Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2011
18:23
KONDALİZA RAYS TARİXİ SİRRİ KİTABINDA İFŞA ETDİ
ABŞ-ın keçmiş xarici işlər naziri Kondaliza Rays yazdığı kitabda İsrailin gizli Fələstin təklifini açıqlayıb

ABŞ-ın keçmiş xarici işlər naziri Kondaliza Rays   yaxın günlərdə bazara çıxacaq xatirə kitabında İsrailin keçmiş baş naziri Ehud Olmertin 2008-ci ildə Fələstin dövləti üçün gizli bir təklif etdiyini yazıb.

FaktXeber.com-un verdiyi məlumata görə, Rays "No Higher Honor" adlı kitabında, Olmertin planını İsrailə 2008-ci ilin may ayında etdiyi səfərdə öyrəndiyini və heyrətə düşdüyünü yazıb.

Olmertin gizli təklifini "dramatik və düşünməsi çətin bir yol" adlandıran Rays, onun fələstinlilərə Mahmud Abbasın liderliyində İordan çayının Qərb sahillərinin 94 faizini təklif etdiyini, bunun qarşılığında isə İsrailin fələstinlilər üçün ən əhəmiyyətli nöqtələr hesab edilən yerlərdəki məskunlaşma məntəqələrini əlində saxlamasını istədiyi yazır.

Olmertin təklifinə görə, biri İsrail üçün Qərbi Qüdsdə və digəri fələstinlilər üçün Şərqi Qüdsdə olmaqla iki paytaxt yaranacaqdı. Bundan əlavə birgə şəhər şurasyaradılacaqdı, bələdiyyə başçısı israilli və köməkçisi isə fələstinli olacaqdı. 5 minə yaxın fələstinlinin hələ də İsrailin əlində olan torpaqlara dönməsinə icazə veriləcəkdi. Qədim Qüds isə rəsmi səlahiyyətlilər əvəzinə, İordaniya, Səudiyyə Ərəbistanı, ABŞ, İsrail və Fələstinlilərdən ibarət heyət tərəfindən idarə olunacaqdı.

Rayc bu təklifləri eşitdikdən sonra hiss etdiklərini kitabında belə izah edir: "Bu eşitdiklərim həqiqətdirmi deyə düşündüm. İsrailin Baş naziri Qüdsü böləcəyini və müqəddəs yerlərin rəhbərliyi üçün beynəlxalq bir heyətin təyin ediləcəyinimi söyləyirdi?"

Rays Olmertin təklifini sabahısı gün Abbasa çatdırdığını, Abbasın dərhal bu təklifləri müzakirə etməyə başladığını yazır. Abbasın 4 milyon fələstinli mühacirdən yalnız 5 mininin dönməsini qəbul etməyəcəyini söyləməsindən sonra Rays, Abbas və Olmert arasında bir görüş yaratdığını bildirir.

Kitaba görə, sentyabr ayında Olmert Abbasa Fələstin dövlətinin sərhədlərini göstərən bir xəritə təqdim edibmiş. Xəritədə İsrailin Fələstin dövlətinə təxminən 6 faiz həcmində torpaq əlavə etdiyi görünürmüş.

Rice kitabında belə davam edir: "Qüdsün bölünməsi də daxil olmaqla hər şey stolun üstündə idi. Olmert Abbasın müqaviləni elə oradaca imzalamasını istəyirdi. Abbas imzalamadan əvvəl mütəxəssisləri ilə məsləhətləşmək istəyib bu təklifdən imtina etdikdən sonra Olmert detalların mətbuata sızmasından qorxduğu üçün xəritəni Abbasa verməkdən imtina etdi. Olmert daha sonra mənə Abbasla birlikdə məsləhətçiləri ilə görüşmək mövzusunda razılaşdıqlarını söylədi. Ancaq o toplantı heç bir zaman keçirilmədi."

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
307

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Şərhlər
nadir tərəfindən 05-11-2011 tarixində yazıldı
bele gotursek rehmetlik babam demis hamsi bir bezin qiraqidir* Qarabaq ve felestin torpaqlari qeyretli lidersiz ve mucahid muselmansiz alinmayacaq.
anar tərəfindən 20-11-2011 tarixində yazıldı
ysdf
salam nadir bu ne demekdi bezi tehqir etme axi qiyamet gunu beze cavab vermeli olarsan onlar bezden de asagidir qarabagi ancaq imam HUSEY N mektebinin usaqlri la biler ves salam
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 17:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru