Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2011
15:52
RUSİYA RƏHBƏRLİYİNDƏKİ 10 KQB ZABİTİ
Onların hamısı bu və ya digər şəkildə Putinlə çox yaxın dost olublar

FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın "Oqonyok" jurnalı keçmiş Sovet kəşfiyyatı KQB-nin ləğvinin 20-ci ildönümü münasibətiylə "Keçmiş kəşfiyyat mənşəli 10 yüksək rütbəli məmur" siyahısını nəşr edib. Siyahının başında Rusiyanın baş naziri Vladimir Putin dayanıb. Baş nazir köməkçiləri İqor Seçin və Sergey İvanov da siyahıya daxil edilib. Siyahıda olan şəxslərin çoxunun Sovet dövründə Putinlə birlikdə kəşfiyyat fəaliyyətlərində işlədiyi bildirilir.

"Oqonyok" jurnalı əvvəl Putindən bəhs edərək, "Putin məktəbdəykən KQB-ni xəyal edirmiş. 18 yaşında oranın qapısını öz istəyi ilə döyüb. Amma götürməydiblər. Xəyalına universiteti bitirdiyi 1975-ci ildə qovuşur. Putin, KQB-də xarici kəşfiyyat podpolkovniki olaraq xidmət edir. Bu rütbəsini Şərqi Almaniyada xarici kəşfiyyat idarəsindəki xidməti zamanı alır. 2000-ci ildə prezidentlik məqamına oturduqdan sonra isə keçmiş silahdaşları Putinin əsas kard ehtiyatını əmələ gətirir.

İqor Seçin
Baş nazirin ən əsas köməkçisi. 1984-cü ildə Leninqrad Dövlət Universitetini bitirib. "Oqonyok"a görə, KQB xəttiylə Afrikada hərbi tərcüməçi olaraq işləyib. Daha sonra Putinlə tanış olub.

Sergey İvanov
Baş nazir köməkçisi. 2008-ci ildə Putinin xələflərindən biri hesab edilirdi. 1976-cı ildə KQB-də xidmətə başlayıb və general olaraq ayrılıb. Putinlə eyni kəşfiyyat dairəsində işləyib və müvəffəqiyyətlərə imza atıb. Xaricdə işlədikdən sonra isə, rəsmi olaraq daxili kəşfiyyatın (FSB) başçı köməkçisi olub.

Raşid Nurqaliyev
Daxili işlər naziri. 1981-ci ildə KQB-də işə başlayıb. Rusiyaya aid Karelya Respublikası kəşfiyyat dairəsində işləyib, FSB-nin keçmiş rəhbəri Nikolay Patruşevlə və daha sonra Putinlə işləyib.

Sergey Çemezov
Dövlət idarəsi "Rostexnologiya" direktoru. KQB generalı. 1970-ci illərdə kəşfiyyatda işə başlayıb. Daha sonra Almaniyaya göndərilib və Putinlə tanış olaraq dostlaşıb. Hər ikisi də KQB-nin xarici kəşfiyyat şöbəsində işləyib. "Oqonyok"a görə, Putin dostuna himayəçilik edərək, 2004-cü ildə "Rosoboroneksport", daha sonra isə 400-dən çox təşkilatı özündə cəmləşdirən "Rostexnologiya"nın rəhbərliyinə gətirib.

Mixail Fradkov
Xarici Kəşfiyyat İdarəsi SVR-in rəhbəri. Təqaüdçü polkovnik. 1973-cü ildə SSRİ-nin Hindistan səfirliyinə mühəndis kimi vəzifəyə göndərilib. Ötən illərdə də kəşfiyyatla əlaqədar fəaliyyəti olduğu bilinir.

Andrey Belyaninov
Federal Gömrük Xidməti rəhbəri. 1978-ci ildə KQB-də işə başlayıb. Şərq Almaniyadakı vəzifəsi əsnasında Putinlə tanış olub.

Konstantin Romodanovski
Federal Miqrasiya Xidməti (FMS) rəhbəri. General Romodanovski KQB-də agentlərə qarşı mübarizə idarəsində işləyib. 2000-ci ilə qədər kəşfiyyatda xidmət edib.

Vladimir Yandırınin
Dəmir Yolları İdarəsi (RJD) rəhbəri. KQB İnstitutunu bitirib. 1990-cı illərdə Putinlə tanış olub.

Nikolay Tokarev
Dövlət neft şirkəti "Rosneft"in rəhbəri. 1980-ci illərdə Putinlə Şərqi Almaniyada xarici kəşfiyyatda birlikdə işləyib. Təqaüdçü FSB generalıdır.

Babək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
195

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
501

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
360

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
325

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
236

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
317

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 12:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru