Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2013
13:19
Şeytanın alimləri

Alimlər daim tibb, kimya, fizika və daha bir çox sahədə yeni kəşflər edərək həyat şəraitini asanlaşdırır, insana faydalı işlər görürlər. Amma etiraf etmək lazımdır ki, bu hər zaman belə olmur. Bəzən alimlər də eqoist və alçaq niyyətli olurlar. FaktXəbər-in sizə təqdim etdiyi bu siyahıda insana əzabdan başqa bir şey verməyən 10 alim adı var.



Paracelsus (1493-1541)

İsveçrəli həkim və kimyagər Paracelsus kimyəvi maddələrin canlıların üzərindəki təsirlərini araşdırıb və farmakologiyanın ilk addımlarını atıb.
Onun işləri təkcə bununla məhdudlaşmayıb. Bildirilir ki, insan spermasına müdaxilə ilə "homunculi" adı verilən təxminən 30 sm boyu olan kiçik insanlar yaradıb və bu insanları təcrübələrində istifadə edib.

Dr.J.Robert Oppenheimer (1904-1967)

Harvard Universitetindəki kimya təhsilini üç ildə tamamlayıb. Eyni zamanda fizika fakültəsində də təhsil alıb. Təhsilini davam etdirdiyi müddətdə aktyorluq, ədəbiyyat və müxtəlif dillərlə də maraqlanıb. 1930-cu illərdə kommunist ideologiyasının təsirinə düşüb.
1937-ci ildə ölən atasından qalan 300.000 dollarlıq mirasla solçu qruplara maddi dəstək verib. Kommunist partiyasının bir çox üzvüylə nizamlı təmas saxlamasına baxmayaraq, partiyaya qoşulmayıb. İkinci Dünya müharibəsi zamanı nüvə silahı istehsalı üçün başladılan Manhetten layihəsinin elmi rəhbəri olub. Atom bombasının atası kimi də tanınır.

Alfred Nobel (1833-1896)

1833-cü ildə varlı bir ailənin qızı olan Andriette Ahlsell ilə mühəndis ata Emmanuel Nobelin üçüncü oğulu kimi Stokholmda doğulur. Atası onu kimya mühəndisi təhsili alması üçün xaricə göndərir. 2 il ərzində İsveç, Almaniya, Fransa və ABŞ-da təhsil alır. Parisdə olduğu vaxt dövrün məşhur kimyagəri T.J.Pelouzenin laboratoriyasında işləyir. Burada güclü partlayıcı maye olan nitroqliserini kəşf edən italyan kimyagər Ascanio Sobrero ilə tanış olur. Alfred Nobel də nitroqliserin ilə maraqlanır.
Qeyd edək ki, nitroqliserin barıtdan daha güclüdür; təzyiq və istiliyin təsiriylə asanca partlayır. Nobelə görə, bu vəziyyət nitroqliserinin praktik istifadəsini məhdudlaşdırır. 1864-cü ildə araşdırmalarının nəticəsi olur və dinamit barıtını tapır. 1879-cu ildə Paris yaxınlığında yerləşən Servan şəhərində laboratoriya yaradan Nobel, buradakı işləri zamanı tüstüsüz barıt adını verdiyi və bərabər miqdarda nitroqliserinlə nitroselüloz qarışığından ibarət atıcı gücü olan barıtı tapır.

Trofim Lisenko (1898-1976)

Sovet İttifaqı zamanı Genetika İnstitutunda kənd təsərrüfatı araşdırmalarını davam etdirib. Siyasi gücə arxalanaraq elmi məntiqi bir kənara atıb və tətbiq etdiyi üsullarla Sovet əkinçiliyinə zərər verib.
Onun dövründə bir çox alim sürgünə göndərilib. Bitkilər üzərində apardığı təcrübələr min hektarlarla meşəni məhv edib.

Dr.Jack Kevorkiyan "1928-2011"

Erməni əsilli amerikalı patoloq, rəssam və bəstəkar Dr.Jack Kevorkiyan 1990-cı illərdən başlayaq 130 ölümcül xəstəyə özünün hazırladığı qarışığı şripislə vuraraq onları öldürüb. Buna görə də "Doktor Ölüm" kimi tanınıb.
1999-cu ildə Miçiqanda keçirilən məhkəmədə hakim Dr.Jack Kevorkiyanı ölümcül bir xəstəyə iynə vuraraq öldürdüyü üçün günahkar bilib və barəsində ölüm hökmü çıxarıb. "Doktor Ölüm" özünümüdafiə çıxışında xəstələrin daha çox ağrı çəkməsinin qarşısını almaq üçün ölmələrini həyata keçirərək, onlara yaxşılıq etdiyini söyləyib. 1 iyun 2007-ci il tarixində ABŞ Ali Məhkəməsinin iddianı rədd etməsindən sonra azad edilib. 3 iyun 2011-ci il tarixində ölüb.

Tuskegee Layihəsi

1932-ci ildən 1972-ci ilə qədər PHS Amerika Səhiyyə Təşkilatı 399 zənci sifilis xəstəsi üzərində təcrübələr aparıb. Təcrübələr meyidlərin yarılması zamanı daha yaxşı effekt verdiyi üçün zəncilərin ölü olması təşkilatın maraqlarına xidmət edirdi. Məhz buna görə də üzərində təcrübə aparılan zəncilərin ölməsi üçün onların sağlamlığını poza biləcək hər cür tibbi dəstəyi verirlər. Məsələnin ən dəhşətli tərəfi ondan ibarətdir ki, təşkilata rəhbərlik edən Dr.Douglas Jones və üzvlərinin hamısı zənci olub. Təşkilat 1972-ci ildə "Washington Star" tərəfindən bağlanıb.

Johann Konrad Dippel (1673-1734)

XVII əsrin kimyaçısı kimi ad çıxarmış və sintetik boyalardan biri olan "Prusya mavisi"nin ixtiraçısıdır. Nitroqliserinlə işləyərkən bir binanı partladan Dippelin, təcrübələrini əsasən insanlar üzərində apardığı bildirilir.
Mənzilində bir neçə meyit saxlayan və ruhu bir meyitdən digərinə köçürmək kimi təcrübələr də aparan Dippel, Mary Shelleyin yazdığı məşhur "Franknşteyn" əsərinin ilham mənbəyi olub.

Dr.Zigmund Rascher (1909-1945)

İkinci Dünya müharibəsi dövründə Daçau düşərgəsində canlı məhbuslar üzərində işgəncə otaqlarında təcrübələr aparan Rascher, məhbusları isti suyla yuduqdan sonra onları soyuq suya və soyuducuya salaraq reaksiyalarını müşahidə edib və bununla onların soyuğa müqavimətlərini və dözümlərini ölçüb.
Təcrübələr zamanı 200-dən artıq məhbus ölüb. Onun təcrübəsində körpə uşaqladan belə istifadə edilib.


Dr.Cozef Mengele (1911-1979)

Faşist əsir düşərgəsi Auschwitz-Birkenauda keçirdiyi dəhşətli ölümcül təcrübələrlə tanınan alman həkimi Mengele, 1937-ci ildə Faşist Partiyasına daxil olub. Əsir düşərgələrində məhkumlar üzərində tükürpərdici təcrübələr həyata keçirdiyi üçün ona "Ölüm Mələyi" adı verilib.
Bir çox əsir üzərində anesteziya (narkoz) tətbiq edərək qanlı təcrübələr aparıb. Josef Mengelenin təcrübəsi zamanı 2 milyona yaxın insan ölüb.

Shiro Ishii (1892-1959)

General-leytenant Ishii İkinci Dünya müharibəsi zamanı yapon ordusunda xidmət etmiş mikrobioloqdur. Müharibə zamanı Yaponiyanın əsir düşərgələrində minlərlə rus və çinli onun apardığı dəhşətli işgəncələr zamanı ölüb.
Aparılan təcrübələrin bəziləri bunlardır: Anesteziyasız orqan götürmək, bədən üzvün kəsilərək bədəndə başqa bir yerə tikilməsi, bədənə bakteriya vurub təsirlərini müşahidə etmək, qolları dondurub yaranan qanqrenanı araşdırmaq və həmçinin silah texnologiyalarında təcrübəlik kimi istifadə etmək.

Məqalədə : Şeytanın alimləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
195

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
501

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
360

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
325

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
236

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
317

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 12:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru