Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2013
17:20
Təkamülçülərin heyrətli etirafları

Yer üzündə olan canlılar qüsursuz sistem və müdhiş uyğunluqla təchiz edilib. Bir canlının özünü qoruması, törəməsi, qidalanması və ya ovlanması üçün malik olduğu qüsursuz bioloji və fiziki xüsusiyyətlər, bu xüsusiyyətlərin olduğu təbiətlə uyğunlaşması, həmişə bir Yaradıcının varlığını qəti dəlillərlə göstərir. Kiçik bir tırtılın özünü qorumaq və kamuflyaj etmək üçün həyata keçirdiyi planlı hərəkətlər, arıların böyük bir riyaziyyat möcüzəsi olaraq qurduqları pətəklər, millimetrik ölçülərə sahib ağcaqanadın sahib olduğu üstünlüklər, bugünkü texnologiyanın onu təqlid etməsi və bu kimi milyonlarla nümunə Rəbbimizin varlığının açıq dəlillərindəndir.    

Heç bir təkamülçü hər hansı bir canlının sahib olduğu bu xüsusiyyətlərin necə yarandığını açıqlaya bilmir və bilməz də. Çünki təsadüfü mutasiyalar və təbii seleksiya kimi mexanizmlərin heç biri bu qüsursuzluqları yarada bilməz. Buna görə də təkamülçülər hər canlıda qarşılarına çıxan möcüzəvi xüsusiyyətləri gördükdə, çarəsizliklərini dilə gətirirlər və çox vaxt bu canlılarda bir mükəmməl quruluşun olduğunu və bir Yaradıcının bu canlıların xüsusiyyətlərinə müdaxilə etdiyini söyləmək məcburiyyətində qalırlar.

Həmin etirafların bəzilərini sozlərə təqdim edirik.

Charles Darvin:

"Bu mükəmməl kainatı, xüsusilə də insanın təbiətini izləməkdən doya bilmirəm. Hər şeyə dizayn edilmiş qanunların bir nəticəsi olaraq baxmağa meylliyəm və bütün bu qanunlar açıq şəkildə hər şeyi bilən, gələcəkdə baş verə biləcək bütün hadisələri və nəticələri görən bir Yaradıcı tərəfindən dizayn edilib. Amma daha çox düşündükcə başım daha çox qarışır.
Tamamilə ümidsiz bir qarışıqlığın içində olduğumu anlayıram. Gördüyümüz dünyanın təsadüfən yarandığını düşünə bilmirəm. Amma eyni zamanda, hər ayrı parçaya da bir dizaynın nəticəsi kimi baxa bilmirəm.
Qıçlarının möhtəşəm uzunluğu ilə diqqət çəkən Himantopus, bu qədər uzun qıçlara rəğmən sürətlə və nizamla hərəkət edir. Hər sinifdən olan heyvanla əlaqədar çoxlu sayda çaşdırıcı və maraqlı nümunələr verə bilərəm; bunların sayı o qədər çoxdur ki, təsadüfən yarandığını söyləmək mümkün deyil.
Beynimi qarışdıran bir mövzu var. Bu barədə düşünmək lazım idi, əgər xarici şərtlərin birbaşa olaraq olduqca kiçik bir təsirləri varsa, bu nəzərəçarpacaq dəyişikliklərə hansı güc qərar verib?" (Francis Darvin, The Life and Letters of Charles Darvin)

"Göz barədə düşünmək məni irəli sürdüyüm nəzəriyyəmdən soyutdu. Amma özümü zaman keçdikcə bu problemə alışdırdım. İndi isə təbiətdəki bəzi diqqətə çarpan strukturlar məni daha çox narahat edir. Məsələn, bir tovuzquşunun tüklərinə baxmaq, məni demək olar ki, xəstə edir." (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Boston, Gambit)

Roger Lewin:

"Məşhur təkamülçü Wallacenin yanında işləyən məşhur təkamülçü Robert Broom deyib: "Homosapiensləri (insan) bu qədər xüsusi edən soyunun keyfiyyətinin yalnız ilahi bir qüvvəylə açıqlana biləcəyidir." (Roger Lewin, In the Age of Mankind )

Fred Hoyle:

"Hər şeydən əvvəl həyatın təsadüflər nəticəsi yaranması ehtimalı o qədər kiçikdir ki, bu iddianı qəbul etmək məntiqdən kənardır." (Fred Hoyle-Chandra Wickramasinghe, Evolution From Space)

David M. Raup:

"Bu qəti bir həqiqətdir ki, heç kim silsilə bir dəyişiklik nəticəsində bütün funksiyalarıyla uçan bir böcək, bir sürünən, ya da bir quş yarada bilməz. Bunların yaranması üçün mütləq bir rəhbər lazımdır." (David M. Raup, "Conflicts Between Darvin and Paleontology")

Camal Yıldırım:

"Təkamülü tam təbii seleksiyaya bağlamaq o deməkdir ki, kompüter arxasına oturdulan pişik və ya göyərçin düymələrə basaraq milyon il ərzində Şekspirin "Hamlet"ini və ya Hötenin "Faust"unu yaza biləcəklər. Ən sadə bir canlını belə, diqqətlə araşdırdıqda onun yaranmasında incə bir ağılın rolunu görməzliyə vura bilmərik."

Niles Eldredge:

"Əslində bütün bioloji dünyada gördüyümüz nizam üçün tək alternativ açıqlama, xüsusi yaradılışdır." (Niles Eldredge, Time Frames: The Rethinking of Darwinian Evolution and the Theory of Punctuated Equilibria, 1985)

Hoimar Von Ditfurth:

"Kainat nə qədər böyük olursa olsun, zülal və ya sulfat turşusunun yaranmasını təmin edən təsadüf, imkan xaricindədir…

…"Sitokrom-C"ni (ya da hər hansı bir başqa fermenti) eynilə bu formada təsadüflər nəticəsində yenidən yarada bilməsi üçün həqiqətən bu Dünyanın ömürü çatmaz.

Canlı və cansız təbiətin inkişaf tarixinin həqiqətdə yalnız bir anın, bir yaradılışın əsəri olduğunu düşünmək ağla daha uyğundur."
(Hoimar Von Ditfurth, "Dinozavrların səssiz gecəsi")

Pierre-Paul Grassé:

"Mutasiyaların hevyanların və bitkilərin ehtiyaclarının ödənməsini təmin etdiyinə inanmaq, həqiqətən çox çətindir. Amma Darvinizm bundan daha çox şey istəyir. Bir bitkinin, bir hevyanın kamil formaya düşməsi üçün milyonlarla faydalı təsadüflərə məruz qalması lazımdır.

Yəni möcüzələr sıra halına gəlməli, inanılmaz dərəcədə aşağı ehtimallara sahib hadisələr asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.

Təsadüf, ateizm görünüşü altında özünə gizli şəkildə sitayiş olunan məbud halına gəlmişdir." (Pierre-P Grassé, Evolution of Living Organisms)

Susumo Ohno:

"Bildiyim qədər immunitet sisteminin bənzəri yoxdur. Və bu sistemin öyrənilməsi nəticəsində gələcəkdə orqanizmdə baş verə biləcək dəyişiklikləri müəyyənləşdirmək və mənfiliklərin qarşısnın alınması yönündə işlər həyata keçirmək olar. Darvinin təbii seleksiyalı təkamül mexanizmi isə gələcəkdə baş verə biləcək işləri təxmin edə bilməz."

(Susumo Ohno, "The Significance of Gene Duplication in Immunoglubin Evolution (Epimethean Natural Selection and Promethean Evolution)")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru