Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2013
17:42
Dünyanı heyrətə salan xüsusi təyinatlılar

Demək olar ki, bütün ölkələrdə təhlükəsizlik qüvvələrindən əlavə xüsusi təyinatlı dəstələr də var. Bu dəstələr müxtəlif təyinatlı əməliyyatların həyata keçirilməsində istifadə olunur. Onların əksəriyyəti digər təhlükəsizlik qüvvələrinin tərkibində xüsusi təyinatlılardan təşkil edilir və özünün komandanlığı olur. Xüsusi təyinatlıların əsas vəzifələri, girovların azad edilməsi, terrorçuların zərərsizləşdirilməsi, ölkədən kənarda dövlətin marağını qorumaqdır. Bəzi hallarda müttəfiq ölkələrin xüsusi təyinatlılarına da təlimlər verilir.

FaktXəbər sizlərə dünyanın ən güclü xüsusi təyinatlılarının onluğunu təqdim edir.


1. Avstraliya ordusunun xüsusi təyinatlıları - SOCOMD (Special Operations Command)

Əvvəllər Böyük Britaniyanın koloniyası olan Avstraliyada xüsusi təyinatlıların ingilis variantı yaradılıb. Amma buna baxmayaraq Avstraliya xüsusi təyinatlıları Böyük Britaniyadakı oxşarlarından özünəməxsus üstünlükləri ilə seçilir.
İlk xüsusi təyinatlılar İkinci Dünya müharibəsi zamanı yaradılaraq müttəfiq cəbhəsində aktiv iştirak ediblər. 2003-cü ildən isə Avstraliyanın bütün xüsusi təyinatlıları bir komandanlıq altında cəmləşərək SOCOMD adlandırılıb. SOCOMD-un tərkibinə operativ qərargah daxildir. Bu qərargahlar Sidney və Kanberrada yerləşir və onların tərkibinə xüusi əməliyyatlar eskadrası daxildir. SOCOMD-un aviadesant alayı və 2 komandos alayı var. Fövqəladə vəziyyətlərdə Cənubi Uelsdə xüsusi alay yaradılır.
2003-cü ildə Avstraliya xüsusi təyinatlıları Əfqanıstan və İraqdakı müharibələrə qatılıblar. Bundan əlavə dünya üzrə keçirilən böyük idman yarışlarında da avstraliyalıların yardımından istifadə olunur. Bir müddət ABŞ prezidenti Corc Buşun mühafizəsini də həyata keçirən SOCOMD Şərqi Timorda hərbi münaqişənin tənzimlənməsində və 2009-cu ildə Əfqanıstanda patrul xidməti edib. SOCOMD döyüşçüləri digər ölkələrin xüsusi təyinatlılarının təlimində aparıcı qüvvələrdən hesab edilir.


2. Böyük Britaniyanın əlahəzrət xüsusi xidməti -  SAS (Special Air Service)
Böyük Britaniyanın Xüsusi Hava Xidmətinin tərkibinə Xüsusi Dəniz Qüvvələri, xüsusi kəşfiyyat alayı və müdafiə qüvvələri daxildir. SAS-ın 22-ci alayı İkinci Dünya müharibəsi ərəfəsində - 24 avqust 1941-ci ildə yaradılıb. Bu yeni qüvvə könüllü desantlardan təşkil olunub. Onlar Şimali Afrikada düşmənin arxa cəbhəsində kəşfiyyat işləri həyata keçiriblər. Xüsusi təyinatlılar 1946-cı ildə ləğv olunub, amma 1947-ci ildə könüllülər alayının bazasında indiki SAS yaradılıb. SAS-ın əsas vəzifəsi Böyük Britaniyada və xarici ölkələrdə antiterror əməliyyatı həyata keçirməkdir. Bundan əlavə SAS qüvvələri xarici ölkələrin xüsusi təyinatlılarına da dərslər keçirlər. SAS 21, 22 və 23-cü alaylardan ibarətdir. Hər bir alay özünün xüsusi tapşırığını həyata keçirir. 22-ci alayın işi basqın, antiterror və antiinqilabi əməliyyatlardan ibarətdir. 21 və 23-cü alayların işi isə Böyük Britaniyanın xarici ölkələrdəki maraqlarını qorumaq üçün münaqişələrin tənzimlənməsidir. Hazırkı zamanda SAS Böyük Britaniyanın ən məşhur və hazırlıqlı xüsusi qüvvələri hesab edilir.


3. Almaniya federal polisinin xüsusi təyinatlıları -
GSG-9
GSG-9-un yaradılması 1972-ci ildə Münhendə keçirilən olimpiya oyunlarındakı hadisədir. Belə ki, həmin vaxt Fələstin Azadlıq Hərəkatının üzvləri İsrail idmançılarının yerləşdiyi olimpiya kəndini ələ keçirmişdilər. Xilasetmə əməliyyatları zamanı çoxlu sayda idmançı alman polisi ölmüşdü. Bundan sonra Almaniya hökuməti belə əməliyyatların həyata keçirilməsi üçün xüsusi təyinatlıların yaradılmasına qərar verib.
1973-cü ildə Almaniya Daxili İşlər Nazirliyinin tərkibində xüsusi əməliyyatları həyata keçirən GSG-9 yaradıldı. GSG-9 DİN-in tərkibinə daxil olmasına baxmayaraq, öz sahəsinə aid olmayan xırda əməliyyatlarda da iştirak edir. GSG-9 300 nəfərdən ibarətdir və 3 dəstəyə bölünür. Birinci yüzlük terrorizmlə mübarizəni, ikinci yüzlük bütün dəniz obyektlərinin və gəmilərinin qorunmasını həyata keçirir. Üçüncü dəstə isə paraşütçü desantlardır.
Hazırda döyüşçülər həm Almaniyada, həm də xarici ölkələrdə xüsusi tədbirlər həyata keçririrlər.


4. NOCS - İtaliyanın polis xüsusi təyinatlıları
İtaliya Avropanın ilk ölkəsidir ki, özünə qarşı siyasi terrorizm təhlükəsi hiss edir. Belə ki, 1970-ci ildən başlayaraq solçu qruplar siyasətçiləri və ictimai xadimləri oğurlamaqla ölkədə xaos yaradıb. Girovların azad edilməsi zamanı isə bu sahədə təcrübəsi olmayan polislər çoxlu sayda itkilərlə üzləşib. Məhz buna görə də, 1977-ci ildə İtaliya Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar zamanı terrorizmlə mübarizə üçün NOCS xüsusi təyinatlıları yaradılır.
NOCS-un tərkibinə ilkin olaraq 30 polis əməkdaşı daxil olub. Onlar bir il müddətinə əlbəyaxa döyüş, odlu silahdan atəş açmaq və digər bacarıqların inkişafı üçün təlimlər keçiblər. Təlimlərdən sonra isə dəstə "Qırmızı briqada" terrorçularının zərəsizləşdirilməsində istifadə olunub. Daha sonra isə qrup NOCS-un ilkin hədəflərini saxlamaqla tam bir diviziya halına gətirilib. Bütün döyüşçülər İtaliya Daxili İşlər Nazirliyinə tabedir və Avropa ölkələrinin digər xüsusi təyinatlıları ilə əlaqədədirlər. Onlar da xarici ölkələrin xüsusi təyinatlılarına təlimlərdə aktiv iştirak edirlər.


5. Kanadanın xüsusi əməliyyat komandanlığı - CANSOFCOM
CANSOFCOM (Canadian Special Operations Forces Command) özündə Kanadanın bütün bütün qüvvələrini və xüsusi təyinatlılarını birləşdirir. Bu birləşmə həmin qüvvələrin idarəetməsini, Kanada vətəndaşlarının qorunmasını, terrorizmlə mübarizə və Kanadanın maraqlarını qorumaqla məsuldur.
CANSOFCOM №2 (JTF2) birləşməsindən, Kanada xüsusi təyinatlıları alayından (CSOR) və xüsusi əməliyyatlar həyata keçirən 427-ci eskadradan ibarətdir.
CANSOFCOM 2006-ci ildə yaradılıb və onun vəzifəsi terrorizm təhlükəsinin qarşısının alınması ölkə xaricində əməliyyatların aparılmasında Kanadanın digər qüvvələrinə dəstəkdən ibarətdir.  
Kanada silahlı qüvvələrində CANSOFCOM "sakit peşəkarlar" adı alıb, ən seçmə xüsusi təyinatlı qrupu isə JTF2 hesab edilir ki, onların da əsas işi terrorizmlə və onun bütün qolları ilə mübarizədir. Hazırda qrup üzvlərinin sayı 600 nəfər təşkil edir, maliyyələşdirilməsi isə ildə 120 milyon dollardır.
Öz xidmət siyahısında CANSOFCOM Bosniyada sülhyaratma əməliyyatlarında iştirak edib və Serbiya snayperlərinin zərərsizləşdirilməsini həyata keçirib. 2001-ci ildən isə CANSOFCOM Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edir. 2010-ci ildə qış olimpiya oyunlarının keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqları yerinə yetiriblər. CANSOFCOM hazırda Kanadanın maraqlarını geniş spektrdə həyata keçirən balanslaşdırılmış bir qurumdur.


6. Rusiyanın Baş Kəşfiyyat İdarəsi
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin tərkibinə bütün ordu və donanma qüvvələrinin xüsusi təyinatlı bölmələri daxildir. Və bu quruma daxil olan xüsusi təyinatlıların hər birinin məxsusi yaranma tarixi və döyüş yolu var. SSRİ-də Kəşfiyyat İdarəsinin yaradılmasının əsas səbəbi baş verə biləcək nüvə hücumu zamanı NATO ölkələrində kəşfiyyat həyata keçirmək imiş. Amma dəstələrin əsas vəzifəsi uzaq kəşfiyyat, mobil nüvə qurğularının məhv edilməsi, düşmən tərəfdə təxribat törədilməsi və arxa cəbhədə partizan dəstələrinin yaradılması olub. Həmin dövrdə qarşıda duran vəzifələr yerinə yetirilmədi, lakin hazırda xüsusi təyinatlı döyüşçülərin yüksək hazırlıq və yaxşı texniki təchizat sayəsində portativ nüvə minaları belə var. Xüsusi təyinatlılar demək olar ki, qarşıya qoyulmuş bütün işləri həyata keçirmək bacarığına malikdir.
BKİ-nin xüsusi təyinatlı döyüşçülərin hazırlığı fərdi proqram üzrə həyata keçirilir və 2-3 nəfərlik qrupa zabitlər rəhbərlik edir. Nəticədə hərbi hazırlığı başa vuranlar universal əsgər olub geniş spektrli məsələləri həyata keçirə bilirlər.
Hazırda BKİ-nin dəstələrində əsgərlərin sayı 6-15 min arasında dəyişir və tərkibinə 6 xüsusi təlim görmüş briqada daxildir.


7. ABŞ-ın xüsusi təyinatlı polisi - SWAT
ABŞ-da xüsusi təyinatlı qüvvələrin yaradılması üzrə konsepsiya 1960-ci ildə hazırlanıb. Buna səbəb ölkədə kütləvi iğtişaşlar nəticəsində hökumət əleyhinə qüvvələrin fəallaşması olub. Bu iğtişaşlar zamanı dövlət qurumları və sahibkarlar qəzəblənmiş kütlənin hücumuna məruz qalıblar. SWAT-ın (Special Weapons And Tactics) ilk dəstəsi Los-Ancelosda yaradılıb və səbəb snayperlərin yaratdığı xaosu aradan qaldırmaq olub. Əvvəlcə yeni yaradılmış strukturda xüsusi bölmə olmayıb və ona xüsusi hazırlıq keçmiş adi polis əməkdaşları cəlb edilib. SWAT polisləri öz adi gündəlik vəzifələrini yerinə yetiriblər.
Növbəti illərdə isə SWAT-ın daimi ayrıca bölməsi olub və adi polis vəzifələrini yerinə yetirməyiblər.
Hazırda Los-Anceles şəhərinin SWAT polisinin analoji bölmələri ABŞ bütün iri şəhərlərində fəaliyyət göstərir, qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək cinayətkarlığa və terrorizmə qarşı mübarizə aparırlar.


8. İran xüsusi təyinatlıları - NOPO
İranın Niruye Vijeye Pad Vəhşət adlandırılan xüsusi təyinatlıları seçmə şəxslərdən ibarət olur. Bu dəstəyə qəbul edilən şəxslərin digər təhlükəsizlik qüvvələrində 2 illik təmiz iş təcrübəsi, 175 sm-dən qısa olmamaq şərtilə boyu olmalıdır. Dəstənin ölkə boyu bütün vilayətlərdə şöbələri var və son texnologiya məhsulları ilə təhciz olunublar. Hər hansı bir yerdə xüsusi təyinatlılara ehtiyac yaranarsa, dəstə 10 dəqiqə ərzində əraziyə gəlir. Dəstə üzvlərinin hər birinə əməliyyatlarda bir adamın zərərsizləşdirilməsi üçün sadəcə bir atəş açmağa icazə verilir. Əsas vəzifələri girovların azad edilməsi, terrorçuların yaxalanması, ehtiyac olduqda mühüm şəxsləri mühafizə etmək, böhranlı şəraitdə ali lideri qorumaq, silahlı quldur dəstələrini yaxalamaq və iğtişaşları yatırmaqdır.


9. Baş Kəşfiyyat İdarəsi - Ukrayna Müdafiə Nazirliyi
Baş Kəşfiyyat İdarəsi Ukraynanın hüdudlarından kənarda ölkənin maraqları üçün geniş spektrli kəşfiyyat əməliyyatları yerinə yetirir. UKİ-nin tərkibində ölkə hüdudlarından kənarda əməliyyatlar  yerinə yetirən xüsusi təyinatlı dəstə daxildir. Xüsusi təyinatlıların tərkibinə Kiyev şəhərində yerləşən A2245 hərbi hissəsinin keçmiş zabitləri daxildir.
Hazırda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ən qapalı qurumlardan biridir və onun haqqında çox az şey məlumdur. BKİ-nin tərkibinı sadəcə bir xüsusi təyinatlı dəstəsi daxildir və maliyyələşmə sistemi öz daxilində həyata keçirilir.
Yaxın vaxtlarda Ukraynada islahatlar həyata keçirilərək, Xüsusi Əməliyyat Qüvvələrinin yaradılması gözlənilir.


10. Fransanın xüsusi əməliyyatlar komandanlığı - GCOS
1992-ci ildə NATO-ya üzv digər ölkələrdə olduğu kimi Fransada COS adlı birləşmə yaradıldı ki, onun da tərkibinə bütün təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları daxil edildi. Bu bölmələrin vəzifəsi xarici ölkələrdə əməliyyatlar keçirmək və düşmənin arxa cəbhəsində təxribat törətməkdir.
Hazırda COS-un strukturuna quru qoşunları bölmələri və çevik dəniz qüvvələri daxildir. Aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar isə COS yenidən qurulub:
Müttəfiqlərə hərbi yardım göstərilməsi, başqa ölkələrin xüsusi təyinatlılarının öyrədilməsi və humanitar yardımın çatdırılması və bəzi Afrika ölkələri ilə Fransanın bağladığı müqaviləyə əsasən hərbi yardımın edilməsi, xüsusi hərbi əməliyyatlar keçirilməsi, düşmən ərazisində dərin reydlərin keçirilməsi, gündüz və gecə saatlarında desantları və sülhməramlı missiyaların çıxarılması, terrorizmlə mübarizə, Fransa vətəndaşlarının evakuasiyası, digər ölkələrin ərazisində terror qruplaşmalarının ələ keçirdikləri girovların azad edilməsi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
165

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
157

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 17:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru