
1867-ci ilin bu günündə, 18 oktyabrda Alyaska Rusiya tərəfindən Amerika Birləşmiş Ştatlarına satılıb. Rusiya ümumi sahəsi 1.518.800 kvadrat kilometr olan torpaqları 7.2 milyon dollar müqabilində ABŞ-ın ixtiyarına verib. Bu torpaqların ABŞ-a 100 illiyinə icarəyə verilməsi ilə bağlı fikirlər səsləndirilsə də, ortada nə satış, nə də ki, icarə barədə rus dilində heç bir müqavilə yoxdur.
Alyaskanın satış təklifi ilə ilk dəfə Krım müharibəsi başlanmazdan əvvəl, 1853-ci ildə Şərqi Sibirin general-qubernatoru N.Muravyev-Amurski çıxış edib.
İşin əsli
Alyaska 1732-ci ildə Şimali Amerikadakı rus ekspedisiyası M.S.Qvozdeva və İ.Fyodorovanın araşdırması üçün açıq idi. O əvvəlcə dövlət tərəfindən deyil, özəl şəxslər tərəfindən istifadə edilirdi, lakin 1799-ci ildə təsis olunan Rusiya-Amerika kompaniyasının inhisarına keçir.
Satılmış ərazinin sahəsi 586.412 kvadrat mil (1.518.800 kvadrat kilometr) idi və demək olar ki, məskunlaşmamışdı. Satış zamanı bütün Rusiya Alyaskasında və Aleut adalarında 2500 rus və təxminən 60000 hindu və eskimos yaşayırdı. XIX əsrin əvvəllərində Alyaskada xəz ticarəti aparılırdı və böyük gəlir gətirirdi. Amma əsrin ortalarında məlum oldu ki, bu torpaqların gətirdiyi gəlir siyasi mənada öz dəyərindən qat-qat artıq imiş. Ərazinin potensial gəlirindən daha çoxdur.
Satış danışıqları
Formal olaraq belə bir təkliflə Rusiyanın Vaşinqtonda elçisi olan baron Eduard Stekla çıxış edirdi, amma budəfəki satışa dair sövdələşmənin təşəbbüskarı böyük knyaz Konstantin Nikolayeviç idi (II Aleksandrın kiçik qardaşı). O 1857-ci ildə xarici işlər naziri A.M.Qorçakova belə bir təkliflə məktub yazıb. Qorçakov da bu təklifi dəstəkləyib. XİN-in mövqeyi məsələnin öyrənilməsinə aid idi və Rusiya-Amerika kompaniyasının imtiyazların müddəti başa çatanadək, yəni 1862-ci ilədək onun reallaşdırılmasının təxirə salınması qərara alınır. Sonra isə məsələ ABŞ-dakı vətəndaş müharibəsi ilə əlaqədar müvəqqəti olaraq aktuallığını itirir.
1866-ci il dekabrın 16-də II Aleksandrın, böyük knyaz Konstantin, maliyyə və dəniz nazirlərinin və Rusiyanın Vaşinqton elçisi baron Eduard Steklanın iştirakı ilə xüsusi müşavirə keçirilir. Bütün iştirakçılar satışı ideyasını bəyənir. Maliyyə Nazirliyinin təklifi ilə məbləğin həddi azından 5 milyon dollar həddində müəyyənləşdirilir. 22 dekabr 1866-cı ildə II Aleksandr ərazinin sərhədlərini təsdiqləyir. 1867-ci ilin martında Stekl Vaşinqtona gələrək dövlət katibi Uilyam Syuarda koloniyanın satılması barədə aparılan danışıqları xatırladır. Artıq ikinci görüşdə - martın 14-də Syuard prezident Consonun razılığı ilə Stekllə gələcək müqavilənin əsas müddəalarını nəzərdən keçirir.
1867-ci il martın 18-də prezident Conson Syuarda Rusiya mülklərinin alınması haqqında müqavilə layihəsinin hazırlanması və ümumi məbləğin 7 milyon dollar olması barədə rəsmi səlahiyyət verir.
Alyaskanın təhvili və satışı
Müqavilənin imzalanması 1867-ci il martın 30-da Vaşinqtonda keçirilir. Müqavilə ingilis və fransız dillərində (diplomatik dillər) imzalanıb, amma rəsmi müqavilənin rus dilində mətni yoxdur. Və çox müəmmalıdır ki, Rusiya Senatının təsdiqi olmadan və Dövlət Şurasından keçmədən bu müavilə necə imzalana bilərdi? Sövdələşmənin dəyəri 7.2 milyon dollarlıq qızıl təşkil edirdi (2013-cü ilin kursu ilə təqribən 110 mln. dollarlıq qızıl) Bu müqavilə ilə 141 dərəcə qərb meridianından keçən və sahil xətlərinin uzunluğu 10 mil olan bütün Alyaska yarımadası ABŞ-ın ixtiyarına verildi. Alyaska ilə birlikdə Aleksandr arxipelaqı, Aleut adaları, Attu adası, Afoqnak, Krısi, Lisi, Andreyanovski, Şumaqina, Triniti, Umnak, Unimak, Kadyak, Çirikova, Berin dənizindəki Müqəddəs Lavrentiya, Müqəddəs Matvey, Müqəddəs Nunivak, Müqəddəs Georgiya və Müqəddəs Pavl adaları da ABŞ-a verildi. Satılan quru ərazinin ümumi sahəsi 1 519 000 kvadrat kilometr təşkil edirdi. Hər kvadrat kilometrin qiyməti 4.73 dollardan satıldı. Satılan ərazi ilə birlikdə bütün daşınmaz əmlaklar, arxiv sənədləri, rəsmi və tarixi sənədlər də ABŞ-a təhvil verildi.
Müqavilə adi prosedura uyğun olaraq Konqresə təqdim olunub. Çünki Konqresin sessiyası elə həmin gün başa çatsa da, prezident Senatın fövqəladə icra sessiyasını çağırıb.
Müqavilənin taleyi Senatının Xarici İşlər üzrə Komitəsinin əlində idi. O vaxt komitənin tərkibinə bu şəxslər daxil idi: Massaçusetsdən Çarlz Samner (sədr), Pensilvaniyadan Seymon Kameron, Mendən Uilyam Fessenden, Ayovadan Ceyms Harlan, İndianadan Oliver Morton, Nyu-Hempşirdən Ceyms Paterson, Merlendən OReverdi Concon. Yəni, ilk növbədə həll ediləcək məsələ Sakit okean ərazisinin ştatlara birləşdirilməsi idi.
ABŞ Senatı Xarici İşlər üzrə Komitənin simasında belə ağır bir məsələnin müzakirəsini aparmalı idi. Ölkədə vətəndaş müharibəsi yenicə başa çatmışdı. Əsas şübhəli məqam ödənişin qızılla deyil, ödənişsiz dollarla, həm də Rusiya Maliyyə Nazirliyinin deyil, elçi Steklanın hesabına köçürülməsi ilə bağlı idi. Hansı ki, müqavilədə göstərilməmişdi. Bununla belə, sövdələşmə Senatda 37 səs lehinə, 2 səs əleyhinə (Castin Morril və Fessenden) olmaqla qəbul edildi. Mayın 3-də müqavilə ratifikasiya olundu və iyunun 8-də fərmanla tarixə keçdi.
18 oktyabr 1867-ci il günorta saat 15.30-da Alyaska rəsmi olaraq ABŞ-a verildi. Rusiya tərəfindən protokolu xüsusi dövlət komissarı, ikinci dərəcəli kapitan A.A.Peşurov imzalayıb. İmzalanma mərasimi Aleksandrovski yarımadasının hazırki Sitki şəhərində Amerikanın hərbi "Ossipi" sualtı qayığında baş tutub.
İmzalanma mərasimindən sonra Sitki şəhərində Amerika hərbçiləri gəlir və Mixail Arxangel kilsəsini, həmçinin şəxsi evləri dağıdırlar. General Devis Ceferson rus vətəndalara evlərini tərk edərək amerikalılara verməsini tələb edir.

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir
23
Aprel
Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hansı hallarda yol verildiyi açıqlanıb
23
Aprel
Parlamentdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunur
23
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq