Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2013
16:39
54 ölkə MKİ-yə insan oğurlamağa və məxfi həbsxanalarda saxlamağa dəstək olub
OSJI hesabatında deyilir: «Terrorda şübhəli bilinənlər işgəncənin qanuni olduğu ölkələrə göndərilib və orada illərlə saxlanılıb»

FaktXəbər-in verdiyi məlumata görə, azı 54 dövlət  MKİ-yə (CİA)  insan oğurluğunda dəstək olub. Bu barədə Amerikanın Open Society Justive Initiative (OSJI) hüquqmühafizə təşkilatı 213 səhifəlik hesabatında deyib.

«2001-ci ilin 11 sentyabr hadisələrindən sonra  ABŞ xüsusi xidmət orqanları terror hücumunda iştirak etmə ehtimalı olan insanları saxlanılması, sorğu-sual edilməsi və cəzalandırılması barədə geniş proqrama başladı. Şübhəlilər əsasən işgəncənin qanuni olduğu ölkələrə göndərilib və orada illərlə saxlanılıb. Artıq faciədən 10 il ötüb və MKİ əməkdaşlarının fəaliyyət metodlarına tənqidi baxmağın vaxtı çatmışdır», - deyə hesabatın müəllifləri bildirib.

Daha sonra sənəddə deyilir:  «Şübhə yoxdur ki, Buş administrasiyasının yüksəkrütbəli simaları insan haqlarının pozulmasında məsuliyyət  daşıyırlar. Xüsusi xidmət orqanları tərəfindən qeyri-qanuni saxlanılma və bu əməllərinə görə cəzasızlıq ciddi narahatçılıq doğurur».

Hesabatda bildirilir ki, qanun pozuntularında məsuliyyət təkcə ABŞ-ın üzərinə düşmür. Xüsusi əməliyyatlar tam məxlifik şəraitində digər ölkələrin yardımı ilə keçirildiyindən, onlar da məsuliyyət daşıyırlar. Beləliklə, Almaniya, Avstriya, İspaniya, İtaliya, Böyük Britaniya, Çexiya, Daniya, Polşanın adları siyahıya daxil olub.

Hər bir ölkənin iştirak dərəcəsi fərqlidir. Paksitan, Misir, Əfqanıstan, İordaniya və Polşa kimi ölkələrdə qanunvericilik işgəncə verməyə və məxfi həbsxanalarda saxlamağa  imkan verdiyi üçün şərait yaratmada, Kipr, İrlandiya kimi ölkələr Amerika xüsusi xidmət orqanlarının əməliyyatı zamanı hava, yaxud da yerüstü məkanla təchiz etməkdə təqsirlidilər. Polşa, Litva, Rumıniya  isə öz ərazilərində məxfi həbsxanalar yerləşdiriblər. Burada Amerika xüsusi xidmət orqanlarının ittiham elədiyi  şəxslər saxlanır.

Rusiya, Hollandiya, Macarıstan, Fransanın adı isə hesabatda çəkilməyib.

Sənəddə  136 insanın qeyri-qanuni oğurlanması və saxlanılması barədə tam təfərrüatlı  məlumat var. Qeyd edək ki, hesabatın dərci tam yerinə düşüb. Belə ki, cümə axşamı günü  ABŞ Konqresində  MKİ-nin rəhbərliyinə namizəd  Con Brennan jurnalistlərin sualını cavablandıracaq.

Hüquqmühafizəçilər Amerika hökumətinə müraciət edərək insanların məxfi xidmət orqanlarına verilməsi proqramını ləğv etməyə, CİA qurbanlarının  qaldığı həbsxanaların bağlanılmasına, insan haqlarının pozulması  və vəzifə səlahiyyətlərindən sui-istifadə barədə barədə müstəqil  tədqiqata başlanılmasına çağırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
150

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru