmış ölüm siyahılarına görə iş görüb.

1965-ci il soyqırımı İndoneziya hərbi rejiminin yalnız başlanğıcıydı. İndoneziya ordusu 1975-ci ildə əvvəllər Portuqaliyanın müstəmləkəsi olmuş və kifayət qədər neft ehtiyatları olan bəxtsiz kiçik qonşusu Şərq Timoru işğal etdi.
O gündən Şərqi Timor əhalisinin 1/3-i etnik və dini ayrı-seçkilik qoyulmadan ABŞ-dan təmin edilmiş silahlarla İndoneziya ordusu tərəfindən qətlə yetirildi. Bu indiyə qədər törədilmiş ən böyük soyqırım kimi tarixə düşüb.

Laosda dövlət çevrilişi


1957-1965-ci illər arasında Laosda hökumətlər bir-birinin arxasınca gəlib. MKİ-nin dəstəyiylə hər il ən azı bir dəfə dövlət çevrilişi edilib. Problem isə Pathet Lao adlı solçu qrupun koalisiya ortağı olacaq qədər səsini qoruması idi.
Pathet Lao və ya başqa bir solçu qrup kifayət qədər səs topladıqda ya sağların çevriliş etmək həvəsi baş qaldırır, ya da seçkilər ləğv edilərək parlament buraxılırdı. Seçkilər keçirildiyi vaxt isə MKİ saxtakarlıqlara başlayaraq, əks-təbliğat kampaniyası həyata keçirir və öz namizədlərinin seçilməsi üçün seçicilərə rüşvət paylayırdı.

Lakin MKİ yalnız bu çürük üsullara bel bağlamıdı. 1950-ci illərin sonlarından başlayaraq, Pathet Lao qüvvələrinə hücum məqsədiylə pullu əsgərlərdən ibarət 40 min nəfərdən ibarət ordu yaratdı. “Armee Clandestine” (“Gizli Ordu”) kimi tanınan bu qüvvələrin yarısını taylandlılar, yarısını isə Tayvan, Cənubi Koreya və ABŞ-dan asılı olan digər ölkələrin vətəndaşları təşkil edirdi. “Gizli Ordu”nun gücünə qarşı isə Pathet Laonun müqavimət göstərməsi üçün xalq dəstəyi var idi.

1964-cü ildə sağçı kukla bir rejimi iqtidara gətirən MKİ çevrilişindən sonra, Pathet Lao tamamilə qeyri-qanuni elan edildi. Onlar da Laos torpaqlarında MKİ-nin təxribat və cinayət dəstələrindən narahat olaraq, qonşu Şimali Vyetnamdan kömək almağa başladı. Pathet Lao əhəmiyyətli müvəffəqiyyətlər əldə etdikdə isə, Amerika ordusu gizli şəkildə müdaxilə etməyə başladı.

ABŞ 1965-1973-cü illər arasında Laosa iki milyon tondan artıq bomba atdı. Bu İkinci Dünya müharibəsində bütün tərəflərin istifadə etdiyi bombalardan çox idi. Bombardman o qədər dəhşətli idi ki, əhalinin 1/4-i mühacirət etmək vəziyyətinə düşdü, minlərlə insan bir müddət mağaralarda yaşadı.
MKİ-nin Laosdakı bu müharibəsi "gizli" olduğu üçün Vyetnam müharibəsinə görə, çox az diqqət çəkirdi. Gizlilik, döyüşdə iştirak edən çoxlu sayda Amerika əsgəri üçün də başağrısı oldu.

Onlar öldükdə isə Vyetnam müharibəsinin itkinləri siyahısına düşürdülər. Lakin 1975-ci ildə Pathet Lao nəhayət iqtidara gəldi, ancaq əsir dəyişikliyi üçün razılaşma əldə edə bilmədi. Çünki ABŞ Laosda gizli müharibə apardığını qəbul edə bilməzdi.
Laosda sağ qalan amerikalıların çoxu, “Gizli Ordu”da narkotik qaçaqmalçılığı işinə başladı. Hələ sağ qalanlar olsa belə, MKİ onların varlığını inkar edəcək.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
568

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
430

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
520

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Şərhlər
Nizami63 tərəfindən 17-12-2011 tarixində yazıldı
MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ
Cavad Turan - a öz minnətdarlığımı bildirmək istəyirəm. Nə qədər ki bütün dünyaya fəlakətlər qismət etmiş bu mənfur yankilər ifşa edilməyib dünyamız nicat tapa bilməyəcəkdir...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru