Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2013
14:12
Uşaqlarımızın beynini yuyub onlardan manyak hazırlayırlar (VİDEO)

Uzun müddətdir ölkədə hər kəs xəyanətdən, ailədaxili münaqişələrdən, intiharlardan, təcavüzkarlıqdan danışır. Haqlı olaraq hamı düşünür ki, niyə təxminən on il əvvəl bu cür hadisələrlə rastlaşmırdıq və ya tez-tez müşahidə etmirdik? Bu cür düşüncələri haqlı saymamaq da olmur. Çünki gündəlik xəbər başlıqlarını izləmək kifayətdir ki, mənzərəni göz qarşısında canlandırasan. Ən azından bir intihar xəbəri var. Belə olan halda sual yaranır: niyə insanlar intihara meyl edirlər?

İnsanların davranışları, kişilərin ədəbsizləşməsi, qadınların açıq-saçıq geyimlərə meyllənməsi və bu açıq-saçıqlığa kişilərin diqqət yönəltməsi nəyin nəsidir?
Bəs yetkinlik yaşına çatmayanların danışıqları, onların böyüklərə qarşı münasibətləri necə, heç düşündürübmü sizləri? Fikirləşmisinizmi ki, gənclər niyə aqressivdir, gərgindir?

Bu cür ruhi sarsıntılı problemlərin səbəbini bir qədər araşdırmaq istədik və maraqlı, eyni zamanda insanı dəhşətə salan nəticələr alındı.

FaktXəbər-in hazırlayıb aşağıda təqdim etdiyi video sadəcə kiçik bir araşdırmanın ortaya çıxardıqlarıdır. Daha doğrusu diqqətlə baxıb aşkar etdiklərimizdir. Amma yəqin ki, hamısı deyil və hamısını tapmaq da mümkünsüzdür. Ona görə mümkünsüzdür ki, bu cür əyriliklərin, şüuraltı mesajların tapılması, onların qarşısının alınması mütəxəssislərin işidir. Aidiyyəti orqanlar, televiziyalar göstərilən reklam roliklərinə diqqət yetirməli, hər bir kadrını incələməlidirlər. Araşdırmamız nəticəsində bəlli oldu ki, bu cür mesajlarla bizlərin beyninə müəyyən informasiyalar ötürülür və bu informasiyalar zamanı gəldikdə bizim atacağımız addımı təlqin edir. Qısacası hadisələr bu ardıcıllıqla inkişaf edir. Məsələn, televiziyada bir filmə baxırıq. İlk anda heç bir qeyri-adilik yoxdur. Amma bizim görmədiyimiz informasiyaları alırıq. İnformasiya bu səviyyədə olur: gərginsən, kiməsə hirslənibsən, nə etməlisən; ya spirtli içki içməlisən, ya narkotikə baş vurmalısan, ya da səndə bu gərginliyi yaradan adamdan qisas almalısan, başqa bir çıxış yolu isə intihardır. (Bu barədə bir başqa yazımızda geniş şəkildə danışacağıq – A.M)

Bu cür informasiyalar bizə həm reklamlarda, həm filmlərdə, hətta cizgi filmlərində də ötürülür. Odur ki, hörmətli valideynlər, diqqətli olun. Uşaqlarınızın televiziyada nəyə baxdığına, hansı cizgi filmlərini izlədiklərinə diqqət yetirin. Ən azından hazırladığımız rolikdə əks olunan cizgi filmlərindən uşaqlarınızı uzaq saxlayın. Çünki onların ağ vərəq kimi olan beyinlərinə yeridilən erotik mesajlar bizim fəlakətimizdir. Təsadüfi deyil ki, bu gün cəmiyyətimizdə baş verən təcavüzlər, zorakılıqlar məhz bu cür filmlərin izlənməsindən sonra daha da artıb. Təsəvvür edin ki, əvvəllər uşaqlara valideyn söz deyəndə susurdular, valideynin haqlı olduğunu söyləyirdilər, amma indi bir qədər üstünə gedən kimi intihara baş vururlar.

Son illər artan intiharların yaşının azalmasına diqqət yetirsəniz, cavanların nəyə görə cinsi istəklərə meyl etdiyinə nəzər yetirsəniz, haqlı olduğumuzu görərsiniz.
Beləliklə, buyurun, izləyin və diqqət yetirin. Öncədən qeyd edim ki, video-rolikdə gündəlik həyatda rastlaşdığımız, şüuraltı yeridilən informasiyaların tərkib hissəsindən istifadə olunub və 18+ kadrlar var. Buna görə də, azyaşlıların izləməsi qadağandır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
155

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
147

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
430

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
280

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
366
Şərhlər
Sema tərəfindən 16-02-2013 13:28:56 tarixində yazıldı
Dehset
Bu kadrlar dehsetlidir. cox tesekkur edirik bu videonu her kes izlemelidi.
Girdman tərəfindən 16-02-2013 14:35:49 tarixində yazıldı
Salam
Salam. Çox sağ olun bu videoya görə. Doğrudan da ağır zəhmətin məhsuludur. Demək heç də hər zaman baxdığımız filmlərə televizorun qabağından baxmaq lazım deyilmiş.
Gülarə tərəfindən 16-02-2013 14:36:18 tarixində yazıldı
Video
Sadəcə deyə bilərəm ki, biz hələ nələrdən xəbərsizik
Abdullayev Mutəllim tərəfindən 16-02-2013 16:18:09 tarixində yazıldı
mektub
Allahin ipinden möhkəm yapişsaq bəlalardan da uzaq olariq
Azər tərəfindən 16-02-2013 21:44:36 tarixində yazıldı
salam
Həqiqətən də bu kadrlara baxdıqca dəhşətə gəlirəm. Gör nələrə əl atırlar ki, insanların düşüncələrin məhv eləsinlər. hələ bizim bilmədiyimiz nə qədər belə şüuraltı kadrlar var... Faktxəbərə də xüsusi minnətdarlığımı bildirirəm ki, belə mühüm xəbəri bizimlə paylaşdı...
nik tərəfindən 17-02-2013 09:08:07 tarixində yazıldı
teshekur
Halal olsun bunu sazirlayana cemiyeti ayildmad ucun bele aciq beyinlere ehtiyacimiz var Allah ezyetinizi qebul etsin
Ramiz tərəfindən 18-02-2013 21:20:11 tarixində yazıldı
Video
Görəsən biz niyə ölmürük? Gözümüzün qabağında olanlara diqqət etmədiyimiz üçün
Tural tərəfindən 08-01-2014 13:38:10 tarixində yazıldı
Agilli adamlar bilir neynemek lazimdir
Neçe ildir demekden yorulmuşam. Amerikan turk ve musair televerilislere seriallar kinolara multiklere reklamalara baxmayin usaqlariniza Sovet multikleri verin baxsinlar internetde minlerledir kocurun diske lskaya yazin verin dvd-de baxsin.
nuruyeva safaq tərəfindən 09-01-2014 18:41:53 tarixində yazıldı
dehset
axi kim neye gore bu cur iyrenclikden istifade etsin bunlar bizi hara aparmaq isteyirler kim edir axi bu alcaqligi?ne meqsed gudurler axi?bilmirler ki oz milletimizi ucuruma surukleyirik
o,gelecek tərəfindən 01-08-2014 12:37:18 tarixində yazıldı
heqiqet
tek istediyimiz ALLAHIN IZNIYLE BIZ MUSELMANLARIN DUALARI ILE IMAM MEHDI SAHIBEZZAMAN AGAMIZIN GELISI GOZ YASLARIMLA SENE YALVARIRAM.GEL MASUM BALALAR CENNETIINDE ELI ESGERLE,RUQEYYAYLA BIRLIKDE SAF TEMIZ AXIRETINDE EBEDI SEADETE QOVYSSUN INSEALLAH INSEALLAH INSEALLAH
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 16:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru