Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2011
19:55
MİSSİONERLƏRİN AZƏRBAYCANLA BAĞLI GİZLİ HESABATI
Vatikanın məxfi arxivində saxlanılan Azərbaycana aid sənədlər Bakıya gətirilib

Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.

Onun sözlərinə görə, bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir: “Məxfi sənədlər ümumilkdə 1000 səhifə həcmindədir. Bunlar çox mühüm sənədlərdir. Bu sənədlər vasitəsilə Azərbaycan tarixinin çoxlu gizli məqamlarına aydınlıq gətirmək mümkün olacaq”.


F. Ələkbərli deyib ki, məxfi sənədlər müxtəlif dillərdədir: “Onların arasında monqol, türk, qədim uyğur, ərəb, latın, italyan dillərində olanlar var. Həmin sənədləri araşdırmaq asan iş deyil. Bu, ən azı bir neçə il vaxt aparacaq. Məktubların çoxu diplomatik məktublardır. Onları tədqiq edəndə həmin dövrün tarixini, siyasi mühitini dərindən araşdırmaq lazımdır. Bu işdə tarixçilər və müxtəlif dilləri bilən mütəxəssislər iştirak etməlidirlər. Sənədlər tam tədqiq olunandan sonra dərc ediləcək”.

Nicat Xaliqoğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
120

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
110

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru