Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2012
13:05
ABŞ-dakı Masson lojasına türk rəhbərlik edəcək
Bu gün təşkil olunacaq mərasimdən sonra "Potomac Locas"a rəhbərlik edəcək Çətin Durak artıq masson maraqları üçün fəaliyyət göstərəcək

FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqton ştatında fəaliyyət göstərən sirli Masson lojalarından birinə türkiyəli Çetin Durak rəhbərlik edəcək. Bu gün təşkil olunacaq yığıncaqdan sonra "Potomac Locas"a rəhbərlik edəcək Çətin Durak artıq masson maraqları üçün fəaliyyət göstərəcək.

Qeyd edək ki, Masson lojasına rəhbərik edəcək Çətin, Türkiyə dövlətini Vaşinqtonda lobbi şəklində təmsil edən Ünal Durakın oğludur. Çetin Durak uzun müddət "Bloomberg" holdinqdə işləyib və ölkədə məşhur universitetlərdə təhsil alıb.  

Məlumat üçün bildirək ki, Dan Braun "İtkin simvol" adlı kitabında bildirib ki, "Potomak" adlı loja Amerikanın qurucularından sayılan Corc Vaşinqtonun fikirlərini davam etdirir. Amerikada "Kəşfiyyatçılar lojası" kimi də tanınan "Potomac"ın üzvləri arasında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosunun (FTB) yüksəkçinli rəsmiləri üstünlük təşkil edir.

Nəzərinizə çatdıraq ki, Masonluq – dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. İngiliscədən tərcümədə "azad bənna" mənasını verir (freemason). Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Masonluq yerli lojalar şəklində fəaliyyət göstərir. Yerli lojalar Baş Lojaya tabedir. Bir qayda olaraq hər ölkədə yalnız bir Baş Loja fəaliyyət göstərir. Lakin ABŞ-da hər ştatda bir Baş Loja mövcuddur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
568

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
435

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
520

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru