Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2013
15:15
Ən tanınmış sovet qatillərindən biri - Andrey Çikatilo
Çikatilonun beynini öyrənmək istəyən xarici alimlər o zaman buna görə Sovet hökumətinə böyük məbləğdə pullar təklif ediblər

Andrey Çikatilo adını ən tanınmış sovet qatilləri sırasına yazdıra bilib. 1978-ci ildən 1990-cı ilədək 53 sübut edilmiş qətl (cinayətkarın sözlərinə görə 56 qətl, operativ məlumatlara əsasən isə 65 adam öldürmə faktı) həyata keçirib. Onlardan 21-i oğlan uşağı, 14-ü qız uşağı, 17-si isə qadın olub. Çikatilonun həbs olunmasından qabaq onun cinayətinə görə Aleksandr Kravçenko güllələnib. Ləqəbləri: "Satana", "Vəhşi heyvan", "Rostov qaniçəni", "Vətəndaş X", "Qırmızı kabus" və s. olub.
Evli olub. İki uşağı var imiş. Məktəbdə müəllim işləyirmiş. Qəribə seksual mistikaya sahibmiş - ailə həyatında impotent, qətl zamanı isə zorlamadan istifadə edirmiş.

14 fevral 1994-cü ildə Novoçerkask həbsxanasında güllələnib.

İndi isə Andrey Çikatilo barədə bir qədər ətraflı.

16 oktyabr 1936-cı ildə Ukraynanın Sum vilayətinin Yabloçnoe şəhərində anadan olub. Onun ailəsinin sözlərinə görə, oktyabr ayına aid olmayan havada, güclü yağışda doğulub. Məlumat var ki, Çikatilo hidrosefaliya əlamətləri ilə dünyaya gəlib. 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkib, ona görə də anası tərəfdən döyülüb.

Atası cəbhədə olduğu vaxt 1943-cü ilə bacısı dünyaya gəlir. Bəlkə də o öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını gördüyü üçün manyak olub.

1944-cü ildə Çikatilo 1-ci sinifə gedib. 1946-cı ildə aclıq dövrü başlanıb. Ona görə də o, evdən çıxmırdı ki, onu yeyərlər: anası ona deyirdi ki, aclıq vaxtı onun böyük qardaşı Stefanı tutub yeyiblər. Elə versiya irəli sürülür ki, hələ aclıq vaxtı onun böyük qardaşını valideynlər özləri yeyiblər. Amma araşdırmalar zamanı onun böyük qardaşı haqqında heç bir məlumat tapılmayıb.



1954-cü ildə Andrey orta məktəbi bitirib, hüquq fakültəsinə qəbul olunmağa çalışıb, amma kursu keçə bilməyib. O, elə hesab edirmiş ki, onu instituta ona görə götürmədilər ki, atası “satqın” və “xalq düşməni” idi.

1955-ci ildə Çikatilo Axtır texniki əlaqələr məktəbini bitirir. Bundan sonra o, Moskva Elektromexanika İnstitutunun Dəmiryol Nəqliyyatı fakültəsinin qiyabi şöbəsinə daxil olur.

1957-1960-ci illərdə orduda xidmət edir. Hərbi xidmətini Berlində keçirib. Onun sözlərinə görə, orada bütün alçalmalara, seksual təzyiqlərə məruz qalır.

Hərbi xidmətdən sonra o, Rostov na Donu yaxınlığında olan – Rodionovo Nesvetayskaya vilayətinə köçür. Və orda telefon stansiyasında mühəndis işləməyə başlayır.

1962-ci ildə Çikatilonun bacısı Tatyana onu öz rəfiqəsi Faina ilə tanış edir (1964-cü ildə onun arvadı olur). Toydan sonra Çikatilo Rostov Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə sənəd verir və uğur qazanır. Həmin ildə Faina oğlan dünyaya gətirir, amma 8 aydan sonra uşaq ölür. 1965-ci ildə Çikatilonun qızı Lyudmila, 1969-cu ilin 15 avqustunda isə oğlu Yuri dünyaya gəlir, hansı ki, sonradan cinayətkar olur. 1965-ci ilin aprelində Çikatilo rayon bədən tərbiyəsi və idman üzrə komitəsinin sədri seçilir. 1970-ci ildə o, Marksizm-Leninizm kursu üzrə pedaqoji institutunun qiyabi şöbəsini bitirir, Novoşaxtinska 32 nömrəli məktəb-internatda rus dili və ədəbiyyat müəllimi işləməyə başlayır (sonra tərbiyəçi).

Sonralar manyaka çevrilən A.Çikatilo ilk qurbanı olan 9 yaşlı qızı 22 dekabr 1978-ci ildə zorlayaraq öldürüb. Bu hadisədən sonra cani qorxaraq 3 il qətl törətməyib. Nəhayət 1981-ci ildə ikinci qurbanının 17 yaşlı Larisa Tkaçenkonu zorlamağa çalışıb, bu alınmayanda isə onu öldürüb.

Bir ildən sonra Çikatilo 12 yaşlı bir qızı öldürüb. Bundan sonra seriya qətllər törədilib. Belə ki, 1982-ci ilə 9-16 yaşlarında yeddi uşağı qətlə yetirib.

Bir-birinin ardınca ölən adamlar, hətta ən təcrübəli milis işçilərini də dəhşətə gətirirdi. Ölənlərin üzərində sadizm əlamətləri var idi: kəsilmiş, iynələnmiş, hər cür ələ salınmış meyitlər, meyitlərin müxtəlif orqanların kəsilməsi, doğranılması…

Çünki milisin ağlına da gəlmirdi ki, bu qətlləri filologiya fakültəsini bitirmiş, mühazirələr deyən müəllim Andrey Çikatilo törədə bilər.

1990-cı il noyabrın 20-də uzun illərin axtarışından sonra Andrey Çikatilonu tuturlar. Onu tutandan sonra DTK-nın xüsusi təkadamlıq kamerasına salıblar. Ölüm serialları davam edən müddətdə manyaka çevrilən Çikatilonun beynini öyrənmək istəyən xarici alimlər o zaman buna görə Sovet hökumətinə böyük məbləğdə pullar təklif ediblər.

Andrey Çikatilo 1992-ci ildə 53 nəfəri öldürdüyünə görə, mühakimə olunub. Halbuki, o özü 56 və daha artıq insanı qətlə yetirdiyini boynuna alır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
326

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
496

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru