Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2013
12:37
Stalinin oğlunun xain olduğu iddia edilir
Almaniya qəzeti onun özünün əsir düşdüyünü yazır

Alman mediasının ortaya çıxardığı sənədlərdə Sovet lideri Stalinin oğulu Yakob İosoviç Cuqaşvilinin İkinci Dünya müharibəsində alman iqtidarına özbaşına təslim olduğu iddia edilir. Sənədlərə görə, illərdir Sovet İttifaqı tərəfindən müdafiə olunan "Stalinin oğlu 1941-ci ildə almanlar tərəfindən silah gücüylə ələ keçirilib" fikri doğru deyil.

FaktXəbər-in məlumatına görə, alman "Der Spiegel"də dərc edilən məqalədə bildirilir ki, Sovet arxivlərində Yakobla əlaqədar qeydlərdə, faşistlər tərəfindən ələ keçirilən Stalinin oğlunun 1943-cü ildə alman həbsxanasında intihar etdiyi, həmçinin anti-semit olan Yakob Cuqaşvilinin yaşadığı dövrdə "Qırmızı Ordu"nu davamlı şəkildə tənqid etdiyi bildirilir. Ancaq alman müxbirlərin Rusiya arxivlərindən ortaya çıxardığı sənədlərdə vəziyyət bir az da fərqlidir. Çünki Minsk şəhərində olan Sovet komissarı Aleksey Rumyantsevin mərkəzə göndərdiyi bir məktubda hadisə bir az fərqli şəkildə izah edilir.

Sənədləri yandırdı və qaçdı

Rumyantsevin göndərdiyi məktubda, "Stalinin oğulu və ona yardım edən bir nəfər almanların bombardmanından sonra fərarilik etdi", - deyə yazılır. Rumyantsev məktubda həmçinin qeyd edir ki, Yakob fərarilik etməmişdən əvvəl bütün əhəmiyyətli sənədləri yandırıb və sonra da gölə qədər köməkçisi ilə birlikdə qaçıb. "Der Spiegel"ə görə bütün bunlar Yakobun faşistlərə təslim olduğunu göstərir.

Stalin oğlunun özü təslim olduğuna əmin idi

Stalinin qızı Svetlana Alliluyeva isə xatirələrində, "Stalin Yakobun özü təslim olduğuna əmin idi. Çünki bu addımı atmasına onu arvadı məcbur edib", - şəklində yazır.

Stalin oğulunun faşist əsirləri ilə dəyişdirilməsini rədd edib

Həmçinin Alliluyeva yazır ki, Stalin oğlunun həbsxanaya salınması və ona işgəncə edilməsi üçün əmr verdiyini də bildirir. Alliluyeva, "müharibə bitdikdən sonra Almaniya hökuməti Cuqaşvilinin faşist əsirlərlə dəyişdirilməsini təklif edib. Ancaq Stalin qəti şəkildə bunu rədd edib", - deyir

1922-1953-cü illər arasında 31 il ərzində Sovet İttifaqını idarə edən Stalinin biri qız olmaqla üç uşağı olub. Əsl adı İosif Vissariyonoviç Cuqaşvili olan Stalin milyonlarla insanın ölümündə ittiham edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
548

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru