Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2012
16:30
Taliban və Əl-Qaidə necə yaradıldı?
Sovet İttifaqı yerli xalqın mövqeyini nəzərə almadığı üçün məğlub oldu

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XXIV HİSSƏ)

Cənubi Sakit okean Əməliyyatı

Amerika vətəndaşları 1993-cü ildə hökumətlərinin günahsız və xəbərsiz insanlar üzərində nüvə təcrübələri apardığını  öyrəndikdə şoka düşdülər. Halbuki, Sakit okeanının cənubunda ABŞ mandatı altındakı bölgələrdə yaşayanlar üçün bu köhnə hekayə idi.

1945-ci ilin avqustunda Yaponiyaya atom bombası atılandan bəri, ABŞ Sakit okeanı "Amerika gölü" kimi görməyə başladı. Güclərinə söykənən ABŞ və Fransa yerliləri evlərindən sürgün edərək Sakit okeandakı müxtəlif adalarda illərlə nüvə silahı sınağı apardı, raket atdı.

Yerlilərin bir müddət sonra radiasiyaya uğramış yurdlarına geri dönməsi xərçəng xəstəliyi və bədən forması pozulmuş körpə doğumları ilə nəticələndi. Gözlənildiyi kimi isə bu adaların xalqlarında nüvə əleyhdarı hisslər güclənməyə başladı. Amma bu etirazlar Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gücü çatan hər vasitə ilə yatırıldı.

ABŞ İkinci Dünya müharibəsi zamanı Sakit okeandakı kiçik Belau adasını işğal etdi. Xalqının müstəqillik istəklərinə baxmayaraq, adanı tərk etmək istəmədi. Belaulular 1979-cu ildə “utanmazcasına” dünyanın ilk nüvə əleyhdarı konstitusiyasını qəbul etdilər.

ABŞ o gündən bəri həmişə müvəffəqiyyətsizliklə nəticələnən, konstitusiyanı dəyişdirmək üçün on dəfə seçki keçirib. Görünən isə odur ki, Pentaqon Belauda hərbi baza saxlamaq üçün yerli nüvə əleyhdarlarının döyülməsi və qətlə yetirilməsi başa çatmayacaq.

Kanaki (Yeni Kaledoniya kimi də tanınır) ada dövləti, Fransanın suverenliyini "qanuniləşdirən" saxta 1987-ci il seçkilərindən bəri fransız əsgərlərinin işğalı altındadır. Yeni Kaledoniyanın sürgündəki müqavimət hərəkatı isə Sakit okeandakı ən qabaqcıl hökumətlərdən birinin idarə etdiyi Vanuatudan dəstək alır. MKİ isə Vanuatunu zərərsizləşdirmək üçün hələ də pullar xərcləyir.

Ficidə 1987-ci il seçkisində ABŞ tərəfdarı hökumətin yerinə islahatçı bir koalisiya iqtidara gəldi. Üstündən heç bir ay keçməmiş MKİ-nin təşkil etdiyi bir çevriliş planı yeni hökuməti dağıtdı. Aralarında Dünya Antikommunist Birliyi başçı da olan MKİ-nin "dövlət çevrilişi mütəxəssisləri" çevrilişdən əvvəl, çevriliş zamanı və sonra işləri idarə etdilər. Çevrilişlə hakimiyyət başına gələn xunta, kimi istəyirsə onu seçmək haqqına sahib olduğunu xəyal etmək “ədəbsizliyi” göstərəcək ficililərin etirazına qarşı istifadə etmək üçün ABŞ-dan vertolyotlar aldı.

Əfqanıstan Əməliyyatı

MKİ Reyqanın hakimiyyəti illərində müxtəlif ölkələrin hökumətlərinə qarşı 30-a yaxın gizli əməliyyat həyata keçirdi. Əfqanıstan bunlar içində qısa fasilələrlə ən çox əməliyyat keçirilən ölkə idi. Hətta həqiqətdə həm xərclənən pul (5-6 milyard dollar), həm iştirak edən heyət baxımından indiyə qədər keçirilmiş ən böyük MKİ əməliyyatı sayılır. Belə ki, yalnız kiçik saylı əleyhdar hazırlamaqla kifayətlənmədi, dərin düşmənçilik toxumuş səpilməsinə yardımçı oldu. Çünki bu əməliyyatın əsl məqsədi Sovet İttifaqına qan uddurmaq idi, eynilə ABŞ-ın Vyetnamda itirdiyi kimi.

Əfqanıstan 1979-cu ildəki rus işğalından əvvəl zalım bir diktator tərəfindən idarə olunurdu. O da qonşusu İran şahı kimi MKİ-nin ölkəsində Sovet İttifaqını izləmək üçün istifadə olunan radar stansiyaları qurmağına icazə vermişdi. 1979-ci ildə çoxlu sayda Sovet məsləhətçisi əfqan tayfaları tərəfindən öldürüldükdə isə Sovet İttifaqının “Qırmızı Ordu”su Əfqanıstana daxil oldu.

Sovet İttifaqı əfqan xalqının reaksiyasını nəzərə almadan, sözünü dinləyəcək bir hökumət qurdurmağa çalışdı. Əfqanıstanın bütün bölgələrini nəzarət altında saxlayan mollaların çoxu, Sovet İttifaqının qadınlara təhsil vermə və torpaq islahatı kimi addımlarına qarşı çıxdılar. Sovetin heroin ticarətinin qarşısını almağa cəhd göstərməsinə hirslənən bir başqa seqment isə fəaliyyətlərini Pakistana sürüşdürdülər.

MKİ-nin məqsədi isə qısaca olaraq, “Qırmızı Ordu”ya qarşı döyüşəcək hər kəsi silahlandıraraq Sovet İttifaqının etibarını sarsıtmaq idi. Sovet işğalı zamanı Pakistandan hücumlar təşkil edən 20-dən çox partizan dəstəsinə pul və silah verdi. Sovet İttifaqı Əfqanıstanı tərk etdikdən uzun müddət keçib, hətta Sovet İttifaqı özü belə yox olub, amma Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı partizan dəstələri, daha doğrusu Əl-Qaidə və Taliban qruplaşmaları ölkəyə hakim olmaq üçün hələ də qanlar axıdırlar.

MKİ qarşıdurma yaratmaq üçün milyardlarla dollar tökməklə bərabər, bu dəstələrə ən həssas silah texnologiyalarını belə verdi. Bunun əvəzini indi ABŞ vətəndaşları da ödəyir.

MKİ xaos yaratmaq işində çox müvəffəqiyyətlidir, amma indiyə kimi heç vaxt xaosu başa çatdıracaq bir plan hazırlaya bilməyib və ya hazırlamayıb.
10 illik müharibə başa çatdıqdan 1 milyon insan ölmüş, əfqan heroini Amerika bazarının 6 faizini ələ keçirmişdi.

Yuqoslaviya Əməliyyatı

Yuqoslaviyanı ağuşuna alaraq parçalanmağa aparan qarışıqlıq və qanlı hadisələri, eynilə partlamış şüşədəki kinetik gərginliyin qaçılmaz nəticəsi kimi göstərilər. Halbuki, həm ölkənin parçalanmasının, həm də vətəndaş müharibəsinin Almaniyanın BND kəşfiyyat orqanı və Qərb xüsusi xidmətləri tərəfindən təşviq edildiyini göstərən çoxlu sayda ciddi dəlillər var.

Almaniyanın bölgəyə marağı, bosniyalılar və xorvatların faşistlərlə, faşistlərin “untermenschen” (insandan aşağı) dedikləri serblərə qarşı ittifaq yaratmalarının tarixi İkinci Dünya müharibəsi illərinə qədər gedib çıxır. Almaniya 1989-cu ildə birləşdikdən sonra Şərqi Avropaya, xüsusilə də Yuqoslaviyaya qarşı daha açıq siyasət yürütdü. 1990-cı ildə Buş rəhbərliyindən Yuqoslaviyanın parçalanması üçün yardım istədi.

Uzun müddətdən bəri Yuqoslaviyadakı rəhbərliyi devirmək planı hazırlayan ABŞ, bu istəyi məmnunluqla qarşıladı. Yuqoslaviya özü üçün hazırlanan və ictimai narazılıqlara səbəb olan azad bazara söykənən "şok müalicə"ni hələ yeni elan etmişdi. Beləcə, Yuqoslaviya yenidənqurma işlərinin qurbanlarından oldu.
Almanlar Xorvatiyanı Yuqoslaviyadan ayrılmağa təşviq etdilər. Xorvatiyadan sonra isə Bosniya eyni addımı atdı. Yeni dövlətləri dərhal tanıyan Almaniya, daha təmkinli bir mövqe göstərən Avropa Birliyini də məcbur etdi. Yeni Xorvatiya dövləti İkinci Dünya müharibəsindəki faşist kuklası rejiminin bayrağını və milli marşını mənimsədi, bəzi yerlərə o rejimin adamlarını yerləşdirdi.

Azsaylı faşist xorvatlar uzun müddətdir Dünya Antikommunist Birliyində və MKİ-nin bəslədiyi sürgündəki o biri qruplar içində fəaliyyət göstərirdilər. Şərq avropalı faşistlərin çoxu istər ABŞ-da, istərsə də digər ölkələrdəki gizli əməliyyatlarda MKİ üçün işlədilər. Şərqi Avropada kommunizmin çökməsiylə birlikdə bu yaşlı cücələr kürt yatmaq üçün hinlərinə geri qayıtdılar. Neo-faşist hərəkatlar Litva, Macarıstan və Rumıniyada, Qərb Avropadakı (xüsusilə İtaliyadakı) qədər aktiv hala gəldi.

Rəsmi olaraq silah embarqosu tətbiq olunmasına baxmayaraq, Qərb qüvvələri dərhal Xorvatiya və Bosniyanı gizli şəkildə silahlandırmağa başladı. Bunun MKİ və BND-nin məlumatı və yardımı olmadan həyata keçirilməsi qeyri-mümkündür. İngilis, alman və amerikalı muzdlu əsgərlərin xorvatlarla birlikdə döyüşdükləri yolundakı xəbərlər, gizli bir əməliyyatın davam etdirildiyinə dair qəti dəlillərdir. Hətta, MKİ 1994-cü ildə Albaniyada yeni bir baza yaratdı və bölgədəki "potensial hədəfləri" müəyyənləşdirməyə başladı.

Ardı var

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
155

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
147

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
430

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
280

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
366
Şərhlər
dilaver tərəfindən 23-12-2012 14:04:45 tarixində yazıldı
)))))))
Yalan melumatlari yazib doldurma bura. Sielerin gozu goturmediyi Taliban var burda. Bunu yazana seslnirem herden vaxtin olanda Efqanistanda doyusen azerbaycanlilarla bir otur sohbet et. Bir qovme olsan kininiz sizi edaletsiz davranmaga sovq etmesin. Sizin Efqanistan muharibesinde zerre qeder de xeberiniz yoxdur/ Ordaki mucahidlerin ruslarin basina ne oyun acdigini de bilmirsiz/ Sizi kimi zavallilar mucahidlri ya terorist yada narkaman kimi tanitmaqdan basqa hec ne bacarmir. deyerler. org muqayisede samballi sayt hesab edirdim sizi. hec olmasa meqale yazdiranda bilin kime yazdirirsiz. Heqiqeten mezhebiniz iszleri kor edib.
E.Yusibov tərəfindən 23-12-2012 21:55:15 tarixində yazıldı
Taliban - və - Əl-Qaidə - necə - yaradıldı?
Tam mentiqden ve heqiqetden uzaq bir yazi.Menim fikrimce muellifin bu olkelerde xususile de Efqanistanda bash veren hadiseler barede melumati yoxdur.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 16:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru