Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2013
16:45
MKİ-nin gizli muzeyi

Dünyanın ən böyük kəşfiyyat orqanlarından sayılan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəznində muzey fəaliyyə göstərir. Amma nə qədər qəribə olsa da, bu muzey gizli saxlanılır və ictimaiyyətə qapalıdır. Muzeyin qapıları yalnız işçilərin və dəvət edilən qonaqların üzünə açıqdır.

Amma bu qədər məhdudiyyətə baxmayaraq, muzeyin bəzi eksponantlarının internetdə fotoları yayımlanıb. FaktXəbər bu fotoları toplayıb oxucularına təqdim edir.

1990-cı illərdə təməlləri qoyulan muzeydə, MKİ-nin əsasını əmələ gətirən OSS zamanından İkinci Dünya müharibəsində toplanan kəşfiyyat məlumatları və alətlərinə, "soyuq müharib" dövründə həyata keçirilən əməliyyatlardan və hələ də davam edən terror mübarizəsində əldə edilənlərə qədər bir çox parça nümayiş etdirilir.


İçində kompas olan qol düymələri.


1970-ci illərdə cırcırama şəklində dizayn edilmiş bu cihaz kəşfiyyat məlumatı toplamaq üçündür. Testlər uğurla həyata keçsə də, külək kimi xarici faktorlara görə idarəsinin çətinliyi aydın olub.


Muzeyin kolleksiyasına son əlavə olunan parçalardan biri isə Usamə bin Ladenin AK-47 (Kalaşnikov) markalı avtomatıdır. Əməliyyat zamanı Bin Ladenin yanından tapılan "Kalaşnikov"un üzərində Çin ornamentləri də var.


"Charlie" adı verilən robot balıq. "Charlie" radio dalğaları ilə idarə edilir.


İçi boş olan və dəmir pul kimi görünən bu alətlə mesajlar və kadrlar daşınırmış.


Amerika ordusunun generalı William J.Donovan müharibə zamanı formasını dəyişdirərək döyüşüb.


"Liberator" tapançalar yaxın məsafədən atəş açmaq üçündür.


Microdot kamera.


Birdəfəlik salfet üzərində yazılan şifrəli məlumatlar, istifadə edildikdən sonra yox edilirmiş.


1960-1980-ci illərə qədər istifadə edilən Sovet istehsalı olan anti-tank mərmisi.


Dövrünün ən təhlükəli casuslarından biri elan edilən Virginia Hall 1945-ci ildən sonra MKİ üçün işləyib.


Göyərçinlərə bağlanan kameralar əvvəllər havadan görüntü almağın ən əsas üsullarından biriymiş.


Pakistanın Abbottabad şəhərində Bin Ladenin yaşadığı məskənin maketi.


Abbottabaddakı iqamətgah dağıdıldıqdan sonra qalan divarın bir parçası da muzeyə gətirilib. Fotoşəkildəki adam isə Əfqanıstanda ölən MKİ vəzifəlisi Johnny Micheal Spanndır.


"
Cornflakes" adı verilən əməliyyat Almaniya Poçt Xidmətini yanıltmaq və anti-faşist təbliğatı aparmağı hədəf güdürdü. Bu məqsədlə saxta markalar da istehsal edilib.


Əl-Qaidənin Əfqanıstandan tapılan təhsil kitabı.

Həmçinin oxuyun: Xüsusi xidmət orqanları agentlər işə necə cəlb edir?

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
367

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru