Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2013
16:58
Suriyada döyüşən Əl-Qaidəçilər İsraildə müalicə alırlar
İsrail xəstəxanalarına əvvəllər yalnız Azad Suriya Ordusunun döyüşçüləri müraciət etsə də, hazırda Ən-nusra, «İraq və Şam İslami dövləti» adlanan silahlı qruplaşmalar da ora gedir

FaktXəbər-in Ynet-ə istinadən verdiyi məlumata görə, İsrail Suriyada münaqişələr dövründə 450 qiyamçıya tibbi yardım göstərib. Vətəndaş müharibəsinə qarışmadığı üçün köçkünləri qəbul etmədiyini bildirən Təl-Əviv maraqlıdır ki, Suriyanın yaralı müxaliflərinə tibbi yardımını əsirgəmir.

İsrail və dünya KİV-lərində yayılan məlumatda deyilir ki,  yaralıların təqribən yarısı sərhəddə müalicə alsa da, qalanları  İsrail xəstəxanalarına göndərilib. Büdcə vəsaitləri hesabına  maliyyələşən  müalicədən sonra onlar geri Suriyaya qaytarılırlar.

Qeyd edək ki, bir çox saytlarda bu xəbəri verərkən yaralıların suriyalı dinc sakinlərin olduğu deyilir. Lakin burada bir sıra maraqlı məqamları nəzərinizə çatdırmaq istərdik.

Suriya ilə İsrail arasında sərhəd və buraxılış məntəqələri bağlıdır. Rəsmi şəkildə buranı keçmək qeyri- mümkündür.

İndi isə dünya KİV-lərində yayılan bəzi məlumatlara  baxaq.

«Ziv» xəstəxanasında döyüş əsnasında yaralanan suriyalı əməliyyat olunub. Əməliyyat bir neçə saat davam edib. Hazırda yaralının vəziyyəti orta ağır olaraq qalır. Radistansiya «Reşet Bet» bildirir ki, döyüşlər başlayandan bəri 14 suriya vətəndaşına tibbi yardım edilib.

Bəşər Əsəd qoşunu ilə qanlı qarşıdurmada yaralanan suriyalı vətəndaş ÇAXALın sanitar maşını ilə «Ziv» xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildirirlər. Qeyd edək ki, xəstəxanada müalicə alan digər 2 suriyalı vətənə qaytarılıb.

Bunun kimi onlarla xəbər, hər gün saytlarda yer alır. Biz yalnız ikisini qeyd etməklə kifayətləndik.

Deməli, İsrail  ordusunun və Golan yüksəkliyində israilə məxsus ordu hospitalına Suriya tərəfindən hansısa möcüzəvi yollarla yaralı suriyalılar çatdırılır. Təcili müərəkkəb əməliyyatlara ağır yaralılar İsrail stasionar xəstəxanalarına göndərilir.

Kimdir bu insanlar? Böyük ehtimalla bu şəxslər Suriyanın qanuni hökuməti ilə mübarizə aparan döyüşçülərdir. Suriya vətəndaşları və hərbçilər öz ölkələrində müalicə ala bilirlər, döyüşçülər isə yox.

Bundan əlavə, filtrasiya barədə heç bir söz deyilmir. İsrailin Ben Qurion aeroportunda sadə turisti düşmən casusu kimi ciddi cəhdlə «ələkdən keçirilir». Burda isə  digər dövlərtdən, təsadüfən, bilinməyən şəraitdə çox ağır vəziyyətdə olan yaralılar çıxır. Onlar sərhədi necə keçirlər, piyada?

««ÇAXAL» ancaq ağır yaralıların sərhədi keçməyinə imkan verir», «Bədənində çoxsaylı qəlpələri, həmçinin daxili qanaxması olan yaralı», «qarnından yaralanıb, cərrahlar zərərçəkənin bütün bədənindən qəlpələri çıxartmalıdırlar»…

Maraqlıdır, yaralı bu vəziyyətdə özümü gəlib, yoxsa onu nədə isə gətiriblər? Nəyin əsasında ona sərhədi keçməyə izn verilib? Sorğu-sual olunubmu?

İndi isə  daha maraqlı məqamlara baxaq.

««Çfata» xəstəxanasında müalicə alan iki suriya vətəndaşı, ötən həftənin sonunda  vətənə qaytarıldılar». «Ötən həftə  İsraildə tibbi yardım alan  bir neçə suriyalı xəstəxanadan buraxılıb və Suriyaya qayıdıb»…

Maraqlıdır, onlar sərhədi qeyri-qanuni keçdikdləri üçün həbs olunmadılar?  Məşhur İsrail xüsusi xidmət orqanları onların Suriyada nə etdikləri və İsrail üçün hər hansı təhlükə yaratdıqları barədə heç bir sorğu-sual etmədimi? Sadəcə sağaltdılar və Suriyaya göndərdilər? Necə, hansı yolla göndərdilər? Suriya hökumətinə təhvil verdilər? Hansı əsasla onlar Suriya ilə bağlı sərhədi keçə bilərlər?

Bu faktlar bilirsiniz nəyi göstərir? İsrail hökumətinin qanuni Suriya hökumətinə qarşı vuruşan döyüşçülərlə sıx əməkdaşlıq etdiyini, onları birbaşa dəstəklədiyini.

İsrailin bütün dövlət qanunlarına əsasən, bu insanlar sağaldıqdan sonra saxlanılmalı və sərhədi qeyri-qanuni keçdikləri üçün həbsxanaya göndərilməli idi. Bu insanların Suriyaya qaytarılması barədə qərar verilsə belə, onlar rəsmi surətdə hökumətə təhvil verilməli idi. Lakin bu baş vermir. Maraqlıdır niyə?

Qeyd edək ki, əldə olunan məlumatlara görə, İsrail xəstəxanalarına əvvəllər yalnız Suriya Azad Ordusunun döyüşçüləri müraciət etsə də, hazırda  Ən-nusra, «İraq və Şam İslami dövləti» adlanan silahlı qruplaşmalar da ora gedir.

Son olaraq sizlərə vəhabi Şeyx Ədnan Əl Ur-urun İsrailə xəstəxanalarla bağlı Memri telekanalında yayımlanan müraciətinin  sizlərə təqdim edirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 06:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru