Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2013
16:21
ABŞ-ın casus şəbəkəsi barədə bilmədiklərimiz
"The Gaurdian" ABŞ-ın kəşfiyyat fəaliyyətləriylə əlaqədar xəbərlərini davam etdirir

Britanyanın "The Guardian" qəzeti son günlər ABŞ-ı sarsıdan xüsusi xəbərlərini yayımlayır. Son məqalə də əvvəlkilər kimi sənədlidir və bu dəfə bütün dünyanı maraqlandıran bir kəşfiyyat fəaliyyəti barədədir.

FaktXəbər-in məlumatına görə, məqalədə yazılır ki, Amerika Milli Təhlükəsizlik İdarəsi (NSA) dünyanın hər yerindəki elektron kəşfiyyat toplamaq işini qeydiyyata almaq və analiz aparmaq üçün çox təsirli bir vasitədən istifadə edir. Bu vasitə, "Boundless Informant" (Sərhədsiz Müxbir) adı verilən elektron məlumat süzgəci sistemidir.

“The Guardian”ın əldə etdiyi "Çox gizli" NSA sənədlərinə görə, müxtəlif ölkələrdəki kompüter və telefon danışıqlarının, yazışmalarının izlənilməsi yoluyla əldə edilən məlumatlar bu sistemdə arxivlənir.

"Sərhədsiz müxbir" sistemi dünyanın bütün ölkələrini toplanan elektron kəşfiyyat məlumatlarının miqdarına görə fərqli rənglərə rəngləyən bir xəritə belə təqdim edir. “The Guardian”ın xəbərində bu xəritənin nümunələri də yer alır.

Amerika Milli Təhlükəsizlik İdarəsinin (NSA) qlobal kəşfiyyat xəritələrində, ən az elektron kəşfiyyat toplanan ölkələr tünd yaşıl, daha çox izlənənlər sırasıyla açıq yaşıl, sarı, narıncı və qırmızı olaraq sıralanır. İran, Pakistan və İordaniya qırmızı, Türkiyə sarı rəngiylə diqqət çəkir. Qrellandiya, Skandinaviya və Qərbi Afrika ən az izlənilənlər arasındadır...

Britaniya qəzetinin xəbəri NSA-nın əvvəllər Amerika Konqresinə verdiyi təminatların etibarsız olduğunu ortaya çıxarması baxımından da əhəmiyyət daşıyır. Qeyd edək ki, NSA-nın milyonlarla Amerika vətəndaşını gizli məhkəmə qərarıyla izlədiyi ortaya çıxdıqda, təşkilat səlahiyyətliləri bu izləmə məlumatlarının geriyə doğru süzgəcdən keçirilməsinin mümkün olmadığını söyləmişdilər.

Elektron məktublar və qısa mesajlar hədəfdə

Varlığı dünyaya ilk dəfə “The Guardian” tərəfindən bu xəbərlə çatdırılan "Sərhədsiz müxbir" sistemi, Amerika Milli Təhlükəsizlik İdarəsinin bir çox ölkədə həyata keçirdiyi kəşfiyyat fəaliyyətinin məzmunundan çox, həcminin ortaya çıxaran bir xüsusiyyətə malikdir. Bu sistemdə Amerikanın təqibinə ilişən elektron məktubların, ya da qısa mesajlaşmaların (instant messaging) mətnlərini deyil, ölkələrə görə miqdarlarını və hansı kateqoriyalar altında təsnif edildiklərini görmək mümkündür.

“The Guardian”ın əldə etdiyi və yayımladığı sənədlərə görə, "Sərhədsiz müxbir" sistemi NSA-nın 2013-cü ilin mart  ayını əhatə edən 30 günlük müddət ərzində Amerika kompüter şəbəkələrinin təqibindən təxminən üç milyard ədəd kəşfiyyat məlumatı yığdığını əks etdirir. Dünyada izlənilən bütün kompüter şəbəkələrindən eyni müddət ərzində toplanan kəşfiyyat məlumatının sayı isə 97 milyarddır.

Ölkəni soruş, xəritə sənə söyləsin

Sənədlərdən birində, sözügedən sistemin NSA səlahiyyətlilərinin "X ölkəsində əhatə dairəmiz necədir?" növündən suallarına "az qala son dəqiqə və SIGINT, yəni kəşfiyyat infrastrukturuna istinad olunan" cavablar vermək məqsədiylə hazırlandığı yazılır.

Sözügedən proqramla əlaqədar bir başqa NSA sənədində, "bu vasitə, istifadəçilərin xəritə üzərində bir ölkəni seçməsinə və o ölkədən toplanan kəşfiyyatın əmtəə-məlumat həcmini və müəyyən detallarını görməsinə imkan verər" deyilir.

Eyni sənəddə, "İstifadə nümunələri" başlığı altında, bu vasitəylə "müəyyən bir ölkədə nə qədər və hansı növdə məlumatın toplandığını görməyin mümkünlüyü" barədə bildirilir.



NSA-nın “Qlobal İstilik Xəritəsi”

"Sərhədsiz müxbir" məlumatlarıyla əlaqədar “The Guardian”ın yayımladığı araşdırmada NSA-ya aid "Qlobal İstilik Xəritəsi" yer alıb. Bu xəritə 2013-cü ilin martında NSA-nın bütün dünyadakı kompüter şəbəkələrinin izlənməsindən 97 milyard kəşfiyyat əldə edildiyini göstərir.
Göstərilən dövr ərzində ən çox kəşfiyyat məlumatı toplanan ölkə İran olub – 14 milyard ədəd.

İranı 12.7 milyard kəşfiyyat məlumatıyla Pakistan, onu isə ABŞ-ın ən yaxın Ərəb müttəfiqlərindən olan İordaniya izləyir. Hər üç ölkə də xəritədə qırmızı rənglə, "kəşfiyyat fəaliyyətinin ən isti olduğu ölkələr" olaraq işarələnilib.

Dördüncü sırada narıncı rəngli Misir (7.6 milyard kəşfiyyat sənədi), beşinci yerdə yenə narıncı rəngiylə Hindistan (6.3 milyard kəşfiyyat sənədi) var.

"Qlobal İstilik Xəritəsi" ən az kəşfiyyat əldə edilən ölkələri tünd yaşıl göstərib.

“The Guardian” NSA-nın dünya səviyyəsində izlədiyi kompüter şəbəkələrinin yerini müəyyənləşdirməyin də çətin olmadığını, çünki əldə etdiyi sənədlərlə NSA-nın nəzarətə götürdüyü kompüterlərin İP ünvanlarını götürdüyünü yazır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
205

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
506

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
370

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
335

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
241

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
317

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 12:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru