Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2013
16:38
İsrail Hərbi Radiosu: Suriyanın `təhlükəsi` 20 il təxirə düşdü
Rəsmi Dəməşqə qarşı geniş həcmli basqıların pərdəarxası bu dəfə düşmənin dilindən

FaktXeber.com-un verdiyi məlumata görə, İsrailin hərbi radiosu olan “Galei Tzahal” (İDF Radio) rejimin təhlükəsizlik orqanlarına istinadən verdiyi məlumatda bildirib ki, Suriyanın İsrailə qarşı olan mümkün təhlükəsi bu ölkəyə qarşı aparılan döyüşlərdən sonra 20 il təxirə düşüb. Radioda belə deyilib: “rəsmi Dəməşqin 20 il bundan sonra İsrailə təhlükəsi olmayacaq. Çünki Suriyanın 3 kiçik ölkələrə parçalanması şübhəsizdir. İsrail təhlükəsizlik orqanları regionun bəzi ölkələri ilə, o cümlədən Türkiyənin yüksəkçinli rəsmiləri ilə birgə çalışırlar ki, Suriyada yaranan böhranlı vəziyyət Qolan (İsrailin işğal etdiyi Suriya ərazisi) təpələrinə sirayət etməsin. Hazırda biz bütün səylərimizi Livan “Hizbullah”ına tərəf yönəltməyə başlamışıq”. 

Qeyd edək ki, radio daha sonra açıqlamasında belə xatırladıb: “Suriya müxalifəti dəfələrlə bizə mesaj göndərərək, İsraillə sıx əməkdaşlıq edəcəklərinə təzminat veriblər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
90

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
95

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
110
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru