Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2013
17:25
Vatikanın Gizli Arxivlərində hansı sənədlər saxlanılır?

Archivum Secretum Apostolicum Vaticanum. Bu Vatikanın Gizli Arxivləri deməkdir. Vatikanda olan Müqəddəs Məqam tərəfindən elan edilən və atılan bütün addımların saxlanıldığı mərkəzi anbardır. Qanunla vəzifədə olan Papanın yerinə gələcək Papa, Kardinallar Məclisi tərəfindən seçilənə və ya vəzifədəki Papa ölənə, ya da istefa verənə qədər arxivin sahibidir. Vatikan Gizli Arxivlərində dövlət sənədləri, yazışmalar, papalığın və kilsənin dərc etdiyi kitablar və əsrlər boyunca yığılmış bir çox digər sənədlər var. XVII əsrdə Papa V Pavelin təlimatları ilə alimlərə Gizli Arxivə çox məhdud daxil olma icazəsi verilirdi. Xaricilər üçün isə arxivə daxil olmaq tamamilə qadağan idi. Ancaq 1881-ci ildə Vatikan Kitabxanası yaradıldıqda, Papa XIII Leo arxivin qapılarını araşdırmaçıların üzünə açdı. İndi də hər il bəzən mindən çox araşdırmaçı arxivlərə daxil olur.

Vatikan Gizli Arxivlərinin adındakı "gizli" sözü indiki vaxtda fəaliyyəti ilə uyğun gəlmir. Gizli sözünün buradakı mənası arxivin Müqəddəs Məqamın fərdi mülkiyyəti olduğu və ona yardımçı mövqedə olan "Roma Curi"aya aid olan "xüsusi" mənasını verdiyini göstərir. Eyni zamanda buradakı gizli sözü "gizli xidmətçilər", "gizli daşıyıcı" və "gizli işarələr" mənalarını verir.

Vatikan Gizli Arxivləri rəflərinin uzunluğunun 84 km olduğu bildirilir və 35.000 kataloqa malikdir. Hər bir otağa aid məlumat oradan kənara çıxarıla bilməz, tam və ya hissə-hissə nəşri də qadağandır. Arxivlərin qorunması məqsədiylə xüsusi foto studiya fəaliyyət göstərir. Arxivdəki ən qədim sənədin tarixi səkkizinci əsrin sonuna qədər uzanır. Yerdəyişmə və siyasi qiyamlar təxminənən III Innocentiusdan (xristian aləminin ən böyük qanun hazırlayan şəxsi) əvvəlki dövrün arxivnin yox olmasına baxmayaraq, 1198-ci ildən etibarən toplanan böyük arxivlərə sahibdir. O tarixlərdəki arxiv sənədləri arasında İngiltərə kralı VIII Henrinin evliliyin ləğv tələbi və Mikelancelodan gələn məktublar var.

İcazə necə alınır?

Arxivin girişi Vatikan Kitabxanasına bitişikdir. Yeni yeraltı sənəd toplama sahəsi arxivə 1980-ci ildə əlavə olunub. Elmi araşdırmalar aparan yüksək səviyyəli təşkilatlarda işləyən və kafi məlumata malik alimlər giriş kartı alaraq arxivdə araşdırma apara bilərlər. Alimlər tərəfindən aparılmaq istənən tarixi araşdırmalar üçün tanınmış bir institut, ya da yüksək məqam sahibi olan şəxs tərəfindən təqdimat məktubu lazımdır. Bundan əlavə, araşdırma üçün müraciət edən şəxs özü barədə ətraflı məlumatı özündə əks etdirən anketi doldurmalı və nə axtardığını aydın şəkildə göstərməlidir.
Ümumilikdə isə Vatikan Gizli Arxivinə gündə 40 nəfərin girməsinə icazə verilir. Bunların yarısı rahib və rahibədir.
Tələbələr isə arxivə qəbul edilmir. Son Vatikan Gizli Arxiv Kardinalları arasında tanınmışlardan Raffaele Farasına, Jorge María Mejía və Luigi Poggi olub.

Arxivlərin açılması

Arxivlərin açılması hər zaman həyata keçirilmir. Bunun üçün Kardinallar Şurası toplaşır və qərar verilir. Arxivlər aşağıdakı ardıcıllıqlarla açılıb:

1817: Vatikan Gizli Arxivi Fransadan Vatikana geri gətirilib.
1883: 1818 və daha əvvəlki tarixli Papa XIII Leo arxivləri açıldı.
1924: XVI Qriqori dövrünə aid 1 iyun 1846-ci il tarixinə qədər olan arxivlər açıldı.
1966: IX Pius dövrünə aid olan arxivlər açıldı. (Əslində XII Pius dövrünə qədər olan arxivin açılması planlaşdırılıbmış)
1978: XIII Leo zamanına aid arxivlər açıldı.
1985: X Pius və XV Benedict arxivləri açıldı.
2002: Papa XI Piusun papalığı zamanında Almaniya ilə Vatikan əlaqələrinə dair sənədlər açılıb. Bu istisna hərəkətin səbəbi isə bəzi fərziyələrə son vermək olub.
2006: Papa XI Piusa qədər olan bütün papalıq sənədləri açıldı.
2012: Arxivlə əlaqədar sərgi təşkil edildi.
400 illik Vatika Gizli Arxivlərindən on iki əsrlik tarixi əhatə edən 100 əhəmiyyətli sənəd Romadakı Kapitoli Muzeyində sərgiləndi. Sənədlər il dəfə olaraq  Vatikandan kənarda sərgilənirdi. Sənədlər arasında müqəddəs kitablar barədə şübhələri olduğunu söyləyən və mərkəzi Günəş olan kainat nəzəriyyəsini irəli sürdüyü üçün Vatikan kilsəsi tərəfindən iki dəfə mühakimə olunan Qalileo Qalileylə əlaqədar sənədlər və rus çarı Mixail Fyodoroviç Romanovun X Klementə Avropa Krallıqları ilə birlikdə Osmanlı İmperiyasına qarşı ittifaq istəyini göstərən məktub yayımlanıb.

Vatikan Gizli Arxivi kardinalları

Bu siyahıda Gizli Arxivin kardinallar göstərilib:

Scipione Borghese Caffarelli (1609-1618)
Scipione Cobelluzzi (1618-1626)
Francesco Barberini (1626-1633)
Antonio Barberini (1633-1646)
Orazio Giustiniani (1646-1649)
Luigi Capponi (1649-1659)
Flavio Chigi (1659-1681)
Lorenzo Brancati (1681-1693)
Girolamo Casanate (1693-1700)
Enrico Noris (1700-1704)
Benedetto Pamphili (1704-1730)
Angelo Maria Querini (1730-1755)
Domenico Passionei (1755-1761)
Alessandro Albani (1761-1779)
Francesco Saverio Zelada (1779-1801)
Luigi Valenti Gonzaga (1802-1808)
Napolyonun Roma işğalına görə nəzarətsizlik (1809-1814)
Giulio Maria Della Somaglia (1827-1830)
Giuseppe Andrea Albani (1830-1834)
Luigi Lambruschini (1834-1853)
Angelo Mai (1853-1854)
Antonio Tosti (1860-1866)
Jean-Baptiste Pitra (1869-1879)
Cozef Hergenröther (1879-1890)
Agostino Ciasca (19 may 1891 - 4 iyul 1893)
Luigi Galimberti (25 iyun 1894 - 7 may 1896)
Francesco Segna (4 iyul 1896-13 yanvar 1908)
Francesco Della Volpe Salesio (26 oktyabr 1908 - 26 yanvar 1911),
Mariano Rampolla del Tindaro (1912 -16 dekabr 1913),
Francesco de Paola Cassetta (14 fevral 1914-1917)
Francis Aidan Gasquet (28 noyabr 1917 - 5 aprel 1929)
Franz Ehrle (17 aprel 1929 - 31 mart 1934)
Giovanni Mercati (15 iyun 1936 - 23 avqust 1957)
Eugène Gabriel Gervais (14 sentyabr 1957 - 27 mart 1971)
Antonio Samore (25 yanvar 1974 - 3 fevral 1983)
Alfons Stickler (8 sentyabr 1983 - 1 iyul 1988)
Antonio María Javierre Ortas (1 iyul 1988 - 24 yanvar 1992)
Luigi Poggi (9 aprel 1992 - 7 mart 1998)
Jorge María Mejía (7 mart 1998 - 24 noyabr 2003)
Jean-Louis Tauran (24 noyabr 2003 - 1 sentyabr 2007)
Raffaele Farasına (1 sentyabr 2007 - 9 iyun 2012)
Jean-Louis Bruguès (26 iyun 2012 tarixindən bu yana)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
140

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
120

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru