Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2013
12:47
Benqazi hadisəsi hazırkı MKİ rəhbərinin tapşırığı əsasında həyata keçirilib
ABŞ hərbçiləri Benqazidə bu ölkə konsulluğuna hücumun pərdəarxasını ifşa edib

FaktXeber.com-un “Qolos Rosiya”ya istinadən verdiyi məlumata görə, iki ABŞ hərbçisi şok iddia ilə çıxış ediblər. Sən demə, ötən ilin 11 sentyabrında Liviyanın Benqazi şəhərində Amerika konsulluğuna hücuma tapşırığını Obamanın anti-terror məsələləri üzrə müşaviri, hazırda isə MKİ-nin rəhbərliyinə gətirilən Con Brennan veribmiş.

Bununla bağlı faktları ABŞ-ın 2 hərbçisi özlərinin yazdıqları yeni kitabda dərc ediblər. Amerika Dəniz Qüvvələrinin hərbçisi Cak Morfi və ABŞ ordusunun xüsusi əməliyyat dəstəsindən olan Brandon Veb qələmə aldıqları “Qəti raport” kitabında Benqzi hadisəsində məhz MKİ-nin hazırkı rəhbərini təqsirli biliblər. Onların sözlərinə görə, hadisə baş verən zaman MKİ-nin o vaxtkı rəhbəri Devid Petraus və ABŞ-ın digər təhlükəsilik orqanlarının başçıları məlumatsız olublar. Bu hadisə MKİ-nin digər rəsmiləri tərəfindən Petrausa qarşı hazırlanan plan olub. Çünki onlarla Petraus arasında fikir ayrılığı yaranmışdı.
Kitabda həmçinin qeyd olunur ki, Devid Petrausun məlum məşuqə qalmaqalı da məhz MKİ rəsmilərinin FTB-yə göndərdiyi məxfi məlumatlardan sonra ortaya çıxıb.

Xatırladaq ki, 2012-ci ilin 11 sentyabrında ABŞ-ın Liviyadakı konsulluğuna hücum zamanı diplomatik missiyanın 4 əməkdaşı, o cümlədən səfir Kristofer Stivens həlak olmuşdu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
533

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
390

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
485

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 03:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru