Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2013
15:52
Kod adı `İstanbul Üsyanı`

"Gezi Parkı" hadisələrinin xarici əlaqələri barədə fikir mübadilələrinin aparıldığı bir vaxtda, Vaşinqtondakı ən təsirli İsrail təşkilatlarından olan Amerika Təşəbbüskarlıq İnstitutunun (American Enterprise Institute) amerikalı "NeoCon"larla (neo-conservatives - yeni mühafizəkarlarla - red.) fevral ayında "İstanbul Üsyanı" məsələsini müzakirə etdiyi ortaya çıxıb. Toplantıda 6 türkün də iştirak etdiyi bildirilir və "Taksim meydanını Təhrirləşdirmək" ssenariləri müzakirə olunub.

FaktXəbər-in məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, "3 ay əvvəlcədən məlumatımız var idi", - dediyi "Gezi Parkı" aksiyalarının hadisələr başlamamışdan bir neçə ay əvvəl ABŞ-dakı bir beyin mərkəzində müzakirə edildiyi ortaya çıxıb. Yəhudi lobbisi AIPAC-ın dəstəyiylə fəaliyyətlərini davam etdirən Amerika Təşəbbüskarlıq İnstitutunda (American Enterprise Institute, AEI) cari ilin fevralında keçirilən toplantıda anti-siyasi türk gəncliyini küçəyə çıxararaq, saxlamaq üçün "İstanbul Üsyanı" ssenarisi müzakirə edilib. AK Partiya hökumətinin fəaliyyətləri və Türkiyənin son 10 ilinin müzakirə edildiyi toplantının iştirakçıları isə dünya səviyyəsində məşhur olan "NeoCon" simalar olub: Donal Ramsfeld (Donald Rumsfeld), Paul Vulfoviç (Paul Wolfowitz), Bernard Levis (Bernard Lewis), Eliot Abrams (Elliot Abrams), Riçard Perle (Richard Perle), Con Bolton (John Bolton), Vilyam Kristol (William Kristol) və Duqlas Feyt (Douglas Feith).

Taksimi Təhrir edək

2007-ci ildə dövrün Konstitusiya Məhkəməsi başçısı Tülay Tuğcunun öldürülüb Taksimdə güclü partlayışın törədilməsi kimi ssenarilərin müzakirə edildiyi Hudzon İnstitutuna da (Hudson Institute) məsləhətçilik edən Amerikanın yeni mühafizəkar lobbisinin əsas simaları fevral ayındakı iclasda Orta Şərq bölgəsi siyasətlərini Türkiyə ilə Misir oxunda müzakirə ediblər. Amerika Təşəbbüskarlıq İnstitutunun rəhbərlik etdiyi toplantıda Türkiyədən də 6 nəfər qatılıb. İclasda sanki bugünlərdə İstanbulda baş verən hadisələrin simulyasiyası həyata keçirilib. Müzakirə masasının ətrafındakı adlardan biri Taksim meydanını Təhrirə çevirərək, dünya ictimaiyyətinə "Türk baharı"' təəssüratının verilə biləcəyini bu ifadələrlə çatdırıb: "Dünyadakı hər meydanın bir ünvanı var. Taksim 1 May hadisələri ilə xatırlanır. Xalqın böyük aksiyalar keçirməsi Taksimə bir şəxsiyyət qazandırır. O zaman Taksim də eynilə Təhrir kimi şəxsiyyət qazanar."

Küçələrdə fəallıq qorunsun

Amerikadakı İsrail lobbisinin rəhbərliyi ilə keçirilən toplantıda "İstanbul Üsyanı"nın necə başladıla biləcəyi müzakirə edilib. Yerbəyerdən səslənən cümlələr bu fikirlər ətrafında cəmlənib: "Türk gəncliyi anti-siyasi bir gənclikdir. Həyatda heç bir etiraza qoşulmamış gənclər meydanlara ensə, vaxt keçdikcə məcbur qalaraq siyasiləşəcək. Küçələrdə fəallıq qorunmalı, canlı saxlanılmalıdır. Ərəb ölkələrində azadlıq, demokratiya düşüncələri və vətəndaş konstitusiyası kimi mövzular cəmiyyəti küçəyə çıxardığı halda, Türkiyədə bu baş verməyəcək. Çünki siyasi qruplar, milli sol cəbhə ortaya hədəf qoya bilməyəcəkləri üçün meydanı xalq hərəkatına çevirmək çox çətin olacaq. Təşkilatlar arasında birliyi təmin etmək əsasdır. Bu olmasa, "Ərəb Baharı"nın əksinə olaraq Türkiyədəki xalq hərəkəti öz daxilində bir qarşıdurmaya çevrilə bilər. Azadlıq üçün meydana çıxan gənclərin təşkilatlanmaması, meydanın başqalarına verilməsi ilə nəticələnər. Digər tərəfdən, Türkiyədəki bir xalq hərəkatının hökuməti devirə biləcəyi barədə düşünmək olmaz. Ərəb ölkələrinin əksinə olaraq, dövlət AKP-nin əlində olsa belə, seçki var, xalq son sözünü seçkidə söyləyə bilir."

İsrail lobbisi dəstəkləyir

Vaşinqtondakı ən güclü lobbi kimi göstərilən Amerika-İsrail Xalqla Əlaqələr Komitəsi (AIPAC) İsrailə edilən ABŞ yardımlarının böyük hissəsini alan təşkilatdır. Türkiyə-İsrail əlaqələrinin gərginləşməsindən sonra AIPAC-ın maliyyələşdirdiyi Amerika Təşəbbüskarlıq İnstitutu (American Enterprise Institute, AEI), Hudzon İnstitutu (Hudson Institute), Orta Şərq Siyasəti üçün Vaşinqton İnstitutu (Washington Institute for Near East Policy, WINEP) kimi yeni-mühafizəkar siyasətlərin inkişaf etdirildiyi beyin mərkəzləri həyata keçirdikləri analizlərlə Türkiyə əleyhinə işlər aparmağa çalışırlar. İsrail lobbisinin intellektual təşkilatları, xüsusilə "Mavi Mərmərə" basqınından sonra haqqında danışılan ssenarilərə sürət verib. Bu təşkilatlar Amerikanı idarə edən orqanları təmsil edən NSA, CIA, DIA, Pentaqon və FBI kimi təşkilatları, başda Suriya mövzusu olmaqla, İsrail lehinə istiqamətləndirməyə çalışır. Baş verə biləcək "İstanbul Üsyanı"nın müzakirə olunduğu toplantıya qatılan "NeoCon"ların hər biri İsrail üçün beyin mərkəzilərində məsləhətçilik edirlər və hər iclas üçün 40-80 min dollar arasında ödəniş alırlar. Bu yaxınlarda CNN televiziyasının canlı efirində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi İbrahim Kalına senzura tətbiq edən müxbir Kristina Amanpurun (Christiane Amanpour) AIPAC-da söz sahibi olan yəhudi əslli ABŞ Xarici İşlər Nazirliyi məsləhətçisi Erik Rubinin (Eric J.Rubin) həyat yoldaşı olması da diqqət çəkir.

Qəzet elanına dərman kimi yardım

"Gezi Parkı" aksiyalarına dəstək olmaq üçün Amerikanın "New York Times" qəzetinə verilən elanın pulunu böyük miqdarda yəhudi sərmayəli "Rafagen" adlı dərman firması ödəyib. Oltaç Ünsal, Murad Aktihanoğlu və Duyğu Atacan tərəfindən "indiegogo.com" adlı internet saytı vasitəsiylə başladılan hədiyyə kampaniyasına 24 saat ərzində 55 min dollar yardım edildiyi halda, bu günə qədər 2 min 653 nəfərin yardım etdiyi təşkilatın büdcəsinə ümumilikdə 108 min 371 dollarlıq yığılıb. Bu pulun 40 min dolları "Rafagen" firması tərəfindən köçürülüb. "New York Times"a "Gezi Parkı" elanı üçün 55 min dollar verildiyini nəzərə alsaq, yerdə qalan 53 min 371 dolları üç nəfərin hara xərclədiyi maraq doğurur.

Qondarma soyqırımın 100-cü ildönümündən əvvəl lobbi ittifaqı

Los Anceles və San Fransisko kimi ermənilərin sıx yaşadığı Kaliforniya ştatında da lobbi işlərinin sürətləndirilməsi diqqət çəkir. Çünki erməni lobbisinin ortaya atdığı qondarma soyqırımın 100-cü ildönümü yaxınlaşır. 1915-ci ildə baş verdiyi iddia olunan hadisənin ildönümünə 2 il qalır. Erməni lobbisi yəhudi lobbiləri ilə son bir il ərzində 51 məsləhətləşmə toplantısı keçirib. 2015-ci il üçün isə erməni lobbisi indidən fondlar vasitəsiylə pul toplamağa başlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
425

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Şərhlər
turk tərəfindən 26-06-2013 15:42:10 tarixində yazıldı
turk-turke destek
InwAllah bu sinaqdanda esl turkiyeni seven turk xalqi,Erdogan hakimiyyeti uzu ag cixacaq.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 05:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru