Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2013
13:03
Respublikaçı Konqressmendən ŞOK açıqlama: Boston hadisəsini ABŞ hökuməti planlaşdırıb

FaktXeber.com-un “Huffingtonpost” agentliyinə istinadən verdiyi məlumata görə, amerikalı konqressmen xanım Stella Tremblay son günlər dünya gündəminin əsas müzakirə mövzusu olan Boston hadisəsi ilə bağlı ifşaedici açıqlama verib. O, özünün facebook səhifəsində və daha sonra mövzu ilə əlaqədar media qarşısında çıxışı zamanı bildirib ki, onun əlində Boston hadisəsinin məhz ABŞ hökuməti tərəfindən hazırlanmış plan olması barədə kifayət qədər qaneedici faktlar mövcuddur.

Xanım Stella belə bir sual verib: “Nəyə görə, hadisə baş verdikdən sonra Səudiyyə Ərəbistanı səfiri Con Kerri ilə görüş keçirir və bundan sonra federal polis ərəbistanlı tələbənin evində apardığı axtarışı və onun istintaqını yarımçıq qoyaraq, dayandırır?!”

Xatırladaq ki, ötən gün İsrailin “Debka” saytı da “ABŞ ikitərəfli agent olan Tsranayev qardaşlarından bu dəhşətli tələdə istifadə edib” başlıqlı yazıda Boston hadisəsinin görünməyən tərəflərinə iğıq tutub. İsrailin kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan bu sayt Tsarnayev qardaşlarının CİA və Ərəbistan xüsusi xidmətlərinə çalışan ikitərəfli agent olduqlarını bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
175

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
167

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 17:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru