
Xüsusi xidmət orqanlarının fəaliyyəti hər zaman yüksək diqqət cəlb edib. Amma buna baxmayaraq, ictimaiyyətdə bu sahənin fəaliyyəti barədə çox az məlumat var. Məxfi fəaliyyətin uğurla həyata keçirilməsi üçün zəruri olan əsas vəzifələrdən biri çoxşaxəli və yaxşı gizlədilən şəbəkə agenturası və yeni agentlərin cəlbidir.
Agentin işə cəlbi - xüsuxi xidməti maraqlandıran şəxsləri müəyyən kəşfiyyat xarakteli məsələlərdə əməkdaşlığa cəlb etmək üçün operativ tədbirlərdən ibarət kompleksdir.
Müxtəlif ölkələrin xüsusi xidmət orqanları bu istiqamətdə demək olar ki, işlərini eyni şəkildə qurublar. Bu, çox ağır, gizli və təhlükəli işdir. Biz gündəlik həyatımızda agentin işə cəlbinin müxtəlif nümunələrini müşahidə edə bilərik. Müasir marketinqdə mal satışı da bu cür həyata keçirilir: maraq yaradaraq, sonradan bu marağı təmin etmək, hətta bu sizin üçün o qədər önəmli olmasa belə. Həmin prinsip agentlərin ələ alınmasında daha yüksək psixoloji səviyyədə tətbiq olunur. Kəşfiyyatçı üçün öz şəbəkəsinə agent cəlb etmək isə ekstra-sinfi işidir.
Agentlər cəlb mərhələləri
Agentlərin ələ alınması prosesi əsasən bir neçə mərhələyə bölünür. İlkin olaraq agentlik ələ alınması yönündə hazırlıq prosesi başlayır. Bu mərhələdə işi həyata keçirəcək şəxslərin dairəsi müəyyənləşdirilir və potensial agent barədə kəşfiyyat xarakterli məlumatlar toplanır. Seçilmiş peşəkar mütəxəssislər tərəfindən obyektin diqqətlə öyrənilməsi həyata keçirilir. Sonra bu qrup xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün hazırlanan şəxslərin namizədliyi barədə müzakirələr aparırlar. Növbəti mərhələ isə namizədliyi müəyyənləşdirilən şəxs barədə daha geniş məlumatın toplanmasıdır. Obyektin xarakterinin bütün müsbət və mənfi cəhətləri öyrənilir, onu nüfuzdan salacaq materiallar toplanır, siyasi baxışları, dini əqidəsi müşahidə olunur. Dəqiqliklə bütün məlumatlar toplandıqdan sonra obyektin psixoloji portreti yaradılır, onun daxili və xarici amili qiymətləndirilir, sonra xüsusi xidmət orqanlarının digər mütəxəssisləri işə cəlb olunur və namizəd barədə addımların atılması üçün tam mənzərə rəhbərliyin müzakirəsinə verilir və məsələyə müsbət cavab verildiyi halda, birgə fəaliyyət planı ilə yeni agent cəlbinə başlanılır.
Namizədlə xüsusi xidmət orqanlarının əməkdaşları toplanan məlumat əsasında işləyirlər. Bütün əlavə zəruri məlumatlar obyektin yaxın ətrafından toplanır və zahiri müşahidə aparılır. Bütün bu tədbirlər obyektə hansı motiv vasitəsilə təsir göstərməyə hesablanır. Bundan sonra potensial namizədin ələ alınmasının taktikası müəyyənləşdirilir, yaranmış və ya yaradılmış vəziyyətdən istifadə edilərək şəxsi və məişət problemləri həll olunur, ehtiyacları ödənir.
Agentin ələ alınmasının əsasları
Agentlərin toplanması bir neçə əsas ideya əsasında həyata keçirilir:
- Siyasi ideya;
- Gözdən salma;
- Maddi - məişət;
- Mənəvi - psixoloji.
Agentin ələ alınması siyasi ideyanın bazası əsasında aparılır ki, bu da agentlə xüsusi xidmət orqanı arasında sıx əlaqə yaradır. Bu üsul ölkədə siyasi vəziyyətin gərginləşdiyi, millətçilik və dini inancların sıxışdırılması zamanı xüsusilə səmərəlidir. İdeya naminə hər cür fədakarlığa hazır agentlər çox qiymətli və sadiq hesab olunurlar.
Kompramat məlumatlarla ələ alınan agentlər də kifayət qədərdir. Potensial namizədin dosyesinin öyrənilməsi zamanı xüsusi xidmət orqanlarının mütəxəssisləri hədəflərini gözdən salacaq cinsi həyat materialları (homoseksualizm, sevgi əlaqəsi, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə) tapa bilərlər. Bu materiallar vasitəsiylə "qarmağa keçirilən" agentlər xüsusi xidmət orqanları üçün səmərəli və uzun müddət çalışırlar.
Xarici ölkələrin bəzi xüsusi xidmət orqanları isə agentura şəbəkəsinə cəlb edilən şəxslər və onun yaxın qohumlarının həyatına real təhlükə yaratmaqla özlərinə tabe edirlər.
Agentin ələ alınması üçün ən sadə və anlaqlı üsullardan biri isə maddi yardımdır. Pul ən yaxşı stimuldur. Yardımın miqdarından asılı olaraq namizədi tamamilə ələ almaq və fəaliyyətini stimullaşdırmaq olar.
Ən idarəolunmaz isə mənəvi-psixoloji cəhətdən ələ alınmış casusdur. Xasiyyət özəllikləri (xəsislik, intiqam və s) güclü agentliyin yaranmasında zəif bir fundamentdir. Əlbəttə ki, bu mənbələr arasında sərhəd müşahidə olunmur. Və ələ alınmış casus bir platformaya əsasən digər platformanın fikirlərinə tabe ola bilər. Və həmçinin ələ almaqda ən önəmli aspekt maddi ödənişdir.
Xarici ölkələrin bəzi xüsusi xidmət orqanları isə agentura şəbəkəsinə cəlb edilən şəxslər və onun yaxın qohumlarının həyatına real təhlükə yaratmaqla özlərinə tabe edirlər.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq