Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2011
16:58
TELEFONLARINIZI HANSI ŞİRKƏTLƏR DİNLƏYİR?!
Wikileaks şok sənədlər açıqlayıb

11 sentyabr hadisələrindən sonra istər yerli, istərsə də beynəlxalq siyasətlərin təməl prinsiplərindən biri terrorizm oldu. Həmin vaxt Amerika Birləşmiş Ştatlarında təhlükəsizlik və kəşfiyyat idarələrinə yönəldilən tənqidlər səsləndi. Bu tənqidlərin başında isə önləyici kəşfiyyat məlumatlarına kifayət qədər əhəmiyyət verilməməsi gəlirdi. Bundan sonra isə başda ABŞ olmaqla bütün ölkələrdə terror və qeyri-qanuni fəaliyyətlərlə mübarizə adı altında telefondan tutmuş elektron məktublara qədər bütün ünsiyyət vasitələri qeyri-qanuni olaraq izlənməyə başlandı. Bu vəziyyətin qlobal trend halını alması nəticəsində mövcud sahədə illik 5 milyard dollarlıq bir büdcəyə sahib sektor yarandı.

Beynəlxalq maliyyə təşkilatlarının tətbiq etdiyi sanksiyalara görə, fəaliyyətlərini tamamilə dayandırmaq həddinə çatan WikiLeaks, Privacy International kimi təşkilatlar və Almaniyanın ARD televiziyası da daxil olmaqla müxtəlif media tşkilatları ilə əməkdaşlığa girərək bu sektorun qaranlıq tərəfinə "Casus dosyaları" (Spyfiles) adı altında işıq salmağa başladı.

WikiLeaks sənədlərinin Azərbaycanla əlaqədar açıqladığı sənədlərin hamısını oxumuş və bir qisimi üzərində araşdırmalar aparmış şəxs kimi deyə bilərəm ki, ölkəmizdə də bu sahədə kifayət qədər işlər aparılıb və elektron məktublar, telefonlar izlənilir. WikiLeaks kriptoqramlarında başda prezident olmaqla, əksər müxalif liderlər barədə dərc olunan iddiaları nəzərə alsaq, Spyfiles barədə vəziyyətin ciddiliyini düşünmək olar.

İndiyə kimi ölkə mediasında WikiLeaks sənədləri ilə bağlı kifayət qədər materiallar dərc olunub. Amma Əskik əskik qalanlar da var. Məsələn, bu günlərdə WikiLeaks tərəfindən http://wikileaks.org/The-Spyfiles-The-Map.html ünvanında göstərilən ölkələrə, bu ölkələrdə dinləmə ilə bağlı fəaliyyət göstərən fimalara diqqət yetirsək, bizdə də vəziyyət hansı səviyyədə olduğunu görə bilərik. Təsəvvür edin ki, qonşu Türki Xümhuriyyətində bu sahədə fəaliyyət göstərən bir firmanın - "Inforcept Networks"un adı çəkilir. Amma bu barədə az-çox məlumatı olan bilir ki, göstərilən firma məsələnin rədmi tərəfidir və qeyri-rəsmi sahədə bunların sayı bir neçə ola bilər. Bu firma İstanbulda yerləşən "Tamara Elektronik Limited" şirketinə məxsusdur. Mərkəzi Ankarada yerləşən  BTT Məlumat Texnologiya Dizayn adlı təşkilat da öz saytında məsləhət ortağı kimi göstərilən firmanın fəaliyyət sahələri arasında telefon dinləmə və monitorinq şəbəkəsi var.

Bu onu göstərir ki, Azərbaycanda da belə bir şirkətin və şirkətlərin varlığı şübhəsizdir.

Bəs dinləmə sistemləri necə həyata keçirilir.
Ən asan forma belədir. Səs identifikasiyası ilə mobil telefon danışıqlarını dinləməyə imkan verən cihazlar vasitəsiylə nəzarət altında saxlanılan şəxslərin danışığından bir hissə götürülür və xüsusi proqram vasitəsilə kompüterə yerləşdirilir. Bundan sonra kompüterdə səsi olan şəxslərin mobil telefonuna zənglər daxil olduqda və çıxdıqda avtomatik olaraq danışığı dinləmək olur. Səsi kompüterdə olan şəxs sonradan səs tonunu dəyişərək danışsa da, kompüter “aldanmır”.  Ekspertlərin məlumatlarına görə, əvvəllər hüquq-mühafizə orqanları danışıqları dinləmək üçün mobil operatorun ofisində otururdular. Amerikada baş verən 11 sentyabr terrorundan sonar isə Azərbaycanda da dinləmə və izləmə ilə bağlı qanunvericilikdə dəyişiklik oldu.

Hazırda texniki imkanlar artdığından eyni vaxtda minlərlə telefonu dinləmək mümkündür. Baxmayaraq kİ, bu əməliyyat elə də məsrəfsiz sayılmaz.

Qanunvericilikdə bunun tətbiqi ilə bağlı şərtlər var - yəni xüsusi proqram vasitəsilə kimi və nə zaman dinləmək olar. Quldurluq, dələduzluq və digər az ağır və yüngül cinayətlərlə bağlı bu proqramdan istifadəyə icazə verilmir. Yalnız ağır, xüsusilə ağır, dövləti cinayətlərdə, terrorda şübhəli bilinən şəxsləri çeşidləmə proqramı vasitəsilə dinləmək olar. Sözügedən proqram bir qayda olaraq, məhkəmənin qərarı ilə qanuniləşməlidir. Müstəsna hallarda əməliyyatçı məhkəmənin qərarını gözləmədən səsi dinləmək üçün çeşidləmə proqramından istifadə edə bilər. Amma o, müəyyən edilmiş saat ərzində məhkəməyə mütləq məlumat verməlidir.

Qanundan söz düşmüşkən qeyd edək ki, sözügedən dinləmələr 2002-ci ildə vaxtilə qəbul edilmiş “Əməliyyat axtarışı haqqında” qanuna əlavə ilə tənzimlənir. Həmin əlavədə deyilir ki, əməliyyat nöqteyi-nəzərindən zərurət varsa, müvafiq orqan mülkiyyət formalarından asılı olmayaraq, telefon danışıqlarına və digər rabitə vasitələrinə nəzarət edə bilər. Xatırladaq ki, burada müvafiq orqan deyilərkən Milli Təhlükəsizlik Nazirliyi nəzərdə tutulur. Qanuna əsasən, bu cür nəzarəti həyata keçirmək üçün məhkəmənin qərarına, eləcə də prokurorun sanksiyasına ehtiyac yoxdur.

Gəlin görək, WikiLeaks-ın açıqladığı sənədlərə görə ən çox hansı ölkələrdə email ünvanlara, kompüterlərə nəzarət olunur,  telefonlar dinlənilir. Nə qədər təəccüblü olsa da, telefonları dinləyən şirkətlərin sayına görə, dünyada demokratiya carçısı kimi göstərilən ölkələr gəlir: ABŞ-da 32, Böyük Britaniyada 17, Almaniyada 15, İsraildə 10, Fransada 8, İtaliyada 7, Hollandiyada 3, Kanadada 3, İsveçrədə 2, Polşada isə 1 şirkət fəaliyyət göstərir.

Sual oluna bilər ki, bəs bundan qorunmağın yolu yoxdur? Nə qədər təəccüblü olsa da var. Ən doğru yol budur: mobil telefondan və internetdən imtina. Əgər onu da bacarırsınızsa.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
165

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
157

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
440

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
285
Şərhlər
ceyhun tərəfindən 05-12-2011 tarixində yazıldı
Basqa cixis yolu da var. Her sozu her yer danisma :)
nur tərəfindən 06-12-2011 tarixində yazıldı
Bir cixis yolu da cox biliob az danismaq))
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 16:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru