Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2013
14:38
“Anonymous” Azərbaycandan nə oğurlayıb?

Texniki təhlükəsizlik sahəsində ixtisaslaşan SC Magazine jurnalı “Azərenerji” Dövlət Energetika Şirkətinin saytının sındırıldığını təsdiqləyib. SC Magazine  bildirir ki, oğurlanmış informasiya 7gb təşkil edib. Bura maliyyə təfərrüatları, dəniz kommunikasiyaları, müqavilələr, elmi-araşdırma sənədləri, fotolar, elanlar və qanunsuz fəaliyyət sxemləri daxil olub. Bütün bunlar sentyabrın 3-də cyberguerilla.org anonim  forumunda yerləşdirilib. Bütün paket 13 hissəyə bölünərək AnonFiles.com veb-saytının anonim fayl-hostinqində yerləşdirilib. Lakin cümə axşamı sözügedən resurslara daxil olmaq mümkün olmayıb.

“Biz Əliyevin siyasətindən razı deyilik. Odur ki, bu reliz Azərbaycanın mafioz klanı ilə mübarizə üçün növbəti addımdır”, - qrup öz məlumatında yazıb: http://www.scmagazine.com/anonymous-leaks-information-on-leading-azerbaijan-energy-company/article/310212/#

Bu, “Anonymous”un Azərbaycanın dövlət saytlarına üçüncü hücumudur. Yanvarda qrup Xüsusi Dövlət Mühafizə Xidmətinin dmx.gov.az saytını sındırıb, halbuki, sonuncu bunu təkzib edib.

Apreldə “Anonymous” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarını sızdırıb. Hakerlər qrupu bildirib ki, terrorçu qruplaşmaların maliyyələşdirilməsi ilə bağlı müxtəlif korporasiyalar və dövlət orqanları arasında əlaqə var.

“Anonymous” 2003-cü ildə bir qrup haker tərəfindən yaradılıb. Bəzi analitiklər “Anonymous”u İntermet azadlığı uğrunda mübariz kimi bəziləri isə anarxik kiber-partizan kimi qiymətləndirir.  Məlumatla bağlı Turan-a açıqlama  verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bu ilin əvvəllərində Azərbaycan dövlət saytlarına haker hucumlarını  xatırladıb. Onun sözlərinə görə, hücumlardan sonra prezident İlham Əliyev in fərmanı ilə 2012-ci il sentyabrın 26-da  Xüsusi  Dövlət Muhafizə Xidmətinin yanında xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.

“Hazırda bu cür faktlar təkrarlanırsa, deməli, dövlət qurumlarının informasiya təhlükəsizliyi  yenə də yetərincə qorunmur”, - O.Gündüz  bildirib.

Ekspert qeyd edib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının İnternet saytlarının standartlarını müəyyən edib.

“Əgər “Azərenerji”  ASC  bu standartları yerinə yetirməyibsə günah onun özündədir. Yox, əgər  “Azərenerji”  ASC yerinə yetiribsə bu standartları, deməli,  bu agentlik yetərincə  təhlükəsizlik tədbirirləri görülməyib”, - bildirib.

Öz növbəsində Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi dövlət Agentliyi yayılmış məlumatla bağlı  bilgisiz olduğunu və suala  bir neçə saat ərzində  cavab veriləcəyini  deyib.

“Azərenerji" ASC-dən Turan-a verilən məlumata görə, hazırda qurumun saytının fəaliyyətində heç bir problem yoxdur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidməti də onlara bu hücumla bağlı məlumat daxil olmadığını bildirərək,   hər bir İnternet saytını yaradan şirkətin onun təhlükəsizliyini də təmin etməli olduğunu  önə çəkib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
115

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
110

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru