
Katoliklərin ruhani lideri Papa XVI Benedikt yaşını səbəb göstərərək 28 fevralda vəzifəsindən istefa verəcəyini açıqlayıb. Papanın istefasıyla əlaqədar olaraq bir çox səbəblər söyləndiyi bir vaxtda, yeni Papanın mart ayı ərzində seçilməsi gözlənilir. Ən güclü namizəd isə dünən xəbər verdiyimiz kimi qanalı Kardinal Piter Turksondur.
FaktXəbər-in məlumatına görə, əsl adı Jozef Aloisius Ratzinger olan Papa XVI Benedikt Vatikanda qatıldığı mərasimdə Latınca etdiyi çıxışda, yaşını səbəb gətirərək artıq bu vəzifəni layiqincə yerinə yetirə bilməyəcəyi ilə bağlı qərarını açıqlayıb. 86 yaşlı Papa tam azad şəkildə vəzifəsini tərk etdiyini qəti şəkildə söyləyib. 2005-ci ildə İkinci İohan Pavelin yerinə keçən Ratzinger, 1415-ci ildə vəzifəsindən istefa verən XII Qriqoridən sonra istefa verən ilk papa oldu.
Neçə ay imiş istefa barədə düşünürmüş
Vatikan nümayəndəliyi rəhbərləri istefa qərarının şok təsiri yaratdığını açıqladığı bir vaxtda, Papanın böyük qardaşı Georg Ratzinger isə böyük qardaşının uzun müddətdir vəzifədən ayrılmağı düşündüyünü açıqlayıb. Georg Ratzinger Papanın həkiminin ona səhhətindəki problemlərə görə uzaq səfərlərə çıxmamasını tövsiyə edib. Ratzinger, Papanın getdikcə yeriməyə çətinlik çəkdiyinə işarə edərək, "bu yaşda qardaşım daha çox istirahət etmək istəyir", - deyib.
Son mesaj: "Hamımız günahkarıq"
Papa əvvəlki açıqlamalarında heç vaxt papa olmaq istəmədiyini söyləyirmiş. Twitter səhifəsindən yazdığı son mesajda isə, "Tanrı mərhəmətinin gücünə güvənməliyik. Hamımız günahkarıq, amma onun mərhəməti hamımızı dəyişdirər və yeniləşdirər", - deyib.
Təcavüz iddiaları Beynəlxalq Haaqa Məhkəməsinə qədər gedə bilər
600 ildən sonra istefa verən ilk papa olan Benediktin istefa səbəbi kimi yaşı və sağlamlığı səbəb göstərilir. Amma Papanın istefası mövzusunda fərqli fikirlər də var. Ən ciddi əsas isə Katolik Kilsəsinin bitmək bilməyən təcavüz iddialarıdır. Xüsusilə İrlandiyada istefalar və Vatikanın səfirliyinin bağlanılmasına qədər olan etirazlar artıq dözülməz hala gəldiyi üçün. Kilsədəki təcavüz iddialarının Beynəlxalq Haaqa Məhkəməsinə gedəcəyi və "insanlığa qarşı cinayət" halına gələrək, bütün Katolik Kilsəsini hədəf altında qoyacağı bildirilir. Papanın bu işi dayandırmaq qarşılığında razılıqla istefa verdiyi deyilir.
Mafiya əlaqələri və armagedon
Vatikanın biznes əlaqələrini, mafiya ilə bazarlıqlarını və sui-istifadələrini isbat edən 1000-dən çox gizli sənədin ən yaxın köməkçisi tərəfindən mediaya sızdırılmasından sonra Papanın bunu həzm edə bilmədiyi və istefa vermək məcburiyyətində qaldığı deyilir. Bir başqa iddia da Malanchy kimi tanınan və 1400-cü illərdən başlayan bir rahibin kəhanətidir. (Dünən bu barədə ətraflı yazmışdıq) İddiaya görə Vatikan arxivlərində də yer alan həmin sənədə görə, "Benedickt" adını istifadə edən papalar keçid dövrü papalarıdır. Bu iddiaya görə, Papanın istefasıyla Kilsə Armagedona, yəni Qiyamət" müddətinə də girmiş olur.
"Hitlerçi gəncliyi" İsraili hirsləndirdi
Papanın istefasıyla əlaqədar iddialar arasında ən diqqət çəkənlərdən biri də Papanın keçmişindəki nasist əlaqəsidir. Gənc yaşlarında Almaniyada "Hitlerçi gənclik" adlı qrupa qoşulan, papa olduqdan sonra isə yəhudiləri Həzrət İsanın öldürülməsiylə günahlandıran bir duanı yenidən dualar siyahısına saldığı üçün İsrailin qəzəbinə düçar olan Papanın, bu səbəbdən istefaya məcbur edildiyi də iddialar arasındadır. Məcburetmə isə təcavüz hadisələriylə bağlı rahibləri qoruması və bununla bağlı yeni məlumatların üzə çıxmasıdır.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq