
MKİ sənədləri göstərir ki, Səddam Hüseyn İrana kimyəvi hücum həyata keçirəndə Amerika İraqa kömək edirmiş.
Bu gün ABŞ Dəməşq yaxınlığında kimyəvi hücumlarla əlaqədar Suriyaya müdaxilə etmək istəyir. Halbuki, Vaşinqton vaxtilə İran-İraq müharibəsi zamanı, tarixdə ən dəhşətli kimyəvi hücumları həyata keçirən Səddam hökumətinə yardım edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Foreign Policydə məqaləsində jurnalist Şeyn Harris və Metyu M.Eyd bildirib. Qeyd edək ki, sonuncusu Amerikanın Milli Təhlükəsizlik Agentliyi barədə «Kəşfiyyat müharibələri» kitabının müəllifidir.
Onlar yazırlar ki, 80-ci illərin sonlarında ABŞ hərbi və kəşfiyyat birlikləri İrana qarşı sinir-iflic qazının istifadəsindən (hansı ki, Suriyada istifadə olunandan qat-qat güclüdür), məlumatlı idilər, lakin bunu bitirmək üçün heç bir addım atmadılar: «1988-ci ildə ABŞ İranın İraq müdafiəsində boşluqdan istifadə edərək strateji üstünlük əldə edəcəyini peyklərin yardımı ilə gördü. Bu səbəbdən amerikalı kəşfiyyatçılar Səddamın qoşunlarının sinir-iflic qazı – zarindən istifadə edəcəyini billə-bilə İran qoşunlarının yerini xəbər verir», - deyə məqalədə bildirilir.
İraq hökuməti İran qoşunun yeri barədə peyk fotoşəkilləri, xəritə, anbarların yeri və RƏM sistemi haqqında geniş məlumat əldə edir. Qeyd edək ki, məhz kimyəvi hücumlar müharibədə vəziyyətin İraqın xeyrinə dəyişməsinə və İranı danışıqlar masasında əyləşməyə vadar etdi.
Məqalə müəllifləri Reyqanın kimyəvi hücumdan xəbəri olmasına baxmayaraq, susduğunu yazır. ABŞ rəsmiləpri uzun müddət İraqın kiməyvi hücumuna göz yumduqlarını inkar etdilər. Lakin 1988-ci il hücumları zamanı hərbi attaşe olan polkovnik Rik Frankona müsahibə zamanı belə demişdi: «İraqlılar heç bir zaman bizlrə sinir-iflic qazından istifadə barədə deməyiblər. Bu vacib dleyildi. Çünki onsuz da bilirdik».
Müəlliflər bildirirlər: «MKİ-nin üzə çıxan sənədləri və istefada olan kəşfiyyatçıların danışdıqlarından aydın olur ki, ABŞ 1983-cü ildən başlayan kimyəvi hücumlar barədə məlumatlı idi. Bu zamanlar İran dünyaya qeyri-qanuni silahlar barədə xəbər versə də, əlində İraqa qarşı heç bir sübutu yox idi».
Müəlliflərin fikrincə, ABŞ Səddamın belə silahlardan öz xalqına və düşməninə qarşı istifadəsinə soyuqqanlı yanaşıb: «Reyqan Administrasiyası düşündü ki, müharibənin yönünü dəyişdiyi üçün, qeyri-qanuni hücumlara qarışmasaq yaxşıdır. MKİ sənədlərində iddia olunurdu ki, İran bu silahların istifadəsi barədə sübut əldə edə bilməyəcək (halbuki agentliyin özündə var idi)».
MKİ-nin sənədlərindən aydın olur ki, sinir –iflic qazlarının iştirakı ilə olan hücumların miqyası barədə ABŞ-ın yüksəkçinli məmurları daim məlumat alıb. Foreign Policy yazır: "Bu sənədlər tarixdə ən dəhşətli kiməyvi hücumların törədilməsində Amerikanın əli olduğu barədə rəsmi etirafa bərabərdir. MKİ rəhbərliyi ABŞ-ın kiməyi hücumda əli olduğunu öyrənəcəyi təqdirdə, İranın Yaxın Şərqdəki amerikalılara cavab zərbəsi edirə biləcəyi barədə xəbərdar olunmuşdu. Lakin Reyqan nəyin bahasına olursa-olsun İraqın qələbəsini təmin etmək istəyirdi".
1983-cü ildə ilk öncə İraq xardal qazından istifadə etdi. Hələ o zaman Amerikanı İraqı səhra kəşfiyyatı ilə tam təmin etmirdi. Lakin 1987-ci ildə amerikalı analitiklər iranlıların Bəsrə yaxınlığında İraq müdafiəsini yardığını gördü və Bəsrənin ələ keçəcəyi təqdirdə İranın tam qələbə qazanacağını anladı. Frankonun sözlərinə görə, Reyqan bu hesabatda belə bir qeyd də yazıb: «İranın qələbəsi qəbulolunmazdır».
Beləliklə, kəşfiyyatçılara İranın hərbi hissələri və dislokasiyaları barədə İraqı tam məlumatlandırmağa izn verildi.
1988-ci ilin mart ayında İraq hökuməti kürdlərin yaşadığı Hələbcədə (5 min insan həlak olmuş, 20 min insan da zəhərlənmişdi), aprel ayında isə Bəsrədən cənub –şərqdə İran qoşununa qarşı sinir-iflic qazından istifadə edir ki, bu da onların qələbəsi ilə nəticələnir.
Frankonanın sözlərinə görə, 1988-ci ildə iraqlılar 4 dəfə geniş şəkildə zarin qazından istifadə edib.
Qeyd edək ki, 25 ildə heç bir kimyəvi hücum dağıdıcılıq miqyasına görə Səddam hökumətinin istifadə etdiyini ötməyib.

Xətibzadə: İran sanksiyaların sırf kağız üzərində ləğv edilməsini qəbul etməyəcək
23
Aprel
Əl-Əqsa məscidi ətrafındakı qarşıdurmalarda onlarla fələstinli yaralanıb - VİDEO
23
Aprel
Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
AprelElvin Bedelov tərəfindən 26-08-2013 15:17:12 tarixində yazıldı |
İrana qarşı kimyəvi hücumlarda ABŞ İraqa kömək edirmiş |
amerıkaya da ısraılede ALLAH lenet etsın |
RÜqəyə aslanova tərəfindən 26-08-2013 15:55:53 tarixində yazıldı |
Şərhsiz. |
şərh yazmaqda acizəm. |
Özcan Sezgin tərəfindən 27-08-2013 07:48:24 tarixində yazıldı |
İrana qarşı kimyəvi hücumlarda ABŞ İraqa kömək edirmiş |
insanlık dışı birşeyyy..bunları yapan insan olamaz!!!! |
- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq