
DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XI HİSSƏ)
Constaun qətliamı
1978-ci ildə Qayananın Constaun şəhərində baş verən kütləvi qırğının, MKİ-nin barbarca və nəhəng ölçülərdəki "davranış idarəsi" təcrübələrinin pik nöqtəsi olduğuna dair çoxlu sayda dəlillər var. Və bu qırğın, o zamanlar bildirildiyi kimi kütləvi intihar deyil, bir soyqırım idi. Qayana Ədliyyə Tibb İdarəsinin hesabatında, 913 qurbanın siyanidli içkidən içmədiyi, cəsədlərdə siyanid aşkarlanmadığı bildirilir. Qurbanların 80-90 faizinə öldürücü dərmanlar ineksiya edilmiş, bəziləri isə güllələnmişdi. Ədliyyənin hesabatında bildirilir ki, ölənlərdən yalnız 2-i intihar edibmiş.
Təriqətin lideri Jim Jonesin uzun müddətdir MKİ ilə əlaqəsi varmış. Bu əlaqə, MKİ-nin məşhur işgəncə mütəxəssisi Dan Mitrione ilə uşaqlıq dostu olduğu dövrə qədər uzanar. Mitrione işgəncəni bir sənət işi kimi görürdü. Braziliya və Uruqvayda təhlükəsizlik qüvvələrini öyrədərkən, işgəncə qurbanları kimi dilənçiləri qaçırırdı. Həmin dövrdə Jones Braziliyada yerləşən MKİ bazasının yerləşdiyi Belo Horizonteyə tez-tez gedib-gəlirmiş.
Jones, Kaliforniyanın Ukiah qəsəbəsində “Xalqın Məbədi”ni yaratmaq üçün Braziliyadan qayıdırmış. İlk dövrdən təriqət mənsublarına şokedici əziyyətlər edirmiş. Müridlərini liberal siyasətçilərin iştirak etdiyi təşkilatlara sızmaq üçün istifadə etdi. Seçkilərdə səs dəstəyi verərək, siyasətçiləri minnətdar edərək özünə bağladı. San Fransisko Bələdiyyə rəhbəri Corc Moscone və müfəttiş Harvey Milk, Constaundan bir həftə sonra öldürüldülər. İkisinin də Jonesə siyasi minnət borcu vardı. Eynilə iki cinayətin qatilini başdansovdu dindirən və bir sözə görə, azad edən bölgə prokuroru kimi...
Cinayətlərin “Xalqın Məbədi” ilə əlaqəli olduğu barədə söz-söhbətlər yayıldıqda isə, Jones müridləriylə birlikdə Qayanaya qaçdı. Qayana Baş naziri kreslosunu 1964-cü ildə MKİ-nin həyata keçirdiyi dövlət çevrilişinə borclu idi. Jones Amerika səfirliyindəki MKİ agentləriylə əlaqə yaratdı. Bu agentlərdən ən azı biri qırğın əsnasında Constaunda idi.
Qırğından sağ xilas olanlar Constaunun zənci müridlərin kölə kimi işlədildiyi bir düşərgəyə bənzədiyini söylədilər. Zənci müridlərin döyüldüyü, işgəncələrə məruz qaldığı, təcavüz olunduğu və böyük dozalarda şüuru yox edən dərman və narkotiklər verildiyi bildirilirdi. Constaunda MK-ULTRA proqramında istifadə edilən narkotik maddələrdən o qədər çox idi ki, 200 min əhalisi olan bir şəhəri tamamilə narkotikdən asılı vəziyyətə salmaq üçün kifayət edərdi.
Hadisə, Konqresdə MKİ-nin gizli əməliyyatlarını sərt şəkildə tənqid edən Respublikaçı Leo Ryanın hadisəni araşdırmaq üçün Constauna getməsi və Jonesin müridləri tərəfindən öldürülməsiylə sona çatdı. Sonra Jonesin zəngin ağ köməkçilərinin asanlıqla xilas olduqları kütləvi cinayətlər başladı. Qırğın törədilən ərazilərdə milyonlarla dollar nağd pul tapıldı. Ancaq Jonesin 2 milyard dollar dəyərində hesablanan sərvəti, gizli bank hesablarında yox oldu. Jonesə gəlincə isə, onun cəsədinə aid olduğu deyilən fotolarda, bədənindəki məşhur döymələr görünmürdü.
Qvatemalada dövlət çevrilişi
MKİ-nin hüquq müdafiəçiləri tərəfindən yaradıldığı və idarə edildiyini yaddaşınızda saxlamaq istəyirsinizsə, Qvatemalada demokratiyanın devrilməsi əməliyyatına nəzər salmaqdan başqa fakta ehtiyacınız olmaz. Dulles qardaşları Wall Street hüquq bürolarından “Sulvian&Crormvell”in səhmdarlarından idi. Vaxtaşırı isə ABŞ hökuməti üçün işləyirdilər. John Foster Dulles xarici işlər naziri, Allen Dulles isə MKİ-nin rəhbəri olduğu müddətdə, qardaşlar Eyzenhauerin xarici siyasətinin idarəçiləriydilər.
Jacobo Arbenz 1951-ci ildə sərbəst və ədalətli bir seçkidə böyük əksəriyyətlə Qvatemala prezidenti seçildi. O, Qvatemalanı "feodalizmin hakim olduğu geriqalmışlıqdan müasir kapitalist bir ölkəyə çevirəcəyinə" ümid edirdi. Ancaq MKİ bütün gücünü feodalizm üçün ortaya qoydu.
Arbenz, Rockfellerin sahib olduğu “United Fruit Company”nin nəzarətində olan bir qisim istifadə edilməyən ərazini dövlət nəzarətinə keçirdikdən sonra, şirkət ABŞ-da Arbenzin "beynəlxalq kommunist ideyasının maşası" olduğu barədə “xalqla əlaqələr” kampaniyasına başladı. “Qırmızı şeytan”la mübarizə və təbii ki, qiymətli müştərisinə kömək məqsədiylə həmişə fürsət gözləyən John Foster Dulles, Eyzenahueri Arbenzin devrilməsinin vacib olduğuna razı saldı.
Allenin MKİ-si 20 milyon dollar dəyərində “iş müraciəti”ndən çox məmnun ola bilərdi. MKİ təbliğat hücumuna başladı və hərdənbir dəmiryolları ilə neft bazalarına təxribatlar təşkil edəcək 300 pullu əsgər kirayələdi.
Son olaraq 1954-cü ilin iyununda heç bir tanınma işarəsi olmayan MKİ təyyarələri Qvatemalanın paytaxtına istiqamətləndilər və havadan Arbenzin istefasını tələb edən vərəqələr atdılar. Eyni anda MKİ nəzarətindəki radio stansiyaları üsyançılar ordusunun (hamısı MKİ-nin kirayəyə götürdüyü 300 əsgər idi) ölkəni işğal etmək üzrə olduğu xəbərini yayımladı. Nə baş verə biləcəyini düşünməkdə çətinlik çəkən Arbenz Qvatemaladan qaçdı və hakimiyyəti son dərəcə diqqətlə seçilmiş MKİ agenti general Kastillo Gerbsə təhvil verdi.
MKİ isə Qvatemala əməliyyatıyla hər zaman öyünüb. Halbuki, əməliyyat sonrakı 40 il boyunca 100.000 qvatemalalını öldürən qana susamış rejimlərin başlanğıcını qoydu.
Növbəti yazımızda Dominikan və İndoneziyadakı dövlət çevrilişlərindən və qətliamlardan söhbət açacağıq.
Davamı var
Cavad Turan

İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
19
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq