
İkinci Dünya Müharibəsi illərində Ankarada faşist Almaniyası səfiri Von Papenə qarşı müvəffəqiyyətsiz sui-qəsdlə əlaqədar gizli məlumatlar 70 il sonra ortaya çıxarılıb. Casusluq tarixinin ən sirli hadisələrindən biri sayılan hadisədə, Papen sözügedən sui-qəsd cəhdindən möcüzə ilə xilas olmuşdu. FaktXeber.com-un "Rossiya" televiziya kanalına istinadən verdiyi məlumata görə, bildirilir ki, Papenin öldürülməsində əsas vəzifəni daşıyan killerə - Sovet qadın agentə sui-qəsdin təşkilatçısı aşiq olduğu üçün əməliyyat müvəffəqiyyətsizliklə nəticələnib.
KQB agentləri Türkiyəyə diplomatik pasportla gəliblər
Kanalın hazırladığı sənədli filmdə bildirilir ki, müharibə illərində faşist Almaniyasının əhəmiyyətli siyasi şəxslərindən sayılan Papenin Ankarada fəaliyyət göstərməsi Kremli çox narahat edirmiş. Ankarada Sovet əleyhinə fəaliyyət göstərən Papenin "Hitlersiz Almaniya" düşüncəsiylə ABŞ və İngiltərə diplomatlarıyla "separatçı sülh danışıqları" aparmaq cəhdləri Sovet İttifaqının səbir kasasını daşırıb. Rusiyanın kəşfiyyat yazıçısı Aleksandr Kolpakidinin sənədli filmdə söylədiyinə görə, SSRİ rəhbəri İosif Stalin Papeni Sovet təhlükəli düşməni kimi görürmüş. Filmdə, "Stalinin təlimatıyla Papenin öldürülməsi qərara alındı. Əməliyyat üçün İstanbula gəmiylə iki Sovet casusu göndərildi. Sənəddə SSRİ Ankara Səfirliyinin Mətbuat Attaşesi "Leonid Naumov" və həyat yoldaşı "Lyudmila" adıyla Ankaraya gələn agentlərin əsl adı Naum Eytinqon və Muza Malinovskaya idi", - deyilir.
Filmdə bildirilir ki, əvvəllər də İstanbulda agentlik etmiş Eytinqona əməliyyata təşkilatçı kimi vəzifə verilməsi də təsadüfü deyilmiş. Belə ki, Eytinqton o illərdə "Stalinin cəzalandırıcı qılıncı" kimi tanınırmış. Sovet kəşfiyyatının terrorist agenti kimi ad çıxarıbmış Eytinqonun Lev Trotskiyə qarşı 1940-cı ildə şəxsən Stalinin təlimatıyla sui-qəsd təşkil etdiyi də bildirilir. Fİlmdə, "Eytinqon əməliyyatın müvəffəqiyyətlə başa çatması üçün agentlərini bilərək ölümə göndərirdi. Alman səfirini öldürmək üçün əsas vəzifə qadın agent Muzaya verildi. Lakin hələ də bu vəzifəylə əlaqədar ətraflı məlumatlar xarici kəşfiyyatın arxivlərində gizlədilir", - deyə bildirilir.
Gənc sevgilisini Türkiyə həbsxanada çürüməsini istəmədi
Sənədli filmdə danışan tarixçi Aleksandr Şirokorada görə, Muzaya dəli kimi aşiq olan Eytinqon, qızı əməliyyatda xərcləmək istəməyib. Əvvəllər 3 dəfə evlənən Sovet agentinin sui-qəsd əməliyyatıyla əlaqədar hazırlıq işlərini İstanbul boğazında olan "Svanetiya" adlı bir Sovet gəmisində apardığı da qeyd edilir. Kəşfiyyat yazıçısı Kolpakidiyə görə, gəmidə agent Modvinov və bomba mütəxəssisi Timoşkov da (ləqəbləri Pavlov və Kornilov) olub.
Professional əvəzinə, agent təhsili almamış bir türk tələbə istifadə edilib
24 fevral 1942-ci ildə Papenə qarşı müvəffəqiyyətsiz sui-qəsdin səbəblərini açıqlayan Rusiyanın kəşfiyyat yazıçısı Nikolay Dolqopolova görə, Eytinqon əməliyyatda hazırlıq təhsilindən keçməyən şəxsləri istifadə etməklə ciddi səhvə yol verib. Stalin isə onun üçün çox ciddi əhəmiyyət kəsb edən bu əməliyyata "Eytinqon niyə bu cür münasibət göstərdi", - deyə sual edib.
Əslində Papeni agent Muza öldürəcəkmiş. Muza professional qabiliyyətlərə sahib imiş. Lakin Eytinqon Trotskini öldürən və 20 il həbs cəzası alan ispan əslli Sovet agenti Ramon Mersader kimi sevgilisi Muzanın Türkiyə həbsxanada çürüməsini əsla istəmirmiş. Buna görə də planı dəyişdirib. Muzanın yerinə bir türk tələbə tapıb. Agentə görə, bu həm də Türkiyə kəşfiyyatını səhv istiqamətə yönəldə bilərdi. Lakin Türkiyə kəşfiyyatı Sovet agentlərinin izinə tez düşdü.
Bomba aldadılan tələbənin əlində partladı
Eytinqon sui-qəsddə həm Papen, həm də türk tələbənin ikisinin eyni anda partlayaraq öləcəyini düşünürdü. Hətta tələbəyə maqnitofona bənzəyən bomba verərək, "bu hava fişəngidir", - deyə aldatdığı da deyilir. Amma tələbə vaxtından əvvəl bombanın ipini çəkdiyinə görə, Papen sui-qəsddən çox təsirlənib. Tələbə isə ölüb.
Sənədli filmdə Papen sui-qəsdiylə əlaqədar hələ də bir çox məlumatın gizli qaldığına da diqqət çəkilir.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq