Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2013
17:42
Türklərin qorxulu yuxusu Turkson
O, Roma Papası olarsa...

Papa XVI Benediktin sürpriz şəkildə 28 fevralda vəzifəsini tərk edəcəyi açıqlamasından sonra hər kəsin diqqəti 86 yaşlı din xadiminin yerinə keçəcək şəxsə çevrilib.

Vatikan bu ana qədər mövzu ilə bağlı hər hansı bir açıqlama verməyib. Amma indidən Papanın yerinə namizədlərin ehtimal olunan siyahısı hazırlanır.

Favorit namizəd kimi qanalı Kardinal Piter Kodvo Appiah Turksondur. Papalığa digər namizədlər isə  karinallar Paddy Pover, Mark Ouellet və Françes Arinzedir.

FaktXəbər-in məlumatına görə, Kardinal Turksonun papalıq kürsüsünə çıxması ehtimalının bu qədər yüksək olması isə, ilk dəfə 1595-ci ildə Benediktin tarixçisi Arnold de Vyon tərəfindən yazılan "Papaların kəhanəti" əlyazmasıdır.

Latınca 112 addan ibarət bu kəhanət siyahısı Papa İkinci Çelestine ilə başlayır və Papa XVI Benediktin xələfi "Romalı Peter"lə başa çatır.

Kəhanətə görə, "Romalı Piter"in papalıq kürsüsünə çıxması "yeddi təpəli şəhər"in dağıdılmasıyla nəticələnəcək. Bir çox analitik kəhanətdəki bu ifadənin Romaya mesaj olduğunu düşünür. Ancaq İstanbulun da "yeddi təpəli şəhər" kimi tanınması və bir vaxtlar Şərqi Roma İmperatorluğunun ürəyi olduğu üçün kəhanətin İstanbula mesaj olduğunu deyənlər də var.

Qeyd edək ki, Papa XVI Benedikt Turksonu 2009-cu ildə Vatikanın ədliyyə işlərinin rəhbərliyinə gətirib. Bu təyinatdan sonra 64 yaşlı zənci din xadiminin adı gələcəkdə ola biləcək Papa namizədləri sırasına daxil edilmişdi.
Barak Obama ABŞ prezidenti olduqda isə Turkson, açıqlama verərək, özünün ilk zənci Papa olmasında bir problem görmədiyini söyləmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
578

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
450

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
530

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 07:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru