Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2013
14:30
Henri Kissincerdən dəhşət dolu müharibə açıqlamaları
"7 Yaxın Şərq ölkəsini ABŞ-ın tabeçiliynə götürmək qərarına gəlmişik"

1969-1974-cü ildə Amerikanın dövlət katibi olmuş, ölkənin xarici siyasətinin memarlarından hesab edilən Henri Kissincer Yaxın Şərqdə baş verən hadisələr barədə "Daily Squib" qəzetinə 2011-ci ildə müsahibə verib və onun açıqlamaları yenidən mediada işıqlandırılıb. Müsahibənin Azərbaycan oxucuları üçün də maraq kəsb edəcəyini nəzərə alıb, onu ixtisarla dərc edirik. Kissincerin açıqlamasından açıq şəkildə görünür ki, bu gün Yaxın Şərqin qan gölünə çevrilməsi məhz ABŞ-ın ssenarisidir. Amma qəribədir ki, öncədən planlaşdırılmış bu qanlı olaylar demokratiya kimi ictimaiyyətə sırınır. Müsahibəyə diqqətlə baxdıqda tam əminliklə söyləmək mümkündür ki, bu gün Əfqanıstanda, İraqda, Pakistanda, Misirdə, Livanda, Liviyada və Suriyada baş verən proseslər, axıdılan qanlar sadəcə işğalçılıq prinsipi, təbii sərvətlərin ələ keçirilməsi siyasətidir.

FaktXəbər-in məlumatına görə, siyasətçi hesab edir ki, ABŞ Çin və Rusiyanın təsirini minimumlaşdıracaq və onların tabutunun qapağının sonuncu mismar, İsrailin əsas hədəfi İran olacaq: "Biz Çinə öz hərbi potensialını artırmağa imkan verərək, Rusiyaya Sovet İttifaqının dağılmasından sonra özünə gəlməsinə şərait yaratdıq, lakin bütün bunlar onların sonunu sürətləndirmək üçün idi".

Kissincer qeyd edib ki, qarşıdakı müharibə o qədər ciddi olacaq ki, yalnız bir superg
üc onu uda bilər və bu, ABŞ-dır. Məhz buna görə də, ona elə gəlir ki, Avropa İttifaqı öz güc mərkəzini formalaşdırmaqda tələsir, çünki gələcəkdə nə baş verəcəyini hiss edib. Onun fikrincə, Avropanın yaşama şansı birgə olmaqdan keçir. "Mən bu ləzzətli anı arzulayırdım," - deyə Kissincer bildirib.
 
O qeyd edib ki, ABŞ öz hərbi qüvvələrinə Yaxın Şərqin 7 ölkəsini təbii sərvətlərinə görə özünə götürmək barədə tapşırıq verib və bu barədə işlər artıq yekunlaşmaq üzrədir: "İran əslində bu sahədə balansı pozur. Çin və Rusiya isə sadəcə baxırlar. İranla müharibə onları dəfn edəcək. Böyük rus ayısı və Çin əjdahası qəflət yuxusundan ayılacaq və bu zaman İsrail var gücü ilə mübarizə aparmağa məcbur olacaq və daha çox ərəb öldürmək lazım gələcək."

Kissincer ümid edir ki, hər şey planlaşdırılmış ssenari üzrə gedəcək və Yaxın Şərqin yarısı İsrailin olacaq. O şübhə etmir ki, ABŞ və Qərb ölkələrinin gəncləri küçəyə çıxıb "axmaq" ruslar və çinlilərə qarşı mübarizə aparacaqlar, yaxşı proqramlaşdılrılmış "Call of Duty" və "Warfare 3" kompüter oyunlarında olduğu kimi əmrlərə tabe olacaqlar.

Onun proqnozlarına görə, yeni qlobal müharibə dünyanın böyük hissəsini kül xarabalığına çevirəcək və bu külün yerində ABŞ yeni cəmiyyət quracaq, yalnız bir supergüc qalacaq və bu qlobal hökumət qalib tərəf olacaq: "Birləşmiş Ştatlar heç kəsin sahib olmadığı və görmədiyi ən yaxşı silahlara malikdir və biz lazım gələndə bu silahları nümayiş etdirəcəyik."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
367

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Şərhlər
Hacı Həsən Zəngəzurlu tərəfindən 14-09-2013 17:57:07 tarixində yazıldı
Mehdi gələcək
Uca Allahın salamı olsun üzərinizə!Əzizlərim bu kafir amerika murdarlarının dedikləri ürəklərinizə qorxu salmasın. Bu kafirlər elə danışırlar ki, sanki Allahla müqavilə bağlayıblar. Onlar saydıqlarını saysınlar, hələ görək Fələk nə sayacaq. Daha nə..... dünyanı kül edəcəklərmiş, müsəlmanların axırına daş atacaqlarmış.....ay siz öləsiz. Uca Allah əziz-xələfi Mehdinin zühurunu gerçək edər, o Mübarək də sizin o murdar canınızı cəhənnəmin dibini vasil edər. O zaman anlayarsız müsəlmanın qanına susamağın nə oduğunu. Ürəklərinizi sərin tutun və Ağamız Mehdinin zühurunu canu-dildən istəyin Allahdan. Çünki bu azğınların əməlinə İlahi müdaxilə olmasa bunlar hələ çox can yaxacaqlar. Çalışın biri-birinizə yaxşılıq arzulayın. Uca Allahı tez-tez yad edin ki, O da Bizləri yad etsin. Uca Sayəsini xalqımızın və vətənimizin üzərinə çəksin. Allaha əmanət olun!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru